Livandakı suriyalı məhbuslar ölkələrinə geri qaytarılacaq

09:39 | 12.01.2025
Livandakı suriyalı məhbuslar ölkələrinə geri qaytarılacaq

Livandakı suriyalı məhbuslar ölkələrinə geri qaytarılacaq

Beyrut və Dəməşq Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənə qaytarılması ilə bağlı razılığa gəliblər.Bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Müvafiq qərar Livanın Baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.
 
"Livan həbsxanalarından bütün suriyalı məhbusların geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”, - bəyanatda bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM