"İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var... Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana HƏYAT vermiş olarıq".
Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva Instagram-da yazıb.
Leyla Əliyeva qeyd edib ki, kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb, sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla, 5 manat, 9 düyməsini basmaqla, 9 manat yardım edə bilər:
"Həmçinin, 999 qısa nömrəsinə SMS göndərib yardım almaq üçün müraciət edə bilərsiniz. 1 SMS-in qiyməti 50 qəpikdir. İanə etməkçün hər hansı "Kapital Bank"a yaxınlaşıb bank ödəməsi edə bilərsiniz. "HƏYAT" FONDU... Yardım et, həyat ver".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !