Litva Prezidenti Qitanas Nauseda rəsmi Moskvanın xeyrinə casusluq etdiklərinə görə həbs olunan Rusiya vətəndaşları Nikolay Filipçenko ilə Serqey Moissenkonu əfv edib.
Onlar cəzalarnın qalan hissəsini çəkməkdən azad olunublar. Eyni zamanda, Rusiya səfirliyi hələlik əfv barədə rəsmi bildiriş almayıb.
Bu məqamda bildirək ki, N. Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusa gedən tranzit qatarda saxlanılıb. O, litvalılarla işə qəbul üçün bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. Vilnüs məhkəməsi 2017-ci ilin avqustunda onu 10 il həbs cəzasına məhkum edib.
Rusiyalı Moiseenko və Litva vətəndaşı Sergey Puşin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseenkoya ötürüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !