Liberman Bakıda

22:02 | 30.10.2015
Liberman Bakıda

Liberman Bakıda

İsrailin nümayəndə heyəti Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün oktyabrın 30-da Bakıya gəlib.
 
Axar.az xəbər verir ki, bu barədə Secki-2015.az saytı məlumat yayıb. İsrailin keçmiş Xarici İşlər naziri, tanınmış siyasətçi, "Naş dom İzrail” partiyasının lideri Aviqdor Liberman başçılıq edir.
 
Nümayəndə heyətinə keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, bu ölkənin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.
 
Noyabrın 2-də İsrail nümayəndə heyətinin seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirməsi planlaşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb