Lənkəranda yararsız vəziyyətdə olan işıq dirəyi deyil - "Azərişıq" ASC

17:12 | 13.02.2024
Lənkəranda yararsız vəziyyətdə olan işıq dirəyi deyil -

Lənkəranda yararsız vəziyyətdə olan işıq dirəyi deyil - "Azərişıq" ASC

Lənkəranda yararsız vəziyyətdə olan dirək "Azərişıq" ASC-yə aid deyil. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib. 
 
Lənkəranda sakinlər Salman Baxşıyev küçəsində yerləşən işıq dirəyinin yararsız olması ilə bağlı "cənublu.az" səhifəsinə şikayət göndərib.
 
Sakinlər işıq dirəyinin aşma etimalından narazı olduğunu ifadə edib. Bildiriblər ki, dirəyin aşması ərazinin işıqsız qalması ilə nəticələnəcək.
 
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən anews.az-a bildirilib ki, həmin ərazidə yerləşən dirək işıq dirəyi yox, rabitə dirəyidir. 
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM