Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapılıb

11:44 | 02.02.2025
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapılıb

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

APA xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb. Həmin tarixdən onların axtarışları aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM