Leyla Əliyeva: “Bakı ATƏT-dən imtina etməlidir”

09:34 | 02.09.2014
Leyla Əliyeva: “Bakı ATƏT-dən imtina etməlidir”

Leyla Əliyeva: “Bakı ATƏT-dən imtina etməlidir”

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün hallarda işğal yolu pislənməlidir”.Bu sözləri Axar.az-a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva deyib.Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsinin həllinə beynəlxalq diqqəti artırmaq üçün ATƏT-dən imtina yolunu seçə bilər:“İllərdir ki, ATƏT-in mexanizmi ancaq münaqişəninkonsensus əsasında həllinə imkanı verir. Bunun baş tutması üçün tərəflər məsələnin ya səmimi kompromis həllini, ya da ciddi təzyiq yolunu seçməli idilər. Problemin bu yolla həlli əsasən Rusiyanın əlindədir. ATƏT-in 20 illik  fəaliyyəti sübut etdi ki, Minsk Qrupu bu məsələdə heç bir təsir imkanına malik deyil və bundan sonra da olmayacaq. Buna görə də hesab edirəm ki, Bakı ATƏT-dən imtina etməklə status-kvonu dəyişə bilər. Bakı ATƏT-dən imtina edərsə, bu zaman Ermənistanın Rusiya istəyinə yox deyə bilməyəcək.Ancaq özünə Türkiyəni  və ya erməni təsirindən azad olan başqa bir dövləti vasitəçi kimi seçə bilər. Bax əsil məqam planın bu yerdə uğuruna nail olmaqdır. Belə olan təqdirdə Qarabağ münaqişəsinin həlli yolunda hansısa irəliləyiş əldə etməklə status-kvonu dəyişmək və danışıqlar prosesinin Rusiya və Türkiyənin həmsədrliyi ilə inkişafına nail olmaq olar. Çünki Fransanın vasitəçilik missiyası bitdikdə, bu yeri Türkiyə tutarsa, onda məsələnin həllində köklü dəyişikliklərə nail ola bilərik”.Leyla Əliyevanın fikrincə, Bakının Minsk Qrupundan imtinası istər-istəməz yeni formatın axtarışına və BMT-nin Azərbaycanın işğal olunmuş torpaqlarına dair 4 qətnaməsinin gündəmə gəlməsi üçün əlverişli şərait yaradacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM