Litva Azərbaycanı Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə əməkdaşlığa çağırıb

15:24 | 22.05.2023
Litva Azərbaycana Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizədə əməkdaşlıq qurmağı təklif edir. Bunu bazar ertəsi Vilnüsdə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə respublikanın rəhbəri Qitanas Nauseda deyib.

"Ukraynada baş verənlər fonunda bizim tərəfdaşlığımız çox önəmlidir. Biz sanksiyaların qarşısını almaq üçün birlikdə çalışmalıyıq", - o deyib.

Litva Prezidenti hesab edir ki, Azərbaycanla əməkdaşlıq potensialından daha səmərəli istifadə edilməlidir.
 
"Biz Şərq Tərəfdaşlığı siyasəti çərçivəsində əməkdaşlıq imkanlarından daha geniş istifadə etməli və bunun üçün yeni yollar axtarmalıyıq”, - o bildirib. 

Öz növbəsində Əliyev bildirib ki, ən bariz perspektivlər ticarət-iqtisadi əlaqələrdə görünür. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb