Lənkəranın məşhur "Ziyallılar evi" kimi tanınan binası sökülür? - RƏSMİ AÇIQLAMA

15:50 | 14.01.2021
Lənkəranın məşhur

Lənkəranın məşhur "Ziyallılar evi" kimi tanınan binası sökülür? - RƏSMİ AÇIQLAMA

Sosial şəbələrdə Lənkəran şəhərində yerləşən "Ziyalılar evi" kimi tanınan məşhur binanın  sökülməsinə dair foto paylaşılıb.
 
Anews.az məsələni araşdırmaq üçün Lənkəran Dövlət Üniversitetinin mətbuat katibi Esmira İsmayilova ilə əlaqə saxlayıb. Mətbuat katibi bildirib ki, yayılan xəbər və foto həqiqəti əks etdirmir.
 
""Ziyallılar evi" köhnə məşhur binalardan binadır. Onun sökülməsi ilə bağlı yayılan xəbər doğru deyil. Sadəcə həmin bina Lənkəran Dövlət Üniversitetinin nəzdində olduğu üçün binada əsaslı təmir işlərinə başlanılıb. Binadan LDU-nun elmi kitabxanası və iclas zalı kimi istifadə olduğu üçün əsaslı təmirə ehtiyac var idi. Təmirdən sonra bina tələbələrin və ziyallıların ixtiyarına daha gözəl formada veriləcək" - deyə o bildirib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM