• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Lənkəranda “Ləvəngi Festivalı” keçirilib

Lənkəranda “Ləvəngi Festivalı” keçirilib
05.12.2024 20:15

Dekabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında "I Ləvəngi Festivalı” keçirilib.
 
Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühfizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Lənkəranın, eləcə də cənub bölgəsinin ən məşhur yerli təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirilib və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hər biri qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.

2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri "qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub. Lənkəran mətbəxinin zənginliyinin tanıdılması istiqamətində indiyədək çoxsaylı tədbirlər keçirilib və işlərin davamı kimi təşkil olunan festivala istər yerli insanlar, istərsə də şəhərin qonaqları tərəfindən böyük maraq göstərilib.

Festivalda Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad rayonlarında, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olunub, müsiqi nömrələri səsləndirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Cəmiyyət 14:46
Lənkəranda mikroavtobus 42 yaşlı qadını vurub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 14:25
Xəzərdə zəlzələ olub

Bu yolda sürət həddiendirilib
Cəmiyyət 14:14
Bu yolda sürət həddiendirilib

Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb
Cəmiyyət 14:00
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb

Əflatun Amaşov qəza keçirib- Foto
Cəmiyyət 13:48
Əflatun Amaşov qəza keçirib- Foto

Bakıda və Abşerondayağıntı intensivləşəcək
Cəmiyyət 13:31
Bakıda və Abşerondayağıntı intensivləşəcək
Şəmkirdə yük və minik maşını toqquşdu- Xəsarət alan va
Cəmiyyət 13:00
Şəmkirdə yük və minik maşını toqquşdu- Xəsarət alan va


Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 12:44
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıb
Cəmiyyət 12:34
Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol