İsrailin Xarici İşlər naziri Aviqdor Liberman aprelin 29-da Azərbaycana rəsmi səfər edəcək.APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.Səfər çərçivəsində A.Libermanın Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, habelə yəhudi icması ilə görüşləri nəzərdə tutulur.Səfər mayın 4-dək davam edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !