Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb

21:20 | 22.08.2017
Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb

Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb

Hərbi kəşfiyyat Basil Əbdül Qadirin tutulması əməliyyatını uğurla yerinə yetirib.

Livanın hərbi kəşfiyyatı Ərsal yaxınlığında orduya hücumda və 2014-cü ildə hərbi qulluqçuların oğurlanmasında iştirak etmiş İŞİD terror qruplaşmasının başçılarından biri Basil Əbdül Qadirin tutulması əməliyyatını uğurla yerinə yetirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Ərsalda, Vadi Əl-Araneb ərazisində saxlanılıb. 

İŞİD-in təhlükəsizlik məsələləri üzrə cavabdeh olan "Sakir Ərsal" ləqəbli terrorçu Suriya vətəndaşıdır. 

Hərbi mənbənin verdiyi məlumata görə, o, həmçinin 2014-cü ildə Əl-Hüsnə hücumda və Livan əsgərlərinin oğurlanmasında, öldürülməsində ittiham edilir.

İŞİD terrorçuları 2014-cü ilin avqustunda Suriya ilə sərhəddə, Ərsalda Livan ordusunun mövqelərinə hücum edərək 9 hərbi qulluqçunu oğurlayıblar. Onların taleyi bu günə kimi naməlumdur.

Livan ordusunun komandanlığı şənbə günü Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başladığını bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM