Leysan qonşuya 18 milyon zərər vurdu - FOTO+VİDEO

10:53 | 15.06.2015
Leysan qonşuya 18 milyon zərər vurdu - FOTO+VİDEO

Leysan qonşuya 18 milyon zərər vurdu - FOTO+VİDEO

Heyvanxanadan qaçan onlarla vəhşi heyvandan 8-i güllələnib.

Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən güclü daşqın səbəbindən gərginlik hələ də qalmaqdadır.

ANS PRESS-in məlumatına görə, selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə iyunun 15-i matəm elan edilib.

Zooparkdan qaçan heyvanlar da şəhərdə əhali üçün təhlükə yaratmaqda davam edir. Buna görə insanlara evlərindən mümkün qədər çıxmamaq məsləhət görülür. İndiyədək zooparkdan qaçan 6 canavar və 2 şir öldürülüb. Ümumilikdə zooparkdan 6 pələng, 6 şir, 7 ayı və 13 canavarın qaçdığı deyilir. 

Xatırladaq ki, Gürcüstanda güclü qasırğa fırtına birgə daşqına səbəb olub. Paytaxt Tiflisin bir çok küçə və meydanları suya qərq olub. Daşqın yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub. 

Yağışlar nəticəsində zoopark yaxınlığındakı Vere çayı daşıb və zooparkı da basıb. Nəticədə buradan çoxlu vəhşi heyvan qaçıb. Tiflis xilasetmə xidmətləri vurulan ziyanın qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər.
 
 
 














 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM