Leonardao Di Kaprio Oskar almadı - FOTOLAR

10:12 | 03.03.2014
Leonardao Di Kaprio Oskar almadı - FOTOLAR

Leonardao Di Kaprio Oskar almadı - FOTOLAR

Aktyor Mettyu Makkonahi “Dallas alıcılar klubu” filmindəki əsas kişi roluna görə “Oskar” alıb.Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, Makkonahinin rəqibləri Kristian Beyl (“Ameriksayağı dələduzluq”), Leonardo di Kaprio (“Uoll-stritdən olan canavar”), Çivetel Eciofor (“Köləliyin 12 ili”) və Brüs Dern (“Nebraska”) olublar.44 yaşlı Makkonahi “Oskar” mükafatını ilk dəfədir ki alıb. Bundan əvvəl QİÇS-dən əziyyət çəkən xəstə kovboy Ron Vudrufun rolunu ifa etməsi ona “Qızıl qlobus” və bir çox başqa mükafatları qazandırmışdı. Real hadisələr əsasında çəkilmiş “Dallas alıcılar klubu” 2000-ci illərin əvvələrində və 2010-cu illərdə romantik komediyalardan daha ciddi filmlərə meyl edən aktyorun benefisi sayılır.Ən yaxşı aktrisa roluna görə mükafatı Keyt Blanşet (“Yasəmən”, Vudi Allen) alıb. İkinci planda kişi rolunun ifasına görə “Oskar”ları Cared Leto (“Dallas alıcılar klubu”) və Lüpita Nionqo (“Köləliyin 12 ili”) qazanıblar. Ən yaxşı rejissor Alfonso Kuarona hesab edilib (“Cazibə”).Qeyd edək ki, bir çoxları bu gün istedadlı aktyor Leonardo di Kaprionun nəhayət ilk “Oskar”ını alacağını gözləyirdilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti