Lənkəranskinin tərəfdarı: İki ay DTX-də saxladılar

16:42 | 28.02.2018
Lənkəranskinin tərəfdarı: İki ay DTX-də saxladılar

Lənkəranskinin tərəfdarı: İki ay DTX-də saxladılar

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisənin cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.

Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Onlar mütəşəkkil dəstənin Araz Fərəcov tərəfindən yaradıldığı bildirilib. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada olarkən bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.

İttihama münasibət bildirən Araz Fərəcov özünü təqsirli bilməyib. O, bildirib ki, onun bu işlə bağlı heç bir günahı yoxdur: "Mən həbsdə olanda DTX-yə apardılar. İki ay orda məni saxladılar. Sonra aparıb sanksiya verdilər. Mən bu adamların heç birini tanımamışam. Heç kimdən pul tələb eləmişəm, heç kimdən pul alamışam. Dəstə falan da yaratmatmışam".

Araz Fərəcovun sözlərinə görə, yatdığı kamerada telefon tapılıb: "Ədliyə Nazirliyindən axtarış gəlib. Kameranı yoxladılar. İki telefon və aksesuarlar tapılıb. Mən heç kimdən pul tələb eləməmişəm. Kim mənim haqqımda nə danışıb, "duxu" var ki, gəlib üzümə desin. Nədi indi "srok"um qurtarır deyə, gərək 15 il artırasınız? Mənim günahım yoxdur".

Daha sonra ifadə verən Vüqar Musayev bildirib ki, yazıb-oxumağı bilmir: "İstintaq da mənim adımdan çox şey yazıblar. Mən Arazdan falan tapşırıq almamışam. Oğurluqda olmuşam. Xaçmazda, Saatlıda, Binədə olan oğurluq hadisələrində iştirak eləmişəm. Binədən qızıl-zinət əşyaları götürdük".

Təqsirləndirilən Namiq Babayev ifadəsində heç bir oğurluq hadisəsində iştirak etmədiyini, yalnız taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib: "Vüqarla dost olmuşuq. Birlikdə məşqə getmişik. Birgə iş qurmaq niyyətimiz vardı. Vüqar da idmançıdır. Mən özüm firma rəhbəri olmuşam, əvvəllər dizayner işləmişəm. Son vaxtlar isə işlərimiz zəifləmişdi. Ona görə də sürücülük edirdim. Vüqargili öz maşınımla Binəyə aparmışam. Mənim onların nə işlə məşğul olduqlarından məlumatım olmayıb".

Təqsirləndirilən Eltən Əliyev ifadəsində göstərib ki, maşından tapılan silahın ona aidiyyatı olmayıb. Həmin silah dostuna məxsus olub: "Vüqar mənim dostumdur. Vüqarla birlikdə Binəyə getmişik. Oğurluğa aidiyyatım olmayıb. Polis maşını saxlayıb yük yerində lingi görəndə dedim ki, usta maşınıdır".

Prokurorun "sən "razborka" işlərinə baxırsan? sualına Eltən Əliyev "xeyr, mən təsadüfən orada olmuşam, heç nədən xəbərim olmayıb" cavabı verib.

Xəyyam Qurbanlı ifadəsində zərərçəkmiş Zemfira Qədirovanın anasının qohumu olduğunu deyib: "Burda heç kimi tanımıram, bircə Vüqarı tanımışam. Bir dəfə gedib evin yerini göstərmişəm. Səhv hərəkət etmişəm. Zemfira anamın xalası qızı olub".

Zərərçəkmiş Zemfira Qədirova ifadəsində qohumundan şikayətçi olmadığını deyib: "Oğlum onkoloji xəstədir. Bu uşaqların hamısına Allah ruzi versin, onun bunun qapısına göz dikməsinlər".

Məhkəmə prosesi martın 9-da davam edəcək.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Kritı Araz"kimi tanınır. Onun mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti