"Beynəlxalq sanksiyalar Rusiyaya çox pis təsir edəcək və sözün əsil mənasında bu sanksiyalar Rusiyanı çökdürə bilər. Şübhəsiz ki, Rusiyada indi vəziyyət çox təhlükəli bir yol almaq üzrədir. Neft-qaz hasilatı və eyni zamanda qiymətin aşağı düşməsi ölkə iqtisadiyyatına öz amansız təsirini göstərəcək. Bu da Rusiyanın hərtərəfli zəifləməsinə gətirib çıxaracaq. Bunu görməzdən gələn ölkə başçısı özündən əvvəlki liderlər kimi Rusiyanın nüfuzunu ənənəvi siyasət yolu olan müharibə ilə qaldırmağa çalışır. Putinin getdiyi yol sonunu düşünmədən atılan riskə bənzəyir. O risk ki yürütdüyü müharibə siyasəti ilə ölkəsinin nüfuzunu qaldırsa da, rusiyalıları böyük təhlükə altına atacaq. O ki qaldı işğalçılıq yolu ilə artırılan nüfuzun ömrünə, bu da ölkədaxili iqtisadi vəziyyətin çökdüyü vaxta qədər sürə bilər. Tutaq ki, Rusiya yürütdüyü işğalçılıq siyasəti ilə indi regionda vəziyyəti ələ almış kimi görünür. Ortaya bir sual çıxır: bəs rusiyalıların taleyi necə olacaq? Məlum məsələdir ki, Rusiya Qərbə qarşı çıxmaqla çox təhlükəli bir oyunun içərisindədir. Heç bir şübhə yoxdur ki, Moskva bu oyunda uduzacaq".
ANN.Az