Livanda 830 mindən çox sakin hərbi əməliyyatlar səbəbindən evlərini tərk edib

15:37 | 31.10.2024
Livanda 830 mindən çox sakin hərbi əməliyyatlar səbəbindən evlərini tərk edib

Livanda 830 mindən çox sakin hərbi əməliyyatlar səbəbindən evlərini tərk edib

Livanın 830 mindən çox sakini Hizbullah hərəkatı ilə İsrail arasındakı döyüşlər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlər üzrə Koordinasiya Departamenti məlumat yayıb.

"2023 Oktyabrın 8-dən sonra 834 746 məcburi köçkün qeydiyyata alınıb ki, onların da 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edib”, - hesabatda bildirilir.

Həmçinin qeyd olunub ki, 1100 sığınacaqda 189 298 məcburi köçkün müvəqqəti məskunlaşıb ki, onlardan 935-i və ya 84 faizi artıq doludur.
 
Hazırda iki ölkə arasında münaqişə davam edir. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM