Lənkəranda qanunsuz ağac kəsən şəxs cərimələnib

16:20 | 11.08.2017
Lənkəranda qanunsuz ağac kəsən şəxs cərimələnib

Lənkəranda qanunsuz ağac kəsən şəxs cərimələnib

Lənkəranda 8 söyüd ağacının kəsildiyi aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə,  keçirilən reyd zamanı müəyyən edilib ki, kəsilən 24-40 sm diametrdə yaşköküstə ağaclar rayonun Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aiddir.

Ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib olunub və  qanun pozucusuna 2450 manat məbləğində cərimə tətbiq edilib.

R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün iş üzrə toplanmış materiallar Lənkəran şəhər  Prokurorluğuna  göndərilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM