Litvanın müdafiə naziri Azərbaycana gəlir

10:53 | 04.10.2014
Litvanın müdafiə naziri Azərbaycana gəlir

Litvanın müdafiə naziri Azərbaycana gəlir

Litvanın milli müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfər edəcək. Səfər 8-10 oktyabr tarixlərinə planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.Cümə günü Vilnüsdə Azərbaycan səfirinin Yozas Olekas ilə görüşü olub.Görüş zamanı Bakıya qarşıdakı səfərin gündəliyi, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Səfir nazirə Azərbaycanın Silahlı Qüvvələri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.Azərbaycana səfər başa çatdıqdan sonra litvalı nazir Gürcüstana səfər edəcək. Bundan əvvəl o, Ermənistana səfər etmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM