Gənclər Fondunun dəstəyi ilə Litvada silsilə tədbirlər həyata keçirilir.
ANN.Az xəbər verir ki, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) fəal üzləri olan tələbələr Litvada Azərbaycanla bağlı yeni bir layihəni başa vurublar.
Belə ki, tədbir rəhbəri AYOL-un sədri Samir Musayev fərdi olaraq Gənclər Fondundan “Azərbaycan Film Gecələri” adlı layihəsi ilə qrant udaraq aktiv gənclərlə birgə Vilnius, Kaunas, Mariampole, Jonava kimi əsas şəhərlərdə silsilə tədbirlər keçirilməklə layihəyə yekun vurublar.
Tələbələr tədbirə Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat və nümayiş etdiriləcək filmlər haqqında qısa məlumat verməklə başlayıblar. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev”, “Düyün”, “Müqəddəs heyvan” (rejissor: Yavər Rzayev), “40-cı qapı” (Elçin Musaoğlu), “Buta” (İlqar Nəcəf) filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə tədbirlərdə qonaq qismində iştirak edən yerli və xarici tələbələr, o cümlədən müəllim heyəti Azərbaycan milli şirniyyatlarını dadıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !