“Mona Liza” ilə bağlı yeni iddia

09:38 | 02.12.2014
“Mona Liza” ilə bağlı yeni iddia

“Mona Liza” ilə bağlı yeni iddia

Məşhur italyan rassamı Leonarda da Vinçinin "Mona Liza” əsəri ilə bağlı yeni iddia ortaya atılıb.
 
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Leonarda da Vinçinin həyatı haqqında araşdırma aparan yazıçı Angele Paratiko məsələ barədə yeni iddia ortaya atıb.
 
Onun bildirdiyinə görə "Mona Liza” portreti Leonardo Da Vinçinin  İtaliyaya qul kimi gələn çinli anasının şəklidir. Məlumatda Leonardo da Vinçinin anasının Floransiyanın 30 km-də olan Vinçi qəsəbəsində yaşadığı və 1452-ci ildə Leonardı dünyaya gətiridiyi  qeyd olunub. Bildirilir ki, həmin tarixdən sonra( 1452) o, yoxa çıxıb. Çünki həmin dövrlərdə qul kimi yaşayan birinin ailə qurması qadağan  idi.  Leonardın anası isə qadağaları pozub. Qeyd edək ki, hazırda mütəxəssislər belə hesab edirlər ki, yazarın dediklərini təsdiqləməyin tək yolu   Floransiyada dəfn edilən da Vinçi və ailəsindən  götürülən  DNT nümunələrinin araşdırılmasıdır.
 
"Mona Liza" ilə bağlı müxtəlif dövrlərdə fərqli fərziyyələr ortaya atılsa da, bu müəmma hələ də sirr olaraq qalmaqdadır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti