"Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir”Azərbaycan respublikasının prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva gənclərə müraciət ünvanlayıb.ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Facebook vasitəsi ilə oxucularına müraciət edib. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan xanım hər kəsi vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Onun sözləri minlərlə insan tərəfindən bəyənilib və müzakirə olunub.Leyla xanımın rus dilində paylaşdığı yazını tərcümə edib təqdim edirik:“Mən Azərbaycanın müstəqilliyini müdafiə edən Silahlı Qüvvələrə, döyüşçülərə, əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Bizim gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birlikdə Vətənimizin sahibiyik. Torpağımızın, ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq. Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri kimi mən bu tapşırığı özüm üçün borc bilirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !