Liebermandan Fələstinə yeni təklif - BMT idarəçiliyi

18:11 | 04.08.2014
Liebermandan Fələstinə yeni təklif - BMT idarəçiliyi

Liebermandan Fələstinə yeni təklif - BMT idarəçiliyi

İsrail xarici işlər naziri Aviqdor Liebermanın Qəzzanı BMT-nin idarəçiliyinə verilməsini təklif edib.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İsraildə yayımlanan sol meylli "Haaretz" qəzetində ölkənin xarici işlər naziri Aviqdor Liebermanın Qəzzanın gələcəyi ilə bağlı təklifləri yer alıb. Xarici işlər naziri Şərqi Timor və Kosovanı nümunə çəkərək bildirib ki, bu praktika hər iki münaqişə bölgəsində işə yarayıb: "Hər kəs soruşur ki, Qəzza əməliyyatı sona çatdıqdan sonra nələr olacaq? Fərq edək ki, İsrail HƏMAS-ı məğlub etdi. Odur ki, BMT-nin Qəzza üzərində quracağı nəzarət qurumu yaratmaq təklifi indidən diqqətə alınmalıdır".Libarman onu da əlavə edib ki, belə bir nəzarət qurumunun yaradılması üçün heç də BMT-nin razılığı lazım deyil: "Bunun üçün yalnız bizimlə Fələstin arasında razılığa gəlinməli, müqavilə bağlanılmalıdır".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM