Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb

08:21 | 01.11.2017
Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb

Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb

Xalq artistinin rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayındığı bildirilir

Xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb. Bu haqda  hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər. Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzəçıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM