Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Leyla Seyidbəyova Bakı şəhəri 7 saylı Doğum Evinə baş həkim təyin edilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, L.Seyidbəyova öz xahişi ilə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Bu vəzifəyə hələlik təyinat aparılmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !