Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Şilavar kəndində yaşayan Miryusif Feyzullazadə bu il Azərbaycanda ən az yaşı olan tələbədir.
Lənkəran şəhər 5 saylı tam orta məktəbin məzunu olan M.Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və hotelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olub. Son zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər onun bu ixtisası seçməsinə səbəb olub. Seçiminə isə valideynləri müdaxilə etməyib, əksinə, ona inanaraq dəstəklərini əsirgəməyiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !