Lənkəranda İntellektual Oyunlar üzrə Cənub Kuboku keçirilib

17:14 | 18.01.2023
Lənkəranda İntellektual Oyunlar üzrə Cənub Kuboku keçirilib

Lənkəranda İntellektual Oyunlar üzrə Cənub Kuboku keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilati yardımı ilə "İntellektual Oyunlar üzrə Cənub Kuboku” layihəsinin Lənkəran şəhəri üzrə turu keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan layihə "Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilib.
 
Layihənin Lənkəran üzrə turunda sözügedən şəhərdən olan gənclər yarışıblar.

Yarışın açılışında layihənin rəhbəri Ramal Ağazadə çıxış edərək intellektual oyunların gənclərin təməl inkişafındakı, bilik və bacarıqlarının artırılmasındakı rolunu və gələcəyin yüksək savadlı kadrlarının yetişdirilməsindəki əhəmiyyətini vurğulayıblar.

Lənkəranda keçirilən turun qalibi 30 sualdan 18-nə düzgün cavab verən "Xan Lənkəran" komandası olub. "Oazis Team" komandası ikinci, "Dragon" adı altında çıxış edən kollektiv isə üçüncü yeri tutub.

Toplam 24 komandanın tərkibində 150-yə yaxın gəncin iştirak edəcəyi yarışda Lənkəran, Astara və Masallı şəhərlərində baş tutacaq turların nəticəsinə görə hər şəhərin ən güclü komandası qalib adını qazanacaq.

Layihənin keçirilməsində məqsəd gənclərin intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM