Lənkəranda qırmızı diplomlu müəllimə xadiməlik təklif olunub ŞİKAYƏT

Lənkəran-Astara Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan bir qrup əməkdaş ixtisara salınıb. Bu barədə o, Anews.az-a ünvanlanan şikayətdə bildirib.
Şikayətçilərin sözlərinə görə, işdən çıxarılmalarına səbəb qurumun daxilində fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
"İdarədə metodiki kabinetlər bağlandığı üçün kargüzarlar və metodistlər işdən azad olunub. Bizi işlə təmin edəcəklərini desələr də, hələlik ortada heç nə yoxdur. Əvvəldən məktəbdə dərs deyən bəzi kargüzar və metodistlər isə müəllimlik fəaliyyətini davam etdirir. Bu onların əlavə işlə təmin olunması demək deyil. Rayonun özündə nə qədər boş vakansiya var. Ancaq bizi işlə təmin etmirlər. İnsanları aldadırlar. İşlə təmin olunanlar onsuz da, həmin məktəbdə çalışan müəllimlər olub. Biz ali təhsil almışıq. Altı nəfər bu problemi yaşayır. Lənkəranda üç nəfər metodist işlə təmin olunub. Onun da birini fəhlə kimi işə götürüblər", - şikayətdə bildirib.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Tural Kərimov məsələyə münasibət bildirmək
istəməyib.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə, işçini bir vəzifəyə götürüb başqa sahədə işlətmək qəti qadağandır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 