Livan mətbuatı Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi kontinigentini təşvişə salacaq iddialar yayıb.
ANS PRES-in məlumatına görə, Livanda nəşr olunan "əl Əxbər” (Xəbərlər) qəzeti Türkiyənin və Səudiyyə Ərəbistanının Rusiya bombardımanına qarşı müdafiə olunmaq üçün Suriya müxalif qüvvələrinə raket verəcəyini yazıb. Veriləcək silahların Ukrayna ordusuna aid "SAM-8” və "SAM-9” raketləri olacağı bildirilir.
"Türkiyə və Səudiyyənin planına görə, Ukrayna ordusundan alınacaq raketlər Suriyanın şimalındaıkı müxalif qüvvələrə verilərək onların Rusiyanın qırıcılarına və helikopterlərinə qarşı silahlanması təmin olunacaq.” - deyə qəzetin xəbərində yazılıb.
Plana, Rusiya ilə müharibə şərasitində olan Ukraynanın da dəstək verdiyini qeyd edən qəzet bildirib ki, bu barədə məlumat əldə edən Rusiya bu istiqamətdə strateji tədbirlər görməyə başlayıb.
Sentyabrın 30-da Rusiya hərbi aviasiyası Suriyada hərbi əməliyyatlara başlayıb. Rusiya tərəfi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirsə də bombardımanlar nəticəsində çox sayda dinc əhalinin öldüyü də bildirilir.
Bu əməliyyatlar zamanı rus pilotlar bir neçə dəfə Türkiyənin hava sərhəddini pozmuş, nəticədə iki ölkə arasında siyasi gərginlik yaşanmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !