Lionel Messi Argentina futbolunun tarixinə düşüb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hücumçu DÇ-2014-ün F qrupunda oynadığı bütün matçlarda qol vurub.
Bununla da o, Argentina millisində 56 ildən sonra qrup oyunlarının hamısında fərqlənən ilk futbolçu olub. Bundan əvvəl 1958-ci ildə Omar Oreste Korbotta bu uğuru qazanmışdı.
Qeyd edək ki, L.Messi qrup matçlarında dörd qol vurub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !