Livan İsrailin şimalına 30-a yaxın raket atıb

22:19 | 21.10.2024
Livan İsrailin şimalına 30-a yaxın raket atıb

Livan İsrailin şimalına 30-a yaxın raket atıb


Son bir neçə saat ərzində İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonları istiqamətində bir neçə hücumu qeydə alıb.Bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, ümumilikdə Yuxarı və Qərbi Qalileyaya, eləcə də İsrailin nəzarətində olan Colan Təpələrinin cənub bölgələrinə 30-a yaxın raket atılıb.

"Hücum nəticəsində bölgədə baş verən çoxsaylı yanğınların söndürülməsi üçün İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri çalışır", - deyə bildirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM