Lerikdə etiraz aksiyası, Prezident Əliyevin kəndə gəlməsi xahiş olunur

11:43 | 11.04.2021
Lerikdə etiraz aksiyası, Prezident Əliyevin kəndə gəlməsi xahiş olunur

Lerikdə etiraz aksiyası, Prezident Əliyevin kəndə gəlməsi xahiş olunur

Lerik rayonu, Peştətük kənd sakinləri etiraz aksiyası keçirib. 
BAXAR.AZ xəbər verir ki, kənd sakinləri pay torpaqlarının "Çinar TİT" MMC tərəfindən zəbt olunmasına etiraz ediblər. Belə ki, uzun illər kənd sakinlərinin istifadəsində olan torpaq sahəsi sözügedən şirkət tərəfindən zəbt olunub. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini, lakin müsbət nəticə əldə etmədiklərini bildiriblər. Kənd sakinləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin bu qanunsuz əməlləri göz yumduğunu deyiblər. Peştətük kənd sakinləri Prezident İlham Əliyevin kəndə gəlib onlara sahib çıxmasını xahiş edirlər. 
Qarşıdakı müddət ərzində ətraflı məlumat dərc olunacaq.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM