Leyla Şıxlinskayanın Klinikasında mənimsəmə işi məhkəməyə göndərildi

14:46 | 14.11.2017
Leyla Şıxlinskayanın Klinikasında mənimsəmə işi məhkəməyə göndərildi

Leyla Şıxlinskayanın Klinikasında mənimsəmə işi məhkəməyə göndərildi

Leyla Şıxlinskayanın Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Leyla Şıxlinskayanın Klinikasının baş mühasibi olmuş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qeyd edək ki, Ş.Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən çıxarılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib. Ş.Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi "qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti