ANN.Az xəbər verir ki, Avropa Parlamentinin (AP) hər il insan hüquqları sahəsində fəaliyyətinə görə verdiyi Saxarov Mükafatı bu il kongolu ginekoloq Denis Mukwege layiq görülüb.Üçə endirilən namizədlər arasında bu gün keçirilən səsvermə ilə müharibə şəraitində qadınlara yönəlik cinsi şiddətə qarşı mübarizəsiylə tanınan kongolu ginekoloq Denis Mukwege qalib elan olunub.Digər iki namizəd isə Azərbaycandan insan hüquqları müdafiəçisi Leyla Yunus və Ukraynadakı Avropa Birliyi tərəfdarı hərəkət "Euromaidan"ı təmsil Mustafa Naye, Ruslana Liçenko, Yelizaveta Şepetilnikova və Tatyana Çernova idi.1955-ci il təvəllüdlü fəal və insan hüquqları müdafiəçisi kongolu ginekoloq, müharibə şəraitində təcavüzə uğrayan qadınları Bukavuda qurduğu Panzi adlı xəstəxanada təsirli bir şəkildə müalicə etməsiylə yaxından tanınır. Kongolu həkim aralarında BMT insan hüquqları mükafatının də olduğu çox sayda beynəlxalq mükafata sahibdir. Mükafat və 50 min avro məbləğində pul 26 Noyabrda Strasburqda AP Ümumi İclasında qalibə təqdim ediləcək.Bu ilki Nobel Sülh Mükafatının sahibi pakistanlı Melala Yusufzay keçən il Saxarov Mükafatına layiq görülmüşdü.Sovet elm adamı Andrey Saxarov adına verilən bu mükafatı daha əvvəl qazanan adlar arasında keçmiş Cənubi Afrika prezidenti Nelson Mandela , Myanmarlı fəal Aung San Suu Kyi və Türkiyədən Leyla Zana da olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !