İlham Əliyev Rəsulzadə, Elçibəy ideyalarını gerçəkləşdirir - Millət vəkili- VİDEO

17:59 | 29.11.2022
İlham Əliyev  Rəsulzadə, Elçibəy ideyalarını  gerçəkləşdirir - Millət vəkili- VİDEO

İlham Əliyev Rəsulzadə, Elçibəy ideyalarını gerçəkləşdirir - Millət vəkili- VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ideyalarını, proqramını gerçəkləşdirməklə məşğuldur. Bunu millət vəkili Razi Nurullayev deyib.
 
"Biz müxalifət olaraq başımızın üzərində Rəsulzadənin, Elçibəyin portretini asmışıq, amma, onların əsrlər boyu reallaşmayan arzularını İlham Əliyev həyata keçirir, qəbul etmək istəmirsiniz. Əgər ədalətli, dövlətçi insanlar olsaq, gərək başımız üzərindən İlham Əliyevin şəklini asaq”, - bunu Milli Məclisin plenar iclasında "Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
 
Deputat  parlamentdə  təmsil olunan müxalifətpartiyalarının  öz vəzifələrini dürüst həyata keçirdiyini də vurğulayıb. 

"Nə etməliyik? Yumruq davasına çıxmaq, qarışıqlıq salmaq, spikerin sözünü kəsmək, hər məsələyə etiraz etmək, zalı tərk etmək, səsi imkan verdikcə qışqırmaq, əl-qol ilə danışmaq bizlik deyil. Daha mədəni və təsirli yollar var. Bunu da edirik”, - Nurullayev bildirib.
 
Razi Nurullayev qeyd edib ki, partiyaların proqramını, məhz İlham Əliyev bir-bir həyata keçirməkdədir və indi gərək bu qanunla partiyalar öz  proqramına dəyişiklik etsin.

"Bütün partiyaların proqramında Qarabağ məsələsinin həlli var, İranda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi var, bütöv azərbaycançılıq var. Indi o mövzular bir neçə partiyanın monopoliyası deyil. Təzada bax ki, indi iqtidar partiyası bütöv Azərbaycana işarə vurur, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməkdən ötrü tədbirlər görür, amma, Azərbaycanın ən zəif vaxtlarında bütöv Azərbaycan deyənlər, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruyanlar ölkəmizin tarixdə görünməyən güclü vaxtında tərəflərini və ideallaırnı dəyişiblər. Bu xalqımız üçün xəyanətə bərabər tutulacaq hərəkət, sizlər üçün isə faciədir”, - deputat bildirib.
 
Milli Məclisin payız sessiysına "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi təqdim olunub. Oktyabrın 24-də  və noyabrın 4-də onunla bağlı parlamentdə ictimai dinləmələr keçirilib. Yeni qanun layihəsində partiyaların qeydiyyatı, ləğvi və nəzarət mexanizminin müəyyən olunması müzakirə olunur.
 
 
Lida Abbaslı
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti