• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Litvanın Bakıdakı səfirinin gizli danışığı - Dinləmə

Litvanın Bakıdakı səfirinin gizli danışığı - Dinləmə
29.05.2020 01:12
Bu ölkənin Azərbaycandakı səfirinin telefon danışıqlarının internetə necə ötürüldüyü üzə çıxıb. "Virtualaz.org" xəbər verir ki, Litvanın Bakıdakı səfirinin telefon danışıqlarının necə izlənildiyi üzə çıxıb. Səfirin telefon danışıqlarının izlənilməsi bu ölkə kəşfiyyatının həyata keçirdiyi əməliyyatın bir hissəsi olub. Xatırladaq ki, ötən ilin yayında Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın, Macarıstandakı səfiri Renatas Yuşkanın və XİN-in Şərq Tərəfdaşlığı Departamentinin direktor müavini Zenonas Kumetaytisin telefon danışıqları internetə yayılıb.Telefon danışıqlarında səfirlər Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət ediblər. Litvanın Macarıstandakı səfiri Bakıdakı həmkarı ilə söhbətində Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləməyin “daha düzgün olduğunu” bildirib. Səfir deyib ki, “insani olaraq ermənilər bizə daha yaxındır”. Telefon danışıqlarının yayılması Litvada ciddi siyasi qalmaqala səbəb olub. Ölkə prezidenti avqust ayında səfirlərin geri çağırılması barədə qərar verib. Virtualaz.org saytına məlum olub ki, hazırda Litvanın kriminal polisi ölkə diplomatlarının qanunsuz şəkildə gizlicə dinlənilməsi və onların telefon danışıqlarının cinayətkar yollarla internetdə yerləşdirilməsi ilə bağlı istintaq aparır. İstintaq zamanı məlum olub ki, Litvanın Azərbaycan və Macarıstandakı səfirlərinin, habelə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Şərq Tərəfdaşlığı Departamentinin əməkdaşlarının telefon danışıqlarının orijinalı internetə ötürülməzdən əvvəl Dövlət Təhlükəsizliyi Departamentində olub. Bu fakt barədə hələ qalmaqal başlayanda Litva prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yovita Pryanyaviçyute-Nelyupşene məlumatlandırılıb. Müşavir isə öz növbəsində məlumatı XİN-in yüksək vəzifəli diplomatına ötürüb. Xarici işlər naziri Linas Linkyaviçyusun tapşırığı ilə XİN-in Baş İnspeksiyası diplomatların telefon danışıqlarının internetdə yayılması ilə bağlı xidməti təhqiqat başladıb. Təhqiqatın nəticələri hələ açıqlanmasa da “Alfa” xəbərlər portalı bəzi detalları öyrənə bilib. XİN-in Baş İnspeksiyasının (inspeksiyaya Dövlət Təhlükəsizliyi Departamentinin keçmiş əməkdaşı Virqiliyus Petkyaviçyus başçılıq edir) gəldiyi qənaətə görə, diplomatların telefon danışıqlarının dinlənilməsi və internetə ötürülməsi Rusiya kəşfiyyatının fəaliyyətinin nəticəsidir. Məqsəd Litvanın Avropa İttifaqı Şurasına sədrliyini və Vilnüsdə ötən ilin noyabrında keçirilən Şərq Tərəfdaşlığı sammitini gözdən salmaq olub. Baş İnspeksiyanın gəldiyi qənaətdə bildirilir ki, diplomatların danışıqları xidməti etikadan kənara çıxmayıb və onların işlətdikləri ifadələrdə işlədikləri ölkələrin rəhbərləri barədə neqativ fikirlər yoxdur. Lakin istintaq müəyyən edib ki, telefon danışıqlarının orijinalı internetdə yayılmazdan əvvəl Dövlət Təhlükəsizliyi Departamentində olub. Bu da azmış kimi, ötən il avqustun 27-də Vilnüsdə prezident iqamətgahının yaxınlığında yerləşən “Kempinski” otelinin barında prezidentin xarici siyasət məsələləri üzrə müşaviri fakt barədə XİN-in yüksək vəzifəli əməkdaşını məlumatlandırıb. “Alfa” portalı qeyd edir ki, prezidentin müşaviri ilə görüşən həmin XİN əməkdaşının kimliyini bilir. Qeyd edək ki, Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Litva prezidenti Dalya Qribauskayteyə qarşı Rusiya kəşfiyyatı tərəfindən gözdənsalma kampaniyasının aparılacağı barədə xəbərlər yayılıb. Bu xəbər Dövlət Təhlükəsizliyi Departamentinin xüsusi hesabatına istinadla mətbuatda yer alıb. Litva xüsusi xidmət orqanları məlumatı mətbuata ötürən mənbəni axtarıblar və onu yayan KİV-lərə təzyiq göstəriblər. Lakin məlum olub ki, Rusiya kəşfiyyatının Qribauskayteyə qarşı kampaniyaya hazırlaşdığına dair məlumatı mətbuata ötürən elə onun baş müşaviri Dayva Ulbinayte olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Siyasət 18:50
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
Siyasət 18:30
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
Siyasət 17:19
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Siyasət 15:46
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
Siyasət 13:11
Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
İlham Əliyev və xanımı Ağdamda “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar
Siyasət 12:48
İlham Əliyev və xanımı Ağdamda “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Siyasət 12:09
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Siyasət 22:50
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol