"Like"larımızı sayıb xarakterimizi deyəcəklər

17:10 | 16.01.2015

"Like"larımızı sayıb xarakterimizi deyəcəklər

Kembric Universitetində maraqlı araşdırmaya başlanılıb. Bu araşdırma nəticəsində tədqiqatçılar insanları hətta ən yaxın adamlarından - ata-anadan, həyat yoldaşından da yaxşı tanıyacaq, kim olduğunu biləcək.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, araşdırma "Facebook" üzərindən aparılacaq və istifadəçilərin "like", yəni bəyənmə seçimlərinə görə analiz ediləcəklər.

Araşdırma ilə bağlı yayılmış ilkin xəbərlərə görə, araşdırmalara daxil olacaq 70 bəyənmə ilə istifadəçi yaxın dostunun, 150 "like"la ana-ana, yaxud əksinə övladının, 300 "like"la isə həyat yoldaşının tanıdığından da daha yaxşı xarakterizə olunacaq. Göründüyü kimi, çox ciddi analizlərin aparılacağı bu tədqiqat "Wu Youyou" adlanır. Tədqiqatçılar hesab edir ki, bu tədqiqatın nəticəsində insanları daha yaxşı tanımaq mümkün olacaq, cinayətkar, terrorçu və digər təhlükəli şəxslər daha asanlıqla bəlli olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti