"Avtobuslarla bağlı optimallaşdırma aparılır və Avropa Oyunları zamanı ləğv edilən bir neçə avtobus marşrutunun bərpası nəzərdə tutulub”.
"Hazırda bərpa olunacaq və olunmayacaq avtobusların nömrələri açıqlanmır. Nəzərə almaq lazımdır ki, Avropa Oyunları zamanı alınan iri tutumlu ekspress avtobusları da müxtəlif istiqamətlərdə xəttə buraxılacaq. Düşünürəm ki, məsələ sentyabr ayının 15-nə qədər öz həllini tapacaq”.
Bir müddət əvvəl Bakının bir neçə istiqamətində hərəkət edən avtobuslarda kart üçün turniketlər quraşdırılsa da, onlardan istifadə reallaşmadı. Hazırda Bakı metropolitenində tətbiq edilən yeni kartlarla həm də "Baku bus”ın avtobuslarında istifadə ediləcəyi deyilir. Bəs, əvvəl dövriyyəyə buraxılan kartlar necə olacaq? Şəfa Mehmanqızının sözlərinə görə, bu haqda dəqiqləşmiş informasiya yoxdur:
"Bəli, "Baku Bus”ın avtobuslarında kartdan istifadə etmək mümkün olacaq, amma digərlərində kart sisteminə keçid tədricən reallaşacaq. Hələ ki hansılarda turniketlər yoxdur, təbii orda nağd ödənişdir. Bütün avtobusların nağdsız ödəniş sisteminə keçilməsi ən yaxın vaxtlarda reallaşacaq.
Avtobus sürücülərinin aylıq əmək haqqı məsələsi də gündəmdədir, onların hər zaman şikayət etdiyi aylıq plan da aradan qaldırılacaq. Hesab edirik ki, sürücü aylıq maaş alarsa və sərnişin də kartla ödəniş edərsə, qayda-qanun daha yüksək səviyyədə həyata keçirilər”.
Avropa Oyunları zamanı Azərbaycana çoxsaylı turistlərin gəlməsi və yarana biləcək tıxacların qarşısının alınması üçün bir neçə avtobus marşrutu ləğv edilib, bəzilərinin istiqaməti dəyişdirilib. Məsələn, 14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.
20, 188, 53, 90, 83 saylı marşrutlar ləğv edilib. 86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı marşrutun hərəkəti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrutun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai” metrosuna qədər qısaldılıb. 82 saylı marşrutun istiqaməti qısaldılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !