• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində olublar

Leyla və Arzu Əliyevalar DOST Mərkəzində olublar
31.12.2024 13:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.Bu barədə AZƏRTAC xəbər verib.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün aparılan işlər diqqətə çatdırılıb.

Üç il əvvəl açılan mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada ötən dövrdə 600-dən çox şəxsə xidmət, həmçinin sosial-psixoloji dəstək göstərilib, 100-dən çox tədbir keçirilib. Hazırda 156 benefisiarın müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə olduğu mərkəzin İsmayıllıda "DOST Evi” filialı da fəaliyyət göstərir.

Benefisiarların əl işlərinin bir sıra beynəlxalq sərgilərdə, həmçinin COP29-un Yaşıl zonasındakı "Art Pavilion”da nümayiş etdirildiyi bildirilib.
Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən həssas qruplara aid uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar "Yeni il” mövzusunda hazırladıqları şirniyyatları təqdim ediblər.

Səsyazma, floristika, bədii oyma, xalçaçılıq, keramika, təsviri incəsənət və digər studiyalarda təlim prosesini, hazırlanan yaradıcılıq nümunələrini nəzərdən keçirən Leyla Əliyeva və Arzu Əliyeva kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.

Benefisiarlar və "İnklüziv DOST” könüllüləri Mərkəzin studiyalarında hazırlanmış geyim nümunələrini sərgiləyiblər.

Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı da təqdim edilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol