Politoloq Aleksandr Kazakov Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələrini şərh edib. Ekspertin sözlərini Tsargrad.tv onun Telegram kanalına istinadən yazıb. O vurğulayıb ki, Leyboristlər Partiyasının qalib gəlməsi ilə bağlı heç bir illüziya olmamalıdır. Londonun Ukrayna münaqişəsinə münasibəti dəyişməyəcək.
Kazakov Leyboristlərin lideri Keir Starmerin müxalifətdə olarkən dediklərini xatırladıb.
"Ukrayna, terrorizm və təhlükəsizlik məsələlərində hökumətlə heç bir fikir ayrılığı olmayacaq və biz hökumətlə işləyəcəyik və Rişi Sunak bunu bilir, mən bunu ona dedim”, - politoloq Starmerdən sitat gətirib.
İyulun 5-də Britaniya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyasının qalib gəldiyi məlum olub. O, 650 yerdən 326-nı qazanıb və yeni hökuməti formalaşdıracaq.
14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyası bu il öz tarixində ən böyük məğlubiyyətlə üzləşib.
London Kraliça Meri Universitetinin professoru Patrick Diamond da bildirib ki, Britaniyada Keir Starmerin rəhbərlik etdiyi yeni Leyboristlər hökuməti Londonun Ukraynadakı münaqişəyə yanaşmasını əsaslı şəkildə dəyişməyəcək.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps də hakim Mühafizəkarlar Partiyasının iyulun 4-də keçirilən parlament seçkilərində məğlub olduğunu etiraf edib.
"Aydındır ki, Böyük Britaniyanın səhər yeni hökuməti olacaq və mən narahatam ki, o, ÜDM-in 2,5%-ni müdafiəyə sərf etməsə, bizim silahlı qüvvələrimiz də Ukraynadakı dostlarımız kimi əziyyət çəkə bilər", - Şepps bildirib.
"Aydındır ki, Böyük Britaniyanın səhər yeni hökuməti olacaq və mən narahatam ki, o, ÜDM-in 2,5%-ni müdafiəyə sərf etməsə, bizim silahlı qüvvələrimiz də Ukraynadakı dostlarımız kimi əziyyət çəkə bilər", - Şepps bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !