Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb

19:06 | 29.06.2021
Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.

Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
 











www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM