Rusiya silahlı qüvvələri hərbi əməliyyatlar aparır, Ukraynanın hər yerində hədəflərə hava zərbələri endirir. Sərhədlərdə Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür. Qərb ölkələri Rusiyanın maliyyə sisteminə qarşı sanksiyalar tətbiq edir.
Conson və Zelenskinin brifinqindən diqqət çəkən məqamlar
Böyük Britaniya Rusiyaya iqtisadi təzyiqi artlracaq . Bunu Briyaniyanın Kiyevə səfər edən baş naziri Boris Conson Ukrayna prezidenti ilə keçirdiyi birgə brifinqdə bildirib.
"Tərəfdaşlarımızla birlikdə biz Rusiyaya iqtisadi təzyiqi artıracağıq və hər həftə yeni sanksiyalar verməkdə davam edəcəyik”, - Conson bildirib.
Britaniyanın baş naziri vurğulayıb ki, Buça, İrpin və digər şəhərlərdə baş verən hadisələr müharibə cinayətidir.
Gələcəkdə Britaniya tərəfdaşları ilə birlikdə işğalı mümkün olmayan Ukraynanın yaradılmasına kömək edəcək.
Boris Conson həmçinin bildirib ki, London Ukraynanı müdafiə etmək üçün 120 zirehli maşın və yeni gəmi əleyhinə raket sistemləri verəcək.
Conson bundan əvvəl demişdi ki, Britaniya Ukraynaya hərbi yardımı daha 100 milyon funt sterlinq artıracaq, tank əleyhinə və zenit-raket kompleksləri, həmçinin "kamikadze dronları” verəcək.
"Ukrayna bütün gözləntilərin əksinə olaraq, Kiyevdən rus qoşunlarını sıxışdırıb çıxarıb və 21-ci əsrin ən böyük hərbi şücaətinə nail olub. Prezident Zelenskinin inamlı rəhbərliyi və Ukrayna xalqının qarşısıalınmaz qəhrəmanlığı və cəsarəti sayəsində Putinin dəhşətli planları indi puça çıxır”, - Conson vurğulayıb.
Zelenski öz növbəsində Qərbi Rusiyanın enerji resurslarına tam embarqo qoymağa çağırıb.
Ukrayna prezidenti əlavə edib ki, Britaniyanın Avropa müttəfiqlərinin Rusiyaya qarşı birləşməsinə kömək edəcəyinə ümid edir.
Brifinqdən qısa müddət sonra Downing Street Britaniyanın Dünya Bankı vasitəsilə Ukraynaya 500 milyon dollar maliyyə yardımı edəcəyini (bu təşəbbüs hələ parlamentdən keçməyib) və Ukrayna mallarının idxalına rüsumları azaldacağını açıqlayıb.
Bundan əvvəl Conson da Ukraynanı əlavə silahlarla təmin edəcəyinə söz verib.

Ukrayna silahlı qüvvələri ölkənin Rusiya qoşunlarının yığışdığı şərq və cənubunda mühüm döyüşə hazırlaşır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gələn Avstriya kansleri Karl Neqammerlə danışıqlardan sonra keçirdiyi brifinqdə bildirib.
Onun açıqlamalarından əsas sitatları təqdim edirik:
- "Ukrayna hər zaman bildirib ki, istənilən danışıqlara hazırdır və müharibəni dayandırmaq üçün hər cür yol axtaracaq”.
- "Təəssüf ki, biz əyalətimizin şərqində mühüm, bəzilərinin fikrincə, həlledici döyüşə hazırlaşırıq. Bu döyüşün nəticələri barədə proqnoz vermək məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Amma mən dövlətimizi qorumaq və davamlı olaraq nümayiş etdirdiyimiz mübarizə ilə bağlı məsuliyyətli üzərimə götürürəm”.
- "Biz bilirik ki, əsas məsələ Xarkovdur, Zaporojye, Xerson vilayəti və şərqdədir. Biz bu gün rus qoşunlarının toplaşdığını hər yerdə müşahidə edirik".
- "Prosesin necə davam edəcəyi çox faktordan asılıdır. Mariupol dpzür, Mariupol dözəcəkmi? Bizim orada olan silahlı qüvvələrimiz ən güclülərdən biridir. Onlar və dövlətimiz üçün bu böyük sınaqdır. Bu gün onların ətrafında 10 min rusiyalı hərbçi var. Mariupolu saxlasaq, bu 10 minlik qoşun Mariupol ətrafında qalacaq və şərqə irəlilyə bilməyəcək”.
- "Çətin döyüş olacaq, biz öz mübarizəmizə inanırıq, qələbəmizə inanırıq. Ona görə də döyüşməyə hazırıq və bu müharibəni dayandırmaq üçün bu və ya digər diplomatik yollar axtarmağa da hazırıq. Hələlik. Hələlik, biz "paralel dialoq”dan danışırıq!".
Rəsmi Kiyev və Qərb dövlətləri Rusiya qüvvələrinin Ukraynanın şimalından çıxarılmasını geri çəkilmə deyil, yeni hcuma hazırlıq planı kimi dəyərləndirir. Odur ki, Ukrayna Rusiyanın Donbasda genişmiqyaslı hücumuna qarşı müdafiəyə hazırlaşır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, "Donbass uğrunda döyüşdə” Ukrayna "minlərlə” zirehli texnikanın, eləcə də artilleriya və aviasiyadan istifadə ediləcəyini gözləyir.

Çexiyada Mariupolda həlak olanlar anılıb
Çexiyanın paytaxtı Praqada Milli Teatrın qarşısında mühasirədə olan Mariupolun qurbanlarına həsr olunmuş aksiya keçirikib.
Etirazçılar yerə şamlarla "uşaqlar” sözünü yazıb. Belə bir yazı, peyk görüntülərinə görə, zirzəmisində mindən çox insanın bombardmandan gizləndiyi Mariupol Dram Teatrının yaxınlığındakı asfalt üzərində çəkilib.
Mariupol dram teatrı Rusiya hərbmiləri tərəfindən martın 16-da dağıdılıb. Nəticədə neçə nəfərin öldüyü hələlik məlum deyil.
Bir gün əvvəl İtaliya parlamentinin deputatları qarşısında çıxış edən Vladimir Zelenski Ukraynada müharibə zamanı 117 uşağın öldüyünü bildirib. Bu gün Ukrayna Baş prokurorluğu onların sayının artıq 121-ə çatdığı barədə məlumat yayıb.
Çərşənbə axşamı axşam Zelenski həmçinin Mariupolda mühasirədə 100 min insanın qida, su və dərmansız qaldığını bildirib.
Son bir ayda Çexiyada bir neçə dəfə Ukraynaya dəstək aksiyaları keçirilib.
Təxminən 270 min ukraynalı qaçqın ölkəyə daxil olub və Çexiya parlamenti onların iş və tibbi sığortaya çıxışını asanlaşdıran qanunları təsdiqləyib.
Eyni zamanda, hökumət rəsmiləri ölkənin davamlı qaçqın axınını necə tənzimləyəcəklərindən narahatlıqlarını bildirirlər. Bazar ertəsi Çexiya baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakusan deyib ki, Praqa "öz imkanlarını qaçqınlara yarada mümkün rahat yaşayış şəraiti təmin etmək istəyi ilə balanslaşdırmağa çalışır”.
Ukraynada 121 uşaq həlak olub
Rusiyanın Ukraynaya təcavüzünün 28 günü ərzində 121 uşaq həlak olub. Daha 167 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Bu Barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.
Uşaqların əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Jitomir, Xerson və Sumi vilayətlərində artilleriya atəşinə məruz qalıblar.
Bundan başqa, gündəlik bombardmanlar və top atəşləri nəticəsində 548 təhsil müəssisəsinə ziyan dəyib. Baş prokurorluqdan bildirilib ki, onlardan 72-si tamamilə məhv edilib.
Ukrayna baş naziri bildirib ki, Ukrayna bütün maddi itkilərin Rusiyanın Qərb tərəfindən dondurulmuş vəsaitləri hesabına bərpa ediləcəyini tələb edəcək.
Kiyev atəşə tutulub
Kiyev martın 23-ü səhər Rusiya hərbçiləri tərəfindən artilleriya atəşinə tutulub. Bu barədə Kiyev şəhər administrasiyası məlumat yayıb.
Svyatoşinski rayonunda ticarət mərkəzi, fərdi evlər və çoxmərtəbəli binalar atəşə tutulub. Nəticədə yanğın baş verib. Yanğın söndürülüb, itki yoxdur.
Şevçenkovski rayonunda atışmalardan sonra bir neçə fərdi yaşayış evi və hündürmərtəbəli bina yanıb. Ən azı dörd nəfər yaralanıb.
Kiyev merinin müavini Mikola Povoroznik zədələnmiş binaların fotolarını dərc edib.
Rusiyanın G20-dən çıxarılması müzakirə edilir
ABŞ və müttəfiqləri Rusiyanın G20 sammitindən çıxarılmağı düşünürlər və bu barədə ciddi müzakirələr gedir. Bu barədə Reuters xəbər verir.
G20 dünyanda ən böyük iqtisadiyyatlar malik ölkələrin toplaşdığı platformadır. Bu qrupu yaratmaqda məqsəd dünya iqtisadiyyatına təsir edən ən mühüm məsələlər üzrə əməliyyatları əlaqələndirməkdir.
Agentlik mənbələrinə istinad edərək bildirir ki, Polşa Rusiyanı G20-dən çıxarmağı təklif edib və ABŞ bu təklifi dəstəkləyib.
Bununla belə, analitiklərin Rusiyanın G20-dən kənarlaşdırılılacağına şübhə ilə yanaşır. Bu məsələ ilə bağlı səsvermə baş verərsə Çin, Hindistan və ya Səudiyyə Ərəbistanı kimi ölkələrdən biri veto qoyma hüququndan istifadə edə bilər.
Krımın ilhaqından və Donbassdakı ərazilərin rusiyayönlü separatçılar tərəfindən ələ keçirilməsindən qısa müddət sonra Rusiya aparıcı dünya güclərinin birləşdiyi G7-dən çıxarılmışdı.
Pentaqon Peskovun nüvə silahı ilə bağlı açıqlamasını təhlükəli adlandırıb
ABŞ Rusiyanın nüvə qüvvələrini gündəlik izləyir. Bununla belə ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Rusiyanın "ekzistensial təhlükə” ilə üzləşəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı bəyanatını pisləyib.
Bunu Pentaqonun sözçüsü Con Kirbi Moskvanın nüvə təhlükəsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Belə ki, CNN telekanalına müsahibəsində Dmitri Peskov Moskvanın nüvə silahından istifadə etmək fikrində olub-olmaması barədə suala cavabdan bir neçə dəfə yayınıb. Aparıcı Kristian Amanpur ondan Putinin nüvə arsenalından hansı şəraitdə istifadə edə biləcəyini soruşduqda Peskov cavab verib ki, "ölkəmiz üçün ekzistensial təhlükə yaranarsa, bu, mümkündür”.
"Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir”, - bu sözləri şərh edən Con Kirbi deyib.
Eyni zamanda, Pentaqonun sözçüsü əlavə edib ki, departament hələlik onları strateji mühafizə mövqeyini dəyişməyə məcbur edəcək heç nə görmür.
Vladimir Putin fevralın 27-də Rusiyanın nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, lakin Qərb müdafiə rəsmiləri Rusiyanın strateji bombardmançıları, raketləri və sualtı qayıqlarının səfərbər olmasına dair heç bir iş görmədiyini bildirir.
Putinin mətbuat katibi Dmitri Peskovun CNN-ə müsahibəsində Rusiyanın nüvə silahının potensial istifadəsini istisna etmədiyi barədə sözləri ekspertlərin fikrincə, ölkənin nüvə siyasətində dəyişiklik kimi şərh edilməməlidir.
iSEC Partners və NGS Secure təşkilatarının keçmiş baş təhlükəsizlik məsləhətçisi Matt Tate tvitter hesabında yazıb ki, "burada yeni heç nə yoxdur. Sadəcə köhnə doktrinanın təkrarıdır".
"Onlar ABŞ-ın nüvə silahları ilə bağlı panikasını görməkdən həzz alır, bu bəyanat mövqe dəyişikliyi ilə bağlı deyil”, - o əlavə edib.
Avropanın aparıcı meteo xidməti Rusiya ilə əməkdaşlığı dayandırıb
Avropanın aparıcı meteo xidməti sayılan və Almaniyada yerləşən EUMETSAT daha əldə etdiyi məlumatlarla Rusiya ilə bölüşmür. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Amma xidmət əməkdaşlığın dayandırlması səbəblərini açıqlamayıb.
Belə ki, EUMETSAT üzvü olan ölkələrin xüsusi çurası Rusiya ilə əməkdaşlıqla bağlı ikitərəfli razılaşmanın fəaliyyətinə xitam verib. Eyni zamanda məlumatlarla bölüşmə və əməkdaşların təlimlərdə iştirakı da dayandırılıb.
Bu qərardan bir müddət əvvəl EUMETSAT, Rusiya və Belarusa Avropa İttifaqına məxsus peyklərdən alınan məlumatların ötürülməsini dayandırmışdı . Bu addım Avropa Komissiyasının tələbi ilə həyata keçirilmişdi. Lakin digər peyklərdən alınan məlumatların, eləcə də dövlət meteorologiya xidmətlərindən gələn hava məlumatlarının ötürülməsi davam edirdi.
Bundan əvvəl ən azı üç oxşar Avropa təşkilatı Rusiya ilə əməkdaşlıqdan imtina edib.
Hərbi ekspertlərin fikrincə, Rusiya kimyəvi və ya bakterioloji silahlardan istifadə etməklə hər hansı hücumlar planlaşdırarsa küləyin istiqaməti və sürəti, həmçinin yağıntı ehtimalları ilə bağlı meteoroloji məlumatların verilməməsi müəyyən əngəl yaradacaq.
Rusiyanın Ukraynada kimyəvi silahla əməliyyat planlaşdıra biləcəyini daha əvvəl, xüsusən də NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Rusiya Müdafiə Nazirliyi isə "Ukrayna millətçiləri”nin kimyəvi silahla təxribatlar hazırladığını iddia edir.
Rusiya Ukraynanı qanadlı raketlərlə dənizdən bombalayır
CNN telekanalı Rusiyanın ilhaq etdiyi Krımdan Ukrayna ərazisini qanadlı raketlərdən atəşə tutulduğunu əks etdirən kadrlar nümayiş etdirib.
Telekanal xəbər verir ki, sosial şəbəkələrdə yayılan və gəmidən qanadlı raketlərin buraxılmasını əks etdirən videonun geolokasiyası təsdiqlənib.
CNN-in məlumatına görə, videoda Sevastopolun qərbində, daha dəqiq desək Krım sahillərində olan gəmidən Ukraynaya doğru raketlərin buraxılması əks olunub.
Video martın 22-də sosial şəbəkələrdə yayılıb.
"Martın 22-i. Sevastopol. Nəsə atırlar. Amma hara atırlır görünmür", - kadr arxasında olan səs deyir.
Daha əvvəl Pentaqonun rəsmisi Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Qara dənizin şimal hissəsində hərbi-dəniz aktivliyinin artdığını müşahidə edir.
"Biz görürürk ki, Odessa ətrafındakı ərazilər dənizdən atəşə tutulur. Amma hansı silahlardan istifadə etdiklərini və haranı hədəflədiyini demək çətindir", - o, bazar ertəsi keçirilən brifinqdə deyib.
Pentaqonun məlumatına görə, fevralın 24-dən Rusiya silahlı qüvvələri Ukraynadakı hədəflərə 1100-ə yaxın müxtəlif sinifli raketlərdən zərbələr endirib.
100 min Mariupol sakimi tam mühasirədədir - Zelenski
Rusiya hərbçiləri Mariupol sakinlərinin çıxması üçün sabit humanitar dəhlizlər təşkil etmək işini pozur. Hazırda bu şəhərdə 100 min insan qalmaqdadır. Bunu gecə etdiyi videomüraciətində Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Qeyri insani şəraitdə. Tam blokadada. Qidasız, susuz və dərmansz. Daimi atəş altında, daimi bombalar altında qalır bu adamlar", - Ukrayna prezidenti deyib.
Onun sözlərinə görə, mülki əhalinin çıxması üçün humanitar dəhizlər yaratmaq cəhdləri hər həftə Rusiya hərbçiləri tərəfindən (Amma Rusiya Müdafiə Nazirliyi Ukraynanı günahlandırır, - red) pozulur.
Belə ki, həftənin ikinci günü humanitar yük aparanmaşın karvanlardan birinə hücum edilib. Ukrayna fövqəladı hallar Xidmətinin əməkdaşları və avtobus sürücüləri əsir götürülüb.
Zelenski həmçinin bildirib ki, o, səhər Roma papası Fransisklər danışıb və onu Ukraynaya dəvət edib.
" Ukraynada gedən müharibəni pislədiyi və etdiyi dualar üçün ona təşəkkür etdim . İnanıram ki, biz bu vacib səfəri təşkil edə biləcəyik. Bu səfər hər birimizə, hər bir ukraynalıya mənəvi dəstək olacaq", - prezident deyib.
Zelenski Rusiya ilə aparıan danışıqlara da toxunub. O deyib ki, bu danışıqlar hər gün aparılır, "amma şətin gedir, hətta bəzən kəskin davalar düşür".
N.Təbrizli
Müharibə səbəbindən 3 556 924 nəfər mülki əhali Ukraynanı tərk edib.
"Reuters” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
"Reuters” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
Ukraynadan qaçqın düşənlərin 2 milyonu Polşa sərhədini keçib. 6,5 milyon insan isə Ukrayna daxilində yaşayış yerini dəyişməli olub
Ukrayna işğalda olan ərazilərini qaytarmağa başlayıb - Pentaqon
Pentaqonda Ukrayna müharibəsi ilə bağlı anonim brifinq keçirilib. Son günlər keçirilən bu brifinqlərdə vəziyyətin dəyişmədiyi barədə məlumatlar verilsə də son brifinqdə ABŞ Müdafiə Nazirliyi rəsmiləri vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyini vurğulayıblar. Bu barədə BBC-ə Pentaqonda olan anonim mənbə məlumat verib.
Pentaqon ukraynalılarda Rusiyanın işğal etdiyi əraziləri qaytarmaq qabiliyyəti və hazırlığının əlamətlərini görməyə başlayır. Bununla əlaqədar ABŞ Xarkov yaxınlığında yerləşən İzyum rayonunda gedən döyüşlərə və Xersonu azad etmək cəhdlərinə diqqət yetirir. Rusiyanın müharibəyə başlamazdan qabaq cəmləşdirdiyi qüvvənin 90%-dən az hissəsi qalıb. Rusiya ordusu həmçinin arxa cəbhədən təminatla bağlı çətinliklər yaşayır.
ABŞ Müdafiə Nazirliyi Rusiyanın artıq öz gəmilərini yanacaqla təmin edə bilmədiyini müşahidə edir. Rusiya əsgərləri arasında lazımi geyim təminatı olmaması səbəbindən şaxtadan donma hallarına rast gəlinir.
Pentaqon hesab edir ki, Rusiya ordusunu möhkəmləndirmək üçün çox güman ki, əvvəlcə başqa ölkələrdə olan batalyon taktik qruplarını Ukrayna cəbhəsinə gətirəcək. Daha sonra isə Rusiyanın başqa bölgələrində olan hərbçilərini səfərbər edəcəkdir.
Son bir həftədə Pentaqon Rusiya ordusunun qəsdən və şüurlu şəkildə mülki infrastrukturu hədəfə aldığını görüb.
Eyni zamanda hərbi cinayət hesab edilən bir çox başqa əməliyyatlara da yol verilib.
ABŞ hərbçiləri araşdırmalarda iştirak edir ( ABŞ mətbuatında Rusiyanın Ukraynada yol verdiyi hərbi cinayətlərlə bağlı Dövlət Departamenti araşdırma aparır).
Azov dənizində yeddi Rusiya hərbi gəmisi var. Çox güman ki, Mariupolu onlar bombalayır.
Qara dənizdə 21 Rusiya hərbi gəmisi var.
Ukraynada öldürülən Rusiya generalı
Ukraynada hərbi təcavüzü zamanı Rusiya ordusunun itirdiyi generalın adı bəlli oldu. Bu Rusiya ordusunun general mayoru Oleq Mityayevdir.
Onun əfsanəvi "Azov" polku tərəfindən döyüş zamanı öldürüldüyü bildirilir. Məlumat Ukrayna teleqram kanallarına məxsusdur və rəsmi təsdiqlənməyib.
Mityayev Rusiyanın "elit" sayılan 150-ci motoatıcı diviziyasına rəhbərlik edirdi.

Ukrayna aviasiyası aktivdir
Ukrayna ordusunun Baş QƏrargahı isə bildiri ki, son bir gün ərzində tərəflərin mövqelərində xüsusi dəyişiklik baş verməyib.
Ukrayna tərəf düşmənin 3 təyyarə, bir vertolyot, iki dron və 2 qanadlı raket vurub.
Baş Qərargah bildirir ki, Ukrayna aviasiyası fəaliyyətdədir və son bir gün ərzində Rusiya ordusunun maşın karvanına və yerləşdikəri məkanlara 10 dəfə hücum edib.
Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Ukraynanın artıq bir neçə gündür mühasirəyə alınmış Mariupol şəhəri yenə raket atəşinə tutulub. Kiyev, Xakov və Odessa yaxınlığında partlayışlar qeydə alınıb.
Ukrayna sayt və teleqram kanalları bunu xəbər verir:
- Rusiya hərbi gəmisi Mariupolu raket atəşinə tutub.
- Xarkovda gecə partlayış olub.
- Səhərə yaxın Kiyevdə də partlayış səsləri eşidilib.
- Odessanın qərbində bir neçə kilometrlikdə yerləşən Mirnoye kəndində güclü partlayış qeydə alınıb.
Pentaqondan proqnozlar
Pentaqon bildirir ki, Rusiyanın Ukraynaya təcavüzündən 20 gün keçsə də Rusiya ordusu əvvəlki kimi Ukraynanın ərazisində irəliləyə bilməyib.
Ölkənin bir neçə iri şəhərləri güclü artilleriya atəşinə tutulur.
Kiyev istiqamətində irəliləyən hərbi maşın karvanı Kiyevin 20 kilometrliyindədir.
Rusiya ordusu Xarkov və Nikolayev istiqamətində güclü müqavimətlə rastlaşır. Bununla belə Rusiya ordusu şimalda Çerniqov və cənubi şərqdə Mariupolu mühasirəyə ala bilib. Bununla belə ABŞ kəşfiyyatında olan məlumata görə, Ukrayna hakimiyyətinin bu şəhərin rəhbərliyi ilə əlaqəsi qalmaqdadır.
Pentaqon bildirir ki, hər iki tərəf ordusunun 90%-i işə salıb. 24 saat ərzində ABŞ maliyəsi hesabına alınmış silahların kraynaya çatdırılması gözlənilir.
Bu günlərdə ABŞ prezidenti ABŞ-ın 1,5 trilyon dollarlıq yarım illik büdcəsinin qəbul edildiyini, bunun da 13,6 milyard dollarının Ukrayna üçün ayrıldığını bildirib.
Ukraynada ölən jurnalistlər kimdir?
Fox News telekanalının 55 yaşlı operatoru Pierre Zakrjewski və 24 yaşlı ukraynalı jurnalist Aleksandra Kuvşinova Kiyev yaxınlığında yerləşən Gorenkada həlak olub. Rusiya hərbçiləri onların avtomobillərinə atəş açıb.
39 yaşlı britaniyalı jurnalist Benjamin Hall ayağından qəlpə yarası alıb, hazırda xəstəxanadadır.
Fox News-un baş direktoru Suzanne Scott martın 14-ü rəhbərlik etdiyi qurum üçün dəhşətli gün olduğunu bildirib.
Onun sözlərinə görə, Zakrjevski "ehtiraslı və misilsiz istedada malik jurnalist idi". O, İraq, Suriya və Əfqanıstan müharibələrini işıqlandırmışdı.

Fox News-un sözçüsü Yonat Freeling qeyd edib ki, Aleksandra Kuvşinova son bir ayda Fox News ilə çalışıb və "işini parlaq şəkildə görüb”.
"Biz gözəl və cəsur qadını itirdik "O, musiqini sevirdi, şən və mehriban idi", - Freeling deyib.
Məhkəmə Marina Ovsyannikova barədə qərar verdiMoskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı "Birinci Kanal”da yayımlanan "Vremya” verilişinin studiyasına girdiyinə görə, 30 min rubl cərimələyib, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.
Ovsyannikova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.
Marina Ovsyannikova məhkəmədən sonra verdiyi açıqlamasında onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
"Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Həqiqətən həyatımın çox çətin günlərini yaşayıram. İki gün yuxusuz qaldım. Dindirmə 14 saatdan çox davam etdi, ailəm və dostlarımla əlaqə saxlamağa icazə verilmədi, mənə heç bir hüquqi yardım göstərilmədi”, - Ovsyannikova deyib.
Jurnalist martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə "Müharibəyə yox!” şüarı yazılmış plakat açıb və "müharibəni dayandırın!” şüarını səsləndirib. Plakatda həmçinin "küçəyə çıxın, burada sizi aldadırlar" sözləri də yazılmışdı.
O, həmçinin Youtube kanalına yerləşdirdiyi videoda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzünü pisləyib.
"İndi Ukraynada baş verənlər cinayətdir. Rusiya təcavüzkar ölkədir. Bu təcavüzə görə məsuliyyət ancaq bir adamın üzərinə düşür. Bu adam da Putindir.
Atam Ukraynalıdır, anam isə rusdur. Və onlar heç vaxt düşmən olmayıb. Rusiya təcili qardaş ölümünə səbəb olan müharibəni dayandırmalıdır. Bizim qardaş xalqlar hələ barışa bilər. Təəssüf ki, son illər mən birinci kanalda çalışmışam. Kremlin təbliğatı ilə məşğul olmuşam .İndi mən çox utanıram. Utanıram, çünki televiziya ekranından yalan xəbərlərin verilməsinə imkan yaratmışam. Utanıram ki, rusları zombiləşdirməyə imkan vermişəm", - deyib Ovsyannikova.
ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını və Ukraynanı dəstəklədiyi üçün ona təşəkkür edib. O, bu barədə öz Tvitter hesabında yazıb .
"Mən Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim", - Blinken yazıb.
Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərində yerləşən İntensiv müalicə üzrə regional xəstəxananın həkim kollektivi və xəstələri girov götürüblər. Bu barədə Ukrayna hakimiyyət dairələri məlumat yayıb.
Donetsk vilayətinin dövlət administrasiyasının sədri Pavel Kirilenko da öz teleqram kanalında xəstəxananın əməkdaşına istinadən məlumatı təsdiqləyib.
"Xəstəxanadan çıxmaq mümkün deyil. Onlar davamlı atəş açır, biz zirzəmidə oturmuşuq. Artıq iki gündür maşınlar xəstəxanaya yaxınlaşa bilmir. Ətrafda olan yüksəkmərtəbəli binalar yanır. Ruslar qonşu binalardan 400 nəfəri zorla xəstəxananın binasına salıb. Biz çıxa bilmirik”, - Kirilenko xəstəxana əməkdaşından sitat gətirib.
Hələlik bu xəbərin nə dərəcədə doğru olduğu təsdiqlənməyib.
Rusiya ordusunun Ukraynanı atəşə tutması nəticəsində azı 35 jurnalist yaralanıb, 3-ü həlak olub.
Bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova "Telegram” kanalında məlumat yayıb.
"Rusiya işğalçıları Ukraynadakı hərbi cinayətlərinin obyektiv işıqlandırılmasına qarşı mübarizə aparır. Onlar jurnalistləri öldürür və güllələyirlər. Artıq azı 35 jurnalist irqçi yaraqlıların əlindən əziyyət çəkir, üçü öldürülüb", - o yazıb.
Məlumata görə, əcnəbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı, Live operatoru Yevgeni Sakun Kiyevdə raket hücumu nəticəsində, ABŞ vətəndaşı, reportyor və sənədli film istehsalçısı Brent Renault isə Kiyev vilayətinddə, İrpendəki keçid məntəqəsində həlak olub.
Bundan əlavə, Rusiyanın hücumları zamanı çoxlu sayda jurnalist yaralanıb.
Denisovanın sözlərinə görə, isveçrəli jurnalist Guillaume Briquetin "press" işarəsi olan zirehli avtomobilİ Nikolayevə doğru hərəkət edərkən rus hərbçiləri tərəfindən atəşə tutulub. Həmçinin "Voxpot”un Çex nəşrinin iki jurnalisti Maida Slamova və Voytech Boqaça atəş açılıb. "Ekstra-Bladet"in iki danimarkalı əməkdaşı - jurnalist Stefan Weichert, fotoqraf və reportyor Emil Filtenborq Mikkelsen güllə yarası alıb.
Rusiya qoşunları Britaniyanın "Sky News” televiziya qrupuna da hücum edib. Baş müxbir Stüart Remzi və onun dörd həmkarı Kiyevə qayıdarkən pusquya düşüblər.
Lyudmila Denisova qeyd edib ki, Ukraynanın televiziya infrastrukturu obyektləri də məqsədyönlü şəkildə atəşə tutulub:
"Düşmən Kiyev, Lutsk, Rivne teleqüllələrini dağıtmağa cəhd edib, müvəqqəti işğal olunmuş şəhərlərdə teleqüllələri və televiziya studiyalarını ələ keçirib. İşğalçıların hərəkətləri irqçi təbliğat və ideologiya tətbiq etmək və bütün digər informasiya resurslarını sıxışdırmaq məqsədi daşıyır".
O, həmçinin vurğulayıb ki, jurnalistlərin öldürülməsi və güllələnməsi Haaqa Konvensiyasının və Bəyannaməsinin, Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır.
Bir gün əvvəl Amerikanın aparıcı qəzetlərindən birinə məxsus olan mənbə Rusiyanın Çindən belə bir yardım istəməsi barədə məlumat yayıb, lakin hansı yardımdan söhbət getdyi hələ müzakirə olunur, Çin hakimiyyətinin sorğuya necə reaksiya verdiyi və ümumiyyətlə belə bir tələbin olub-olmadığı dəqiqləşdirilir.
"Biz Pekinə dedik ki, biz dayanmayacağıq və heç bir dövlətin Rusiyaya iqtisadi sanksiyalardan vurduğu itkiləri kompensasiya etməyə icazə verməyəcəyik”, - ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan CNN telekanalına müsahibəsində deyib.
Çinin Vaşinqtondakı səfirliyi Rusiyanın belə bir istəyindən xəbərsiz olduğunu açıqlayıb.
Sullivanın xəbərdarlığı Ukraynadakı müharibəni müzakirə etmək üçün Romada çinli diplomat və Siyasi Büro üzvü Yang Jiechi ilə görüşündən əvvəl səsləndirib.
Ukraynada terrora məruz qalan hamilə qadın ölüb
Ukraynanın mühasirədəki Mariupol şəhərində rus ordusunun hava hücumu zamanı doğum evində olan hamilə qadınlardan biri dünyasını dəyişib.
Bu barədə "Amerikanın səsi”nin jurnalisti Asya Dolina Facebook-da məlumat məlumat yayıb.
Jurnalist qeyd edib ki, bu məlumatı həmin gün hadisə yerindən fotoreportaj hazırlayan fotoqraf Yevgeni Maloletka da təsdiqləyib.
"Mariupoldakı 3 nömrəli doğum evinin dağıntıları arasından çıxarılarkən video və fotoreportajların əsas siması olan xərəklə aparılan qadın öldü. Onun bətnindəki uşağı da sağ qalmayıb", - jurnalist bildirib.
Xəstəxananın atəşə tutulması zamanı yaralanmış digər hamilə qadın - Marianna Podqurskaya isə qız uşağı dünyaya gətirib.
Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və nəticədə 2187 Mariupol sakini həlak olub.
Bu barədə "Telegram”-da Mariupol Şəhər Şurası məlumat verib.
"İndi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, - deyə məlumatda bildirilib.
Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
"Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - məlumatda deyilir.
Bundan əlavə, zenit raket bölmələri işğalçıların üç helikopterini və bir pilotsuz uçuş aparatını məhv edib.
Jurnalistlərin İrpenə girişi qadağan edildiBu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.
Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.
Şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb.
Kiyev vilayətinin İrpen şəhərində rus hərbçilər "New York Times” müxbirini güllələyərək qətlə yetiriblər.
UNİAN xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
"İşğalçılar hətta rus qoşunlarının Ukraynadakı vəhşilikləri haqqında həqiqəti göstərməyə çalışan beynəlxalq media jurnalistlərini də rüsvayçılıqla öldürürlər. Bu gün İrpendə dünyaca məşhur "Nyu York Tayms"ın 51 yaşlı müxbiri güllələnib", - deyə Geraşenko bildirib.
Onun sözlərinə görə, daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir
Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi Polşanın MiQ-29 qırıcı təyyarələrini daha sonra Ukraynaya göndərmək üçün ABŞ-ın sərəncamına vermək təklifini rədd edib və bunu "mümkünsüz" adlandırıb. "Biz Polşa və NATO-da olan başqa müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik. Bu təklifin mürəkkəb loqistik aspektləri var. Biz Polşanın bu təkfini mümkün saymırıq", - Kirbi bəyanatında deyib.
Polşanın təklifi deyəsən ABŞ məmurları üçün gözlənilməz olub. Bundan qabaq Dövlət Departamentinin başçısı Viktoriya Nuland Varşavanın bu təklifi Dövlət Departamenti ilə razılaşdırmadğı barədə məlumat verib.
Martın 8-də Polşa MiQ-29 qırıcı təyyarələrini Almaniyada yerləşən Ramştayn aviabazasına ABŞ Silahlı Qüvvələrinin sərəncamına göndərməyə hazır olduğunu bildirib.
Polşa prezidenti Mateuş Moravetcki bununla yanaşı bildirib ki, rəsmi Varşava təyyarələri birbaşa Ukraynaya göndərməyə hazır deyil. Çünki nə NATO, nə də Polşa müharibə aparan tərəf deyil.
Praktiki olaraq müharibənin lap əvvəlindən Vladimir Zelenski, "Qərbdə olan müttəfiqkər Ukraynaya bundan artıq nə edə bilər?" sualına cavabında "Ukraynanın hava məkanını bağlı elan edin" deyə cavab verib.
Amma Qərb hesab edir ki, Ukrayna hava məkanını bağlamaq NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya getmək deməkdir.
Rusiya prezidenti Vladimir Putin də belə bir addımın atllması NATO-nun Rusiyaya qarşı müharibə elan etməsi kimi başa düşəcək.
"Biz Polşa və NATO-da olan başqa müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik. Bu təklifin mürəkkəb loqistik aspektləri var. Biz Polşanın bu təkfini mümkün saymırıq", - Kirbi bəyanatında deyib.
Polşanın təklifi deyəsən ABŞ məmurları üçün gözlənilməz olub. Bundan qabaq Dövlət Departamentinin başçısı Viktoriya Nuland Varşavanın bu təklifi Dövlət Departamenti ilə razılaşdırmadğı barədə məlumat verib.
Martın 8-də Polşa MiQ-29 qırıcı təyyarələrini Almaniyada yerləşən Ramştayn aviabazasına ABŞ Silahlı Qüvvələrinin sərəncamına göndərməyə hazır olduğunu bildirib.
Polşa prezidenti Mateuş Moravetcki bununla yanaşı bildirib ki, rəsmi Varşava təyyarələri birbaşa Ukraynaya göndərməyə hazır deyil. Çünki nə NATO, nə də Polşa müharibə aparan tərəf deyil.
Praktiki olaraq müharibənin lap əvvəlindən Vladimir Zelenski, "Qərbdə olan müttəfiqkər Ukraynaya bundan artıq nə edə bilər?" sualına cavabında "Ukraynanın hava məkanını bağlı elan edin" deyə cavab verib.
Amma Qərb hesab edir ki, Ukrayna hava məkanını bağlamaq NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya getmək deməkdir.
Rusiya prezidenti Vladimir Putin də belə bir addımın atllması NATO-nun Rusiyaya qarşı müharibə elan etməsi kimi başa düşəcək.
Polşanın təklifi deyəsən ABŞ məmurları üçün gözlənilməz olub. Bundan qabaq Dövlət Departamentinin başçısı Viktoriya Nuland Varşavanın bu təklifi Dövlət Departamenti ilə razılaşdırmadğı barədə məlumat verib.
Martın 8-də Polşa MiQ-29 qırıcı təyyarələrini Almaniyada yerləşən Ramştayn aviabazasına ABŞ Silahlı Qüvvələrinin sərəncamına göndərməyə hazır olduğunu bildirib.
Polşa prezidenti Mateuş Moravetcki bununla yanaşı bildirib ki, rəsmi Varşava təyyarələri birbaşa Ukraynaya göndərməyə hazır deyil. Çünki nə NATO, nə də Polşa müharibə aparan tərəf deyil.
Praktiki olaraq müharibənin lap əvvəlindən Vladimir Zelenski, "Qərbdə olan müttəfiqkər Ukraynaya bundan artıq nə edə bilər?" sualına cavabında "Ukraynanın hava məkanını bağlı elan edin" deyə cavab verib.
Amma Qərb hesab edir ki, Ukrayna hava məkanını bağlamaq NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya getmək deməkdir.
Rusiya prezidenti Vladimir Putin də belə bir addımın atllması NATO-nun Rusiyaya qarşı müharibə elan etməsi kimi başa düşəcək.
Ukrayna ilə bağlı martın 8-də nə baş verib - İCMAL
- Rusiya Mərkəzi Bankı xarici valyuta ilə hesablardan pulun nəqdləşdirilməsinə məhdudiyyət qoyub Bundan sonra ancaq 10 min dollar nəqdləşdirmək mümkün olacaq. Pulun qalan hissəsini vətəndaşlara rublda çıxarmağa icazə verəcəklər.
- McDonalds, Coca-Cola, Starbucks, Universal Music və başqa şirkətlər Rusiyada fəaliyətini dayandırıb.
- ABŞ prezidenti ölkəsinin Rusiya neft, qaz və daş kömürünü idxal etməyəcəyini bildirib.
- Britaniya 2022-ci ilin sonuna kimi Rusiya neftini idxal etməyəcəyini bildirib.
- Ukrayna prezidenti Vladimir Zelenski Britaniya parlamentinin İcmalar Palatasında çıxış edib.
- Ümumdünya Səhiyyə Təşkilatı Ukraynada humanitar böhranın baş verəcəyini bildirib.
- BMT 2 milyon adamın Ukraynanı tərk etdiyini elan edib.
McDonald's Rusiya ərazisində olan 850 restoranını müvəqqəti bağlamaq barədə qərar verib.
Bu şirkətin Rusiyadakı restoranlarında 65 min nəfər çalışırdı.
Bu gün dünyada iri parfümeriya və kosmetika istehsalçısı olan L'Oreal şirkəti də mağazalarını rusiyalıların üzünə qapatdı. Həmçinin şirkət Rusiya ərazisində on line satışlarını da saxladı.
Fransanın L'Oreal şirkətinin Rusiyada olan mağazalarında 2200 nəfər çalışırdı. Şirkətin Rusiyadan getməsinə səbəb Rusiyanın Ukrayna təcavüzüdür.
L'Oreal Ukraynaya 5 milyon avro (5,5 milyon dollar) ardım edib.
Ferrari də Rusiyadan getmək qərarı verib.
Rusiya bazarı üçün daha avtomobil istehsal etməyəcəyini deyən şirkət Ukraynaya 1 milyon avrodan çox yardım edəcəyini bildirib.

Zelenski Britaniyanın İcmalar palatasında çıxış edib
Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın icmalar palatasında çıxış edib.
Videoəlaqə vasitəsilə həyata keçirilən çıxışında Ukrayna prezidenti göstərdiyi dəstəyə görə, Boris Consona təşəkkürünü bildirib.
Zelenski Ukraynanın Rusiya ilə mübarizəsini Britaniyanın nasist Almaniyası ilə İkinci Dünya müharibəsi zamanındalı mübarizəsi ilə müqayisə edib.
"Siz nasistlər ölkənizi ələ keçirmək istəyəndə onu itirmək istəmirdiz. Siz Britaniya uğrunda döyüşürdüz"- prezident deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna xalqı Rusiya ordusu ilə döyüşərək qəhrəmanlıq nümayiş etdiri. "Atılan
"Rusların atdığı atəş bizi sındırmır", - Zelenski əlavə edib.
Rusiya Ukraynada hərbi əməliyyatlar zamanı 2-4 min adam itirib.
Bunu ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Skott Berriyer bildirib.
"Rusiya çox pis plana malik idi", - o, kəşfiyyatın əldə etdiyi məlumatlara istinadən bildirib.
Bir az qabaq Pentaqon bəyan edib ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Ukraynaya müharibəyə qədər topladığı hərbi qruplaşmalarını 100% yeridib.
Hələlik Pentaqon Rusiyanın Ukraynaya əlavə hərbiçi göndərmək niyyətində olduğunu aşkarlamayıb.
Bu bazar Pentaqon NATO-nun Avropada olan müttəfiqlərini gücləndirmək üçün 500 hərbiçi göndərdiyini bildirib. Beləliklə, hazırda Avropada ABŞ hərbçilərinin sayı 100 in nəfər təşkil edib.
Kiyev yaxınlığında olan 64 kilometrlik hərbi maşın karvanı isə olduğu yerdə durur.
Odessa yaxınlığında da Pentaqon dəniz desantının düşürüldüyünü müşahidə etmir. Rusiya həmçinin Ukrayna hava məkanına nəzarəti təmin edə bilməyib. Ukrayna hərbi təyyarələri və vertolyotları səmada uçur və Havadan mühafizə sistemi fəaliyyət göstərməkdədir. Bununla bərabər hər iki tərəfdən qırıcı təyyarələr , vertolyot və havadan mühafizə qurğuları arasında itkilər var.
Ukrayna Rusiyanın itkiləri barədə
Ukrayna Müdafiə Nazirliyi ilə Rusiya tərəfinin 12 min şəxsi heyət üzvü itirdiyini bildirir. UNİAN agentliyi qeyd edir ki, bura təkcə ölmüş Rusiya hərbiçiləri deyil həm də yaralılar daxildir.
Rusiya öz itkiləri barədə
Rusiya Müdafiə NAzirliyi öz itkiləri barədə yalnız bir dəfə məlumat verərək onların sayının 498 nəfər olduğunu deyib. Hazırda Rusiyada təcavüzkar əməliyyat həyata keçirən Risqvardiya da itkiləri barədə açıqlama vermir.
Müharibə şəraitində hər iki tərəfin itkiləri barədə dəqiq məlumat almaq mümkün deyil.
ABŞ Rusiya nefti və qazından imtina etdi
ABŞ prezidenti Co Bayden elan etdi ki, ABŞ Rusiya nefti və qazından imtina edir.
"Dünya Putini Ukraynada müharibəni dayandırmağa çağırır. Rusiya Ukraynada bir şəhəri ələ keçirə bilər. Amma bütün ölkəni özünə təslim edə bilməyəcək. Biz ona görə Ukrayna xalqını dəstəkləməkdə davam edəcəyik. Ukraynalılaq azadlıq, demokratiya və ölkələrini müdadiə edirlər. Biz də onlara həm humanitar, həm də maddi yardım edəcəyik", - Bayden dedi.
O , həmçinin bildirdi ki, Rusiya AVropanın ən iri atom elektrik stansiyasını (Zaporojye AES) ələ keçirib. Bu təhlükəlidir.
"Biz Putinin başladığı müharibəni maliyyələşdirmək niyyətində deyilik", - Bayden bildirib.
O, etiraf edib ki, Avropadan olan müttəfiqləri Rusiya qazından asılı olduğu üçün Rusiya enerji daşıyıcılarndan imtina edə bilməyəcək.
ABŞ-ın Rusiya neftinin idxalından imtina etməsi dünya bazarında neftin qiymətinin artmasına səbəb olacağına baxmayaraq bu qərar ABŞ-ın hər iki partiyası tərəfindən dəstəklənib.
Baydenin bu qərarı hələ elan edilməmiş dünya bazarında Brent markalı neftin qiyməti 5% artaraq 1 barrel üçün 130 dollar təşkil edib. AVtomobil benzinin qiyməti isə 18% artıb.
Dünyanın iri neft şirkətləri olan Shell və BP artıq Rusiya nefti və neft məhsullarının satışından imtina edib. Shell Rusiyada olan yanacaq doldurma stansiyalarının fəaliyyətini saxlayıb.
Ukrayna tərəfi Rusiyanın itkilərini açıqladı: 12 min hərbçi məhv edilib
Ukraynada müharibənin 13-cü günüdür. Geridə qalan günlərdə baş vermiş toqquşmalar hər iki tərəfdən ciddi itkilərlə müşayiət olunub.
Anews.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər yaydığı məlumata görə, 12 gün ərzində düşmən qüvvələri böyük döyüş itkiləri verib.
"Bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 12 minə yaxın işğalçını məhv edib”,-deyə məlumatda vurğulanır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini aşağıdakı kimi komplektləşdirib:
Şəxsi heyət - təxminən 12 min nəfər,
tanklar - 303 ədəd,
zirehli döyüş maşınları - 1036 ədəd,
artilleriya sistemləri – 120 ədəd,
MLRS – 56 ədəd,
hava hücumundan müdafiə sistemləri – 27 ədəd,
təyyarə - 48 ədəd,
helikopterlər - 80 ədəd,
avtomobillər – 474 ədəd,
gəmilər və qayıqlar - 3 ədəd,
yanacaq və sürtkü materialları olan çənlər – 60 ədəd,
PUA-lar – 7 ədə.
Baş Qərargah ukraynalıları yalnız etibarlı mənbələrə etibar etməyə, panikaya düşməməyə və ümumi müqaviməti davam etdirməyə çağırıb
11.02
Rusiya Zaporojye AES-i ələ keçirdi
Zaporojye AES Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirilib , bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.
Məlumatda deyilir ki, stansiyanın personalı əvvəlki qaydada çalışır və enerqoblokların durumuna nəzarət edir.
Zaporojye hərbi-mülki administrasiyası isə öz növbəsində bildirir ki, stansiyada radiasiya fonu normaldır.
10.05
Airbnb Rusiya və Belarusdan getdi
Mənzil kirayəsi üzrə rəqəmsal Airbnb Inc platforması Rusiya və Belarusda öz fəaliyyətini dayandırdığını bildirib. Bu barədə şirkətin rəhbəri Brayan Çeski öz Tvitter səhifəsində bildirib.
"Airbnb Rusiya və Belorusda bütün əməliyyatları dayandırır", o yazıb.
8.57
ABŞ Fövqəladə Nüvə Dəstəyi Qrupunu aktivləşdirdi
ABŞ Fövqəladə Nüvə Dəstəyi Qrupunu (NEST) hazırlıq vəziyyətinə gətirmək barədə qərar verib. Bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm ukraynalı həmkarı ilə təcili söhbətindən bildirib.
NEST missiyası dünyanın istənilən yerində istənilən növ radioloji təhlükəyə mümkün qədər tez reaksiya vermək üçün alim, texnik və mühəndislərdən ibarət mütəxəssislər qrupudur.
"Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasının reaktorunun bilavasitə yaxınlığında apardığı hərbi əməliyyatı ehtiyatsızlıq kimi dəyərləndirilməli və dayandırılmalıdır" , - o deyib.
Mütəxəssislərin sözlərinə görə, stansiyanın reaktorları möhkəm konstruksiyalarla qorunur və təhlükə olarsa avtomatik təhlükəsizlik rejiminə keçir.
"Biz ərazinin yaxınlığında yüksək radiasiya səviyyəsinin olduğunu hələlik müşahidə etmirik", deyib xanım Qranholm.
8.37
Zaporojye Atom Elektrik Stansiyasında YANĞIN SÖNDÜRÜLÜB
Ukraynanın Zaporojye atom elektrik stansiyasının təlim binasında baş verən yanğın ləğv edilib, ölən və yaralanan yoxdur, Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Ukraynanın Zaporojye atom elektrik stansiyasında yanğın baş verib. Bu stansiyanın yaxınlığında Rusiya Silahlı Qüvvələri tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində bra mərmi düşdüyü ehtimal edilir.
Ukrayna XİN rəhbəri bəyan edib ki, stansiya partlasa onun nəticələri Cernobil Atom Elektrik Stansiyasında 10 dəfə daha dəhşətli olacaq. Onun nəticələrinin ləğvinə 600 min adam səfərbər edilmişdi.
07.38
Fransa Rusiyaya qarşı sanksiyaları SƏRTLƏŞDİRƏCƏK
Fransa hakimiyyəti anti-Rusiya sanksiyalarını sərtləşdirməyi planlaşdırır, bu barədə Fransa Prezidenti Emmanuel Makronun administrasiyası məlumat yayıb.
"Bu gün biz açıq şəkildə anladıq ki, sanksiyaları sərtləşdirməliyik", bunu Yelisey sarayının sözçüsü bildirib.
O, bu fikrə Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra gəldiyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və saat yarım davam edib, lakin konkret nəticələr olmayıb.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan edib.
23.36
Ruslar Xersonda teleqülləni ələ keçirdi - Əhaliyə xəbərdarlıq edildi
Rusiya hərbçiləri Xerson televiziya qülləsinə nəzarəti ələ keçirib,bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Gennadi Lahuta məlumat yayıb.
Lahuta bildirib ki, ruslar televiziya qülləsini ələ keçirməsindən istifadə edərək, "Rusiyaya təslim olma və sülh müqaviləsi" haqqında dezinformasiya yaymaq üçün istifadə edə bilərlər.
O, saxta xəbərlərə aldanmamaq üçün xəbərdarlıq edib.
22.21
Bugünkü danışıqlarda hansı məsələ müzakirə olundu?
Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu zamanı humanitar aspektlər ətraflı müzakirə olunub,bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib
"Biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik, çünki indi kifayət qədər şəhərlər mühasirəyə alınıb, qida, dərman, təxliyə ilə bağlı dramatik vəziyyət yaranıb", - Podolyak danışıqların ikinci raundundan sonra deyib.
21.32
Putin Təhlükəsizlik Şurasının iclasında çıxış edib
Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparmasından 8 gün keçir.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü keçirib. O görüşdə müharibənin son vəziyyəti ilə bağlı bunları deyib:
-Əsgərlərimiz öz işlərinin düzgünlüyünü tam dərk edərək xüsusi əməliyyat zamanı hərəkətə keçirlər,hətta yaralansalar da döyüşə davam edirlər.
-Ruslar və ukraynanlılar bir xalqdır,mən bundan heç vaxt imtina edə bilmərəm.
-Ukraynada döyüş zamanı həlak olan hərbçilərin ailə üzvlərinə 7 milyon rubl pul ödəniləcək.
-Ukraynadakı xüsusi əməliyyat plan üzrə gedir.
-Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qarşıya qoyulan bütün vəzifələr uğurla həll olunur.
-Ukraynada yaralanan hərbçilərə 3 milyon rubl ödəniləcək.
Putin Ukraynada həlak olan Nurməhəmməd Hacımaqomedova ölümündən sonra Rusiya qəhrəmanı adının verilməsini və bununla bağlı fərman imzaladığını bəyan edib.
20.22
Zelenski Putinə çağırış etdi
O, Putinə "axı sən bizdən nə istəyirsən. Çıx get bizim torpaqlardan. Gəl danışaq! 20 metr məsafədən yox kişi kimi üz-üzə durub danışaq. Mn normal kişiyəm. Qorxma məndən", - Zelenski deyib.
Məsələ "danışmaq istəyirəm” deyil. Məncə, Putinlə danışmalıyam. Dünya Putinlə danışmalıdır,bunu Ukrayna Prezidenti Vlodimir Zelenski mətbuata açıqlamasında deyib.
"Bu müharibəni dayandırmaq üçün başqa bir yol... Çünki mən Putinlə danışmağa məcburam. Çox dürüst davranıram. Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Məncə, biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm.
Belə bir adam ölkəsi üçün böyük insan ola bilər, amma bu nəsil qərar verməz ona. Nə qədər tarixi fiqur olduğuna gələcək nəsillər qərar verər. Bəlkə, məni gələcəkdə xatırlayacaq, amma vacib olan yaxşı xatırlanmaqdır”, - Zelenski qeyd edib.
"Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış. Biz sənin üçün təhdid deyilik, biz terrorçu deyilik", - o əlavə edib.
16.19
Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərinə qaytarıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru qoşunları komandanlığı məlumat yayıb.
"Təcili! Buca bizdədir" Buca Dövlət Şurasının bunasının üzərində yenə Ukraynanın sarı göy bayrağı dalğalanır", - hərbicilər yazıb və video yerləşdiriblər.
Rusiya tankları fevralın 27-də Buca şəhərinə daxil olaraq mükli əhalinin yaşadığı binaları atəşə tütmüşdülar.
14.20
Bu gün saat 15.00-da Ukrayna-Rusiya danışıqları başlaya bilər.
Bunu Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Amma Medinskiy danışıqların hansı ölkəmim vaxtı ilə saat 15.00-da keçiriləcəyini dəqiqləşdirməyib. Ancaq görüşün Belarusda keçiriləcəyini bildirib. Deməli danışırların Moskva vaxtı ilə keçirilməsi ehtimal oluna bilər.
Danışıqların keçirildiyi məkan və vaxt təhlükəsizlik məqsədilə açıqlanmır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna tərəfin danışıqlar prosesini uzatdığını bildirib." Biz hazırda Ukrayna nümayəndə heyətindən xəbər gözləyirik. Danlışıqların məzmunu kütləvi müzakirələr üçün açıq olmamalıdır", - Peskov deyib.
O, həmçinin Rusiyanın bəzi bölgələrində hərbi vəziyyətin elan edilməsi və çağırış yaşında olan kişi əhalisinin getməsinə qadağa qoyuması barədə xəbərləri uydurma adlandırıb.
Peskov həmçinin söyləyib ki, Putin Rusiya Təhlükəsizlik Şurası üzvləri ilə görüşəcək və öz çıxışını "qəhrəmancasna həlak olmuş rus hərbiçiləri" cümləsi ilə başlayacaq. Onun sözlərinə görə, "onların şücaəti tarixə düşüb".

13.00
Ruslar depressiyadadır - Zelenski
Ukrayna xalqının göstərdiyi dözümlülük Rusiyanı öz taktikasını dəyişməyə vadar etdi, bunu prezident Vladimir Zelenski xalqa yeni müraciətində deyib.
Ukrayna prezidenti Vladimir Zelenski xalqa növbəti video müraciətində bildirib ki, Rusiyanın Ukrayna şəhərlərini raket-bomba atəşinə tutması bizim torpağımızda istəklərinə nail ola bilməməsindən xəbər verir. Bizim bütün müdafiə xətlərimiz yerində qalıb. Heç bir strateji istiqamətdə düşmən uğur əldə edə bilməyib. Onlar depressiyadadırlar", - Zelenski deyib.
"Biz hər bir evi , hər küçəni, hər şəhəri bərpa edəcəyik. Biz Rusiyaya deyirik:reparasiya və kontribusiya sözünü öyrənin. Dövlətimizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyə görə bizə kompensasiya verəcəksiniz", - o, davam edib.
"Elə bir silah yoxdur ki, bizə qarşı, Ukraynanın azad vətəndaşlarına qarşı istifadə etməyəsiniz. İndi də çıxıb təbliğatçılarınıza deyirsiniz ki, Ukraynaya qondarma humanitar yardım göndərəcəksiniz. Allahsızlar yadınızda saxlayın, milyonlar sizi lənətləyəndə özünüzü xilas edə bilməyəcəksiz," - Ukrayna prezidenti əlavə edib.
O qeyd edib ki, daha əvvəl yaradıldığını elan etdiyi əcnəbi legiona 16 min əcnəbi yazılıb və onlardan birincisi artıq yoldadır.
Zelenski çıxışının lap sonunda ukrayna dilindən rus dilnə keçərək "evə get. Öz evinə. Rusdilli əhalini dünya üzrə yox pz evində qoru. Torpağında 150 milyon yaşayır. Burada isə - Ukraynaya eşq olsun" deyib.

10.12
Bu ana qədər Rusiyada baş verənlər
-Nazirlər Kabineti Dumaya sanksiyalar altında olan vətəndaşlara və biznesə dəstək tədbirləri ilə bağlı layihələr paketi təqdim edib.
-Ukrayna nümayəndə heyətinin üzvü Belovejskaya Puşçada Rusiya ilə danışıqların aparılmayacağını bildirib.
-Brent markalı neftin qiyməti 2013-cü ilin avqustundan bəri ilk dəfə olaraq bir barel üçün 116 dollara çatıb.
-Fitch Rusiyanın uzunmüddətli reytinqini "BBB”dən "B”-yə endirib.
-Rusiyada bütün dövlət şirkətlərinə qarşı sanksiyalar haqqında qanun layihəsi ABŞ Konqresinə təqdim edilib.
-Nazirlər Kabineti yaşayış minimumunun və minimum əmək haqqının hesablanması qaydasını müəyyən etmək hüququnu əldə edə bilər.
-SWIFT martın 12-də Aİ-nin sanksiyalarına məruz qalan Rusiya banklarını ödəniş sistemindən ayıracaq.
-Rusiyalı paralimpiyaçılar Pekində keçiriləcək Oyunlara buraxılıblar.
-Sənaye və Ticarət Nazirliyi avtomobillər üçün "lüks vergisi”nin səviyyəsini 10 milyon rubla qaldırmağı təklif edib.
-H&M, Canon və Farfetch Rusiyada satışlarını dayandırıb.
-ABŞ Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq məsələsinə baxacaq.
10.11
Rusiya qırıcı təyyarələri İsveçin hava məkanına soxulub
İsveç Silahlı Qüvvələri dprd Rusiya qırıcı təyyarəsinin dünən ölkənin hava məkanına soxularaq uçuşlara qoyulan qadağanı pozub. İsveç digər Avropa ölkələri kimi öz hava məkanını Rusiyanın üzünə bağlayanlar sırasındadır.
İsveç hərbi komandanlığı Rusiya pilotlarının hərəkətini pisləyərək onları qeyri peşəkat və məsuliyyətsiz adlandırıb.
İsveç NATO üzvü deyil. Amma Rusiyanın Ukraynaya təcavüzündən sonra rəsmi Stokholm Finlyandiya ilə bərabər bu quruma daxil olmaq istəyində olduqlarını bildiriblər.
Rusiya XİN-in sözmüsü Mariya Zaxarova bildirib ki, bu ölkələrin NATO-ya daxil olması ciddi hərbi-siyasi nəticələrə səbəb ola bilər və Rusiya tərəfində cavab reaksiyası doğuracaq.
9.48
Rusiya generalları və hərbiçilərini Haaqa tribunalı gözləyir
Böyük Britaniya müttəfiqlərinin Beynəlxalq Haaqa tribunalına müraciət etməsində aparıcı rol oynayıb, bu barədə Britaniya XİN bəyanatında bildirir.
38 ölkə Vladimir Putin rejiminin Ukrayna ərazisində hərbi cinayət törətməsi ilə bağlı Haaqa tribunalı qarşısında iddia qaldırıb. Onlardan 27-i Avropa İttifaqı ölkəsi, İsveçrə, Kanada və Yeni Zellandiyadır.
"Böyük Britaniya Beynəlxalq cinayət məhkəməsinin yaradılmasında iştirak edən ölkə kimi ittiham qərarına nail olmaq üçün texniki dəstək verməyə hazırdır", Britaniya ədliyyə naziri Dominik Raab bildirib.
"Cinayətkar əmrlər verən hər bir Rusyia lideri və zabiti bilməlidir ki, onu məhkəmə və həbs gözləyir", - Raab xəbərdarlıq edib.
Britaniya XİN rəhbəri LiHərbz Trass həmçinin bildirib ki London öz müttəfiqləri ilə birgə ədalətli cəzanın verilməsinə nail olmağa çalışacaq.
Rusiya hərbi cinayətləri müəyyən edən Cenevrə konvensiyasına imza aıb. Amma 2016 -cı ildə Krımın anneksiyası işğal kimi dəyərləndiriləndən sonra bu ölkə Beynəlxalq cinayət məhkəməsinin tərkibindən çıxarılıb.
9.45
Ötən gecə Kiyevdə nə baş verib?
- Ötən gecə Kiyev və Ukraynanınn başqa şəhərlərində həyəcan siqnalları bir neçə dəfə işə düşüb. Adi sakinlər deyir ki, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin artilleriya hücumlarının intensivliyi artıb. Yüzlərlə insan zirzəmi və metroda gecələməli olub.
- Kiyevdə bir neçə atəş səsi gəlib.Onlardan biri ABŞ-ın CBS kanalının canlı yayımında da eşidilib.
- Xerson meri İqor Kolıxev Rusiya Silahlı Qüvvələrinin şəhərə daxil olduğunu bildirib. Amma Ukrayna bayrağı hələ də şəhərdə dalğalanmaqdadır.
- Ukraynanın şimalında yerləşən Çerniqovda qanadlı raketlər şəhər xəstəxanasına xəsarət yetirib.
- Xarkova artelleriya atəşi davam edib. Onlarla yaralı və ölən var.
- Haaqa tribunalı Rusiyann Ukraynada törətdiyi hərbi cinayətlərin araşdırılmasına başlayıb.
- Ukraynada qaçqınların sayı 1 milyona çatıb. Bu barədə BMT-nin qaçqınlarla işüzrə Agentliyi məlumat yayıb.
- Ukrayna prezidenti Vladimir Zelenski növbətu dəfə xalqa müraciət edib və Ukrayna ordusunun Rusiya hücumlarının qarşısında duruş gətirdiyini bildirib.
- ABŞ kəşfiyyatının məlumatına görə, bir neçə kilometrlik Rusiya hərbi maşın karvanı naməlum səbəbdən dayanıb. Həmin maşın karvanı peyk vasitəsilə bir neçə gün bundan qabaq aşkarlanmışdı.
9.01
"Biz Rusiya ordusunu durdurduq" - Zelenski
Ukrayna xalqı Rusiya ordusunun irəliləməsinin qarşısını ala bildi, bunu öz yeni video müraciətində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Biz düşmənin planlarını bir həftə içində pozan xalqıq. Biz onları durdurduq", - Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, əsir düşmüz rus əsgərləri Ukrayna torpağına nə üçün gəldiklərini bilmir. "Rus əsgərləri çaş-baş qalmış və Moskva tərəfindən istifadə olunan uşaqlardır", - Zelenski vurğulayıb.
O, Rusiya texnikasının qarşısını almaq üçün yolları blokadaya almış şəhər sakinlərinə təşəkkür edib. Həmçinin onun fərmanı ilə 15 Vətən müdafiəçisinə Ukrayna qəhrəmanı adı verilib, onlardan doqquzu bu ada ölümündən onra layiq görülüb.
Zelenski bildirib ki, o, Norveç, İsrail, Qazaxıstan, Qətər, Kanada,Polşa və Avropa Şurası rəhbərliyi ilə telefonla danışıb.
8.45
Fransa prezidnti Emmanuel Makron ukraynalıları tərifləyib.
Fransa prezidnti Emmanuel Makron da müharibə ilə üzləşmiş ukraynalıları göstərdiyi cəsarətə görə tərifləyib.
"Bu müharibənin təşəbbüskarı bilavasitə Rusiya prezidenti Vladimir Putindir. Qarşıda gələn günlər daha çətin olacaq" - MakronFransa millətinə müraciətində deyib.
14.54
Rusiya Ukrayna ilə danışıqların ikinci raunduna hazırdır - Peskov
Ukrayna-Rusiya danışıqlarında Rusiyanı təmsil edəcək nümayəndə heyəti bu gün axşam danışıqların keçiriləcəyi məkana yollanmağı planlaşdırır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinə yenə Rusiya prezidentinin köməkçisi Dmitriy Medinskiy rəhbərlik edəcək.
Danışıqların keçirilmə saatına gəlincə isə Peskov bildirdi ki, bu barədə ziddiyyətli informasiya daxil olduğu üçün dəqiq bir şey deyə bilməyəcək.
Bundan qabaq Rusiya xəbər agentlikləri üçüncü gün danışıqların keçirilməsini mümkün olmadığı barədə məlumat yaymışdılar. Buna səbəb Ukrayna tərəfinin öz iştirakını hələlik təsdiq etməməsidir.
Mənbələr eyni zamanda bildirir ki, tərəflərdən heç biri danışıqlardan imtina etməyib və bu həftə ərzində onların baş tutacağı gözlənilir.
13.36
Zelenski iki vilayətin rəhbərini dəyişdi
Ukrayna Prezidenti Volodimir Zelenski Odessa və Çerkassı vilayətinin hərbi-mülki administrasiyalarının rəhbərlərini dəyişib.
Zelenskinin imzaladığı fərmana əsaəsn polkovnik Maksim Marçenko Odessa vilayətinin başçısı təyin edilib.
Əvvəllər Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində çalışmış İqor Taburets isə Çerkassı vilayətinin rəhbəri təyin olunub.
Zelenskiyə sui qəsdə gələn "kadırovçular" məhv edilib
Ukrayna təhlükəsizlik xidməti Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin həyatına sui-qəsd cəhdinin qarşısını alıb. Bu barədə İndependent nəşri Ukrayna Milli Təslükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Daniloya istinadən xəbər verir.
Aleksey Danilonun sözlərinə görə, Ukrayna prezidentinə sui qəsd xalq içində "kadırovçular" kimi məşhur olan elit çeçen xüsusi xidmət dəstəsi tərəfindən icra olunmalı idi.
Vladimir Zelenski Rusiyanın Ukraynaya hərbi təcavuzu başlayan gü Rusiyanın məhz onu hədəf götürdüyünü bildirib. "Putinə xidmət edən təxribatşı dəstələr artıq Kiyevdədir. Onlar məni və ailəmi məhv etmək istəyirlər" - Zelenski dyib.
"Xüsusi əməliyyat barədə bizim çox yaxşı məlumatımız var. O kadırovçular tərəfindən icra olunmalı idi. Sui qəsdi icra etməli olan dəstə tərəfimizdən zərərsizləşdirilib. İki istiqamətə yönləndirilmiş dəstələrdən biri Qostomeldə, digəri isə atılan açıq atəş zamanı məhv edilib", - Danilo vurğulayıb.
10.05
Bu gecə Ukraynada nə baş verib?
- Səhər tezdən Rusiya paraşüt desantı Xarkova düşüb. Bütün gecə şəhərdə döyüşlər gedib. Tank istehsalı üzrə zavodda yanğının başlaması və şəhrdə dağıntıların olması barədə məlumat var.
- Ukrayna hökuməti təsdiq edir ki, Rusiya qoşunları Ukraynanın cənubunda yerləşən Xersona daxil olub. Hazırda Rusiya hərbiçiləri şəhər administrasiyasının binasını nəzarətdə saxlayırlar.
- ABŞ prezidenti Kongresdə xalqa müraciətində Ukraynada baş verən hadisələr barədə də danışıb. O bildirib ki, Qərb Putini saxlamaq üçün addımlar atmaqda davam edəcək. "Putini ağır günlər gözləyir", - deyib Bayden.
- Boeing və ExxonMobil şirkətləri Rusiyadan getdiklərini bildiriblər. Boeing təyyarələrini daha Rusiyanın Aeroflot şirkətinə verməyəcək, ExxonMobil isə Rusiyadakı layihələrdən gedir və "Saxalin-1" müəssisənsindəki 30%-lik payını geri şəkir.
- Belarus Ukrayna ilə sərhəddə öz hərbi kontinqentinin sayını iki dəfə artırıb.
- BMT son rəqəmlərinə görə, 600 min nəfər Ukraynanı tərk edib.
8.30
"Putin səhv edib. Biz buna hazır idik!" - Bayden
ABŞ prezidenti Co Bayden xalqa müraciətində Rusiyanı növbəti iqtisadi sanksiyaların gözlədiyini bildirib.
"Putin bilmir hələ onu nə gözləyir. Rusiya prezidenti Qərbin onun aqressiyasına olacaq mümkün reaksiyanı lazımınca dəyərləndirməyib", - Bayden Vladimir Putin haqqında söyləyib.
"Putinin elan etdiyi müharibə əvvəlcədən düşünülmüş və səbəbsizdir. O, bir neçə dəfə edilmiş diplomatik səyləri rədd dib. O, düşünürdü ki, Qərb və NATO ona cavab verməyəcək. O, düşünürdü ki, bizi ayıra biləcək. Putin səhv etdi. Biz hazır idik", - Bayden xüsusi vurğulayıb.
8.25
Haaqa məhkəməsində Rusiyanın işinə baxılacaq gün AÇIQLANDI
Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələri martın 7-8-nə təyin edib.
İddianı Ukrayna tərəfi fevralın 27-də məhkəməyə göndərib. Orada rəsmi Kiyev Rusiyanı Ukraynaya qarşı "soyqırım” həyata keçirməkdə suçlayıb və bu ölkəni məsuliyyətə cəlb etməyi xahiş edib.
9.23
Xerson mühasirədədir - Ukrayna mediası yazır
Ukraynanın cənubunda, Krım yaxınlığında yerləşən Xerson şəhəri demək olar ki, rus qoşunları tərəfindən mühasirəyə alınıb.Bu barədə Ukrayna mediası yazır.
"Şəhər faktiki olaraq mühasirəyə alınıb, hər tərəfdən çoxlu rus əsgərləri və hərbi texnikası var, onlar çıxışlarda postlar qurublar", - Xersonda olan jurnalist Alyona Panina "Ukrayna 24" telekanalının efirində deyib.
Onun sözlərinə görə, 300 minlik əhalisi olan şəhərin mağazaları ərzaq çatışmazlığı ilə üzləşib. Buna səbəb ərzaq anbarlarının şəhərin kənarında yerləşməsidir.
Jurnalist əlavə edib ki, Xersonda hələlik işıq, su və istilik var.
9.17
Hollivud qapılarını Rusiyanın üzünə bağladı
Hollivud Ukraynaya təcavüzünə görə, Rusiyada filmlərin yayılmasına qadağa qoydu. Bu barədə New York Times xəbər verir.
Disney Rusiyadakı filmlərinin, o cümlədən martın 10-da nümayiş etdirilməli olan Pixar-ın "Mən qızarıram” filminin baxışının "dayandırıldığını” elan edib. Şirkət bu addımını "Rusiyanın Ukraynanı səbəbsiz işğal etməsi və bölgədə faciəli humanitar böhran yaratması” ilə izah edib.
Bundan bir qədər sonra Warner Bros şirkəti də da "Betmen"in Rusiyada yayımını dayandırdığını elan etdi.
9.15
NXL də Rusiya ilə əlaqələri kəsdi
Milli Xokkey Liqası (NXL) da Rusiyanın Ukraynaya hücumuna cavab olaraq bu ölk ilə bütün işgüzar əlaqələrini kəsdiyini, sosial şəbəkələrdə və rəqəmsal mediada səhifələrinin rusdilli versiyalarını bağladığını açıqlayıb.
"Milli Xokkey Liqası Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və mümkün qədər tez oradan sülh yolu ilə çıxmağa çağırır", - NHL-in bəyanatında deyilir.
Bazar ertəsi Beynəlxalq Buzlu Xokkey Federasiyası IIHF Rusiya və Belarus komandalarını müvəqqəti olaraq bütün beynəlxalq yarışlardan kənarlaşdırıb və 2023-cü il yeniyetmələr arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu Rusiyadan alıb.
9.00
Rusiya hərbi taktisanını dəyişir, müharibə şiddətlənə bilər - amerikalı ekspert
Rusiya hərbi taktisanını dəyişir, müharibə şiddətlənə bilər, bunu ABŞ-ın CNA analitik mərkəzinin Rusiya ordusu üzrə eksperti Maykl Kofman Ukraynada baş verən hadisələri təhlil edərək bildirib.
"Rusiya ordusunun ilkin planları iflasa uğradı, üstəlik, ukraynalılar hərbi əməliyyatlar ətrafında informasiya müharibəsində qalib gəlir, lakin ruslar hələ də öz güclərindən tam istifadə etməyiblər", - Kofman xəbərdarlıq edib.
Amerikalı analitikin fikrincə, əvvəlcə Putin ordusu mobil qrupların sürətli irəliləyişinə, əsas obyektlərin və şəhərlərin ələ keçirilməsinə, az qan tökməklə sürətli uğura arxalanırdı. Amma Ukrayna ordusu bu desant və mobil qruplaro darmadağın etdi. Bu müddət ərzində Ukrayna həmçinin vaxt udaraq ilk beş gündə informasiya müharibəsində də Rusiyaya qalib gələ bildi.
"Ancaq müharibənin beşinci günü göstərir ki, Rusiya ordusu taktikasını ciddi şəkildə yenidən nəzərdən keçirir, mobil döyüşləri dayandırır, təchizatı artırır və yenidən təşkil olunur. Rusiyanın böyük resursları var və Putin rejimi hələlik qırıcı təyyarələrdən istifadə etməyib.", - Kofman yazır.
8.12
Avropa Rusiyaya 70 qırıcı təyyarə verdi
Şərqi Avropa ölkələri Rusiyaya qırıcı təyyarələr verib. Bu barədə Ukrayna parlamentinin Tvitter səhifəsində bildirilir.
Həmin məlumata görə, Avropa ölkələri Ukraynaya 70 qırıcı təyyarə verib. Bunların 28-i Polşanın (MiQ-29), 12-i
2.24
Ukrayna Silahlı Qüvvələri Bayraktar TB2 hücum pilotsuz təyyarələrini 2019-cu ildə almağa başlasa da, onları yalnız 2021-ci ildə döyüş silahları siyahısına keçirib.
Bu pilotsuz qurğular Liviya, Suriya və Dağlıq Qarabağ müharibələrində çox effektiv və ucuz silah olduğunu sübut edib.
Rusiyanın özünün hücum dronları olsa da, ekspertlərin fikrincə, onlar Türkiyə istehsalı olan analoqlarından xeyli geridədir.
Rusiyanın Ukraynaya hücumunu proqnozlaşdıran hərbi ekspertlər Rusiya Hava Qüvvələrinin ilk növbədə "Bayraktar"ları məhv etməyə çalışacağını gözləyirdilər.
Fevralın 24-də Rusiya Müdafiə Nazirliyi faktiki olaraq bir sıra Ukrayna pilotsuz təyyarələrinin məhv edildiyini açıqladı.
Bununla belə, fevralın 27-dən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Bayraktarlar"dan Rusiya hərbi texnikasına vurulan zərbələrin bir neçə videosunu yayımladı.
Aparıcı ekspertlər bildirirlər ki, bu videolardan bəziləri Ukraynanın PUA-nın Rusiya texnikasına endirdiyi zərbələrin əsl kadrlarıdır.
Belə ki, Zalujnın sözlərinə görə, qeydlərdən birində Rusiyanın "Buk” zenit-raket kompleksinin necə məhv edildiyi göstərilir.
00.28
BP-nin dalınca Shell Rusiyadan gedir
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Britaniyanın Shell şirkəti Rusiyada "Qazprom"la birgə həyata keçirdiyi layihələri, o cümlədən Saxalin-2 LNG layihəsini tərk edib, "Şimal axını-2" layihəsində iştirakını dayandırıb. Bu barədə Reuters agentliyi şirkətə istinadən xəbər yayıb.
Shell həmçinin Qazpromneft Salym Petroleum və Gydan Energy ilə birgə reallaşdırılan layihələrdən də çəkilib.
Bir gün əvvəl neft nəhəngi olan Britaniyanın BP şirkəti Rosneft-in nizamnamə kapitalından çıxdığını elan edib.
00.10
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevii "İsgəndər" ballistik raketi ilə vurub
Bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.
"Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - deyə nazir müavini qeyd edib.
"Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - deyə nazir müavini qeyd edib.
16.35
ABŞ Belarusiyanın paytaxtı Minskdəki səfirliyinin fəaliyyətini dayandırıb, bu barədə Ria Novosti agentliyi məlumat yayıb.
11.57
Ukrayna-Rusiya danışıqları bu gün Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq, bunu danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib.
Ukraynalılar danışıqlara Polşa helikopterində uçur. Ukrayna tərəfi də danışıqların saat 12.00-da baş tutacağını bildirir.
"Sluqi naroda" təşkilatının nümayəndəsi Yevgeniya Kravçuk dbildirib ki, Ukrayna nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Polşa helikopterində yola düşüb, bir saat yarım ərzində danışıqlara başlanacaq.
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.

11.30
Rusiya Mərkəzi Bankı ucot dərəcəsini 9,5%-dən 20%-ı kimi artırmaq barədə qərar verib.
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 28-dən əsas uçot dərəcəsini əvvəlki 9,50%-dən 20%-ə qədər qaldırmaq barədə qərar verib. Bu barədə Reuters agentliyi requlyatora istinadən məlumat verir.
9.45
ABŞ nüvə müharibəsinə hazırlaşırmı?
Bayden administrasiyası Putindən fərqli olaraq nüvə qüvvələrinin hazırlığını artırmamaq qərarına gəlib.
Bazar günü Vladimir Putin televiziya kameraları qarşısında mmüdafiə naziri və baş qərargah rəisinə nüvə çəkindirici qüvvələri "xüsusi döyüş rejimi”nə ( qanunvericilikdə belə bir rejim nəzərdə tutulmur) keçirmək əmri verməklə çoxlarını təşvişə salıb.
Amerika administrasiyası bunu təxribat hesab edir və qəsdən cavab addımları atmamaq niyyətindədir, bunu New York Times-a administrasiyada olan mənbələr bildirib.
Lakin Putinin bu açıqlamasından sonra Amerika kəşfiyyatında bir daha Rusiya prezidentinin psixoloji problemlərdən əziyyət çəkməsi qənaəti yaradıb. İndi onun təmkinsizliyindən tez-tez danışılır.
Harvard universitetinin professoru, nüvə silahının tətbiqindən çəkindirmə üzrə mütəxəssis Graham Ellison qəzetə müsahibəsində bu barədə danışaraq bildirib ki, Putin "xüsusi döyüş rejimi”nə keçməyi "ölkəsinə qarşı aqressiv bəyanatlar”la əlaqələndirib.
Ellisonun fikrincə, bu nüvə müharibəsi ilə hədələmək üçün yetərli əsaslandırma deyil və bu "Putinin reallıq anlayışının zəifləməsi ilə bağlı narahatlığı artırır”.
09.18
Moskva birjasında hərraclar təxirə salınıb
Rusiya Mərkəzi Bankının göstərişi ilə fevralın 28-də Moskva Birjasında hərraclar adətən olduğundan 30 dəqiqə gec - Moskva vaxtı ilə səhər saat 10.00-da başlayacaq. Bu barədə RİA Novosti birjanın özünə istinadən xəbər verir.
Ekspertlər Qərb ölkələrinin tətbiq etdiyi ciddi sanksiyalara səbəbindən bu gün rublun və Rusiya birjasının çökəcəyini proqnozlaşdırır.
Mərkəzi Bank fond birjasının çökməsinə qarşı qabaqcadan tədbirlər görürb, Rusiya qiymətli kağızlarının əcnəbilər tərəfindən satışını müvəqqəti qadağan edib.
09.04
ABŞ prezidenti Bayden bazar ertəsi müttəfiqlərini Ukrayna və onun ətrafında baş verən hadisələrlə bağlı yeni video konfrans keçirməyə dəvət edib.
Dünya agentliklərinin Ağ Evə istinadən yaydığı məlumata görə, görüşdə Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Ukraynanın qonşuları - Polşa və Rumıniya liderləri, həmçinin Avropa İttifaqı və NATO rəhbərliyi iştirak edəcək.

00.23
İsveç Ukraynaya 5000 ədəd birdəfəlik tank əleyhinə qumbaraatan, çoxlu sayda zirehli geyim, dəbilqə və ərzaq göndərmək barədə qərar verib.
Baş nazir Maqdalena Andersson qeyd edib ki, İsveç 1939-cü ildə SSRİ ilə Finlandiya arasında baş verən müharibədən sonra ilk dəfə münaqişə zonasına silah göndərirb.
Belçika da Ukraynaya hərbi yardım göndərmək qərarı verib. Bu ölkə Ukrayna qoşunlarına 3000 pulemyot göndərəcəyini bildirib.
23.52
İngiltərə millisi Rusiya ilə oyundan imtina edib
İngiltərənin Futbol Assosiasiyası Ukraynanın Rusiya tərəfindən işğalına cavab olaraq "yaxın gələcəkdə” Rusiya millisi ilə oynamayacağını bildirib.
Bundan əvvəl Polşa, İsveç və Çexiya Rusiya millisi ilə oynamaqdan imtina etmişdi.
23.36
Rosneft BP-nin payını satmaq qərarına reaksiya verdi
BP-nin Rosneft-in kapitalından çıxması barədə qərarı ikişirkət arasındakı 30 illik əməkdaşlığı məhv etdi.
Biz hesab edirik ki, BP siyasi qüvvələrin güclü təzyiqi nəticəsində Rosneft-dəki payını satmaq qərarına gəlib.
BP Rosneft-dəki payını satsa da "Rosneft" yenə də onunla əməkdaşlığa açıq olaraq qalır.
21.50
Jitomirin şərqində partlayış baş verdi
Hamı Rusiya və Ukrayna arasında danışıqların başlayacağını gözlədiyi bir vaxtda Rusiya Belarusun Mozır regional mərkəzindən Ukraynaya "İsgəndər” raketi buraxıb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz teleqram kanalında xəbər verib.
Təxminən eyni vaxtda Jitomirin şərqində güclü partlayış səsləri eşidilib. Səsin Jitomir hava limanı və yaxınlıqda yerləşən hərbi hissədən gəldiyi güman edilir. Bu obyektlər yaşayış massivlərinə və beynəlxalq magistral yollara yaxın ərazidə yerləşir.
İnfrastruktur nazirinin müavini Mustafa Nayem bildirib ki, Ukraynanın Dövlət Xüsusi Rabitə Xidməti Jitomir hava limanına raket hücumunun Belarus ərazisindən həyata keçirildiyini rəsmən açıqlayıb.
21.36
BP Rosneft-dəki 14 milyard dollarlıq 20% paydan xilas olur
BP Rosneft-dəki 19,75%-lik payından imtina etdi. Bu barədə Reuters agentliyi məlumat verir.
BP-nin rəhbəri də Rosneft-in direktorlar şurasından da çıxıb.
BP-nin baş icraçı direktoru Bernard Looney bildirib ki, Ukraynanın işğalı bizi "Rosneft"lə bağlı BP-nin mövqeyini əsaslı şəkildə dəyişməyə məcbur etdi.
"Rosneft” hələlik bu xəbərə şərh verməyib.

21.10
Putin bu gün adam içinə çıxdı
Vladimir Putin Ukraynaya "xüsusi əməliyyat” elan edildikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. O, Xruniçev adına elmi-tədqiqat və istehsal mərkəzinin ərazisindəki tikinti sahəsində fəhlələr qarşısında çıxış edib.
Dəbilqə və tibbi maska geyinmiş insanlar Putini "Hörmətli Vladimir Vladimiroviç, biz sizi dəstəkləyirik" sözləri ilə qarşılayıblar.

20.54
Ukrayna prezidenti Vladimir Zelenski son video müraciətində Rusiya ilə danışıqların uğurlu olmayacağını, amma bununla belə buna cəhd etməyin əleyhinə olmadığını bildirib.
Zelenski Belarus haqqında bildirib:
"Mən Aleksandr Lukaşenko ilə telefonla danışmışam Onunla iki il idi ki, danışmırdıq, bu gün isə onunla uzun və çox konkret söhbətimiz olub. Mən ona toqquşmağımızın mümkünsüzlüyünü ətraflı izah etdim. Mən bildirdim ki, Belarusdan Ukraynaya raket, təyyarə, vertolyotların uçmasını istəməzdim. Rus qoşunlarının da Belarusdan Ukraynaya keçməsi ürəyimcə deyil və o, bunun bir daha baş verməyəcəyində məni etdi”.
Zelenski danışıqlar haqqında bildirib:
"Aleksandr Lukaşenko məndən xahiş etdi ki, Ukrayna və Rusiya nümayəndə heyətləri Pripyat çayı sahilində görüşsünlər. Mən vurğulayıram: heç bir şərt olmadan. Açığını deyəcəyəm. Həmişəki kimi, bu görüşün müsbət nəticə verəcəyinə inanmıram, amma icazə verirəm. Cəhd edin. Hər bir Ukrayna vətəndaşı bilsin ki, mən bir prezident kimi müharibəni dayandırmaq üçün ən kiçik imkandan belə istifadə etmişəm. Bizim əsgərlər orada olanda prezident buradadır, idarə rəisi buradadır, baş nazir buradadır, ordu buradadır. Baş komandan buradadır. Biz hamımız dövlətimizi, sərhədlərimizi qoruyacağıq”.
Zelenski hərbiçilər haqqında bildirib:
"Əllərində silah tutan hərbçilərimizə ayda yüz min qrivna ödəyəcəyik ki, ölkənin onlara nə qədər minnətdar olduğunu dəqiq bilsinlər. Müharibə bitənə qədər də belə olacaq".
Sonda Zelenski bildirib - "dünən "Mriya"mızı (arzularımızı) itirdik. Amma köhnə Mriyanı. İndi isə yenisini tikirik".
20.51
Rusiya Ukraynada canlı qüvvə itirdiyini etiraf etdi
Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatlar nəticəsində Rusiya hərbçiləri arasında ölən və yaralıların olduğunu bildirib.
Amma nə qədər rus əsgərinin öldüyü barədə məlumat verilmir.
20.25
Sanksiyaya məruz qalan VTB ipoteka faizlərini artırır
Qərbin sanksiyaları altına düşən Bank VTB bazar ertəsindən ipoteka faizlərini 4 faiz artırıb. Yeni tikili və hazır mənzillər üçün minimum faiz dərəcəsi bundan sonra illik 15,3% təşkil edəcək.
VTB hesab edir ki, bu, müvəqqəti artımıdır.
18.08
Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutacaq. Bu barədə Vladimir Zelenskinin ofisi bəyanat yayıb.
Ukrayna prezidentinin ofisinin yaydığı bəyanatda deyilir:
"Aleksandr Lukaşenko Vladimir Zelenskiyə zəng edib. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə heç bir öncədən şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında görüşəcəyi ilə bağlı razılığa gəliblər. Aleksandr Lukaşenko görüş zamanı Belarus ərazisində olan bütün təyyarələrin, helikopter və raketlərin durduqları yerdən tərpədilməyəcəyinə şəxsən zəmanət verib.
Bundan əvvəl Minskdə Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Qomelə yola düşdüyü açıqlanıb.
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Danışıqların baş tutacağını Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də təsdiqləyib.
17.52
Putin nüvə müharibəsinə hazırlaşır?
Prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə müdafiə qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
"Görürsüz ki, Qərb ölkələri bizə qarşı yalnız qeyri legitim iqtisadi sanksiyalar tətbiq etmir həmçinin ə ölkəmizə qarşı qeyri-dost hərəkətlər etmir. NATO üzvü olan aparıcı ölkələrin yüksək səviyyəli rəsmiləri həmçinin ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. Bu səbəbdən müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun mühafizə qüvvələrini xüsusi döyüş rejiminə keçirməyi əmr edirəm”, - deyə Putin bildirib.
Rusiya Müdafiə Nazirliyinin saytındakı yerləşdirilmiş kataloqa görə, strateji mühafizə qüvvələrinə Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, habelə təcavüzkarı atəşkəslə məğlub etmək üçün nəzərdə tutulmuş Rusiya Silahlı Qüvvələrinin bütün döyüş sursatları daxildir. Bu zaman müxtəlif növ silahlardan o cümlədən nüvə silahından da istifadə oluna bilər.
Mühafizə qüvvələrinin "xüsusi rejim”ə keçirilməsi dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil.

16.51
Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub. Putin Rusiyanın Belarusun Qomel şəhərində danışıqlara hazır olduğunu və qeyri-ardıcıllıq nümayiş etdirən Kiyevin hələ də fürsətdən istifadə etmədiyini söyləyib.

15.57
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında bildirib.
13.20
Kiyevin yaxınlığında körpü partladılıb.
UNIAN agentliyi Kiyevin yaxınlığında yerləşən Buça şəhərində baş verən partlayışın fotosunu dərc edir.
Agentliyin məlumatına görə, rus qoşunlarının Kiyevə doğru irəliləyə bilməməsi üçün körpünü məhz Ukrayna hərbçiləri partladıb.
BBC-nin Kiyevdəki müxbiri təsdiq edir ki, körpünün partladıldığı güman edilən anda o, güclü partlayış səsi eşidib.

12.04
Zelenski: Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma Belarusda yox
Kiyev Moskva ilə Belarus ərazisində danışıqlar aparmağa hazır deyil, bunu Ukrayna prezidenti Vladimir Zelenski Belarus xalqına müraciətində bildirib.
Bundan əvvəl Kreml Rusiya nümayəndə heyətinin Belarusa gəldiyini və Qomeldə danışıqlara hazır olduğunu bildirmişdi. Zelenskinin bu müraciətinin Moskvanın bu açıqlamasından əvvəl və ya sonra qeydə alınıb-alınmadığı bəlli deyil.
"İndi Rusiya ilə Ukrayna arasında bu müharibəyə son qoya və hamımıza sülhü bərpa edə biləcək danışıqlardan çox danışılır. Onlar tez-tez bu danışıqlar üçün platforma kimi sizin paytaxtınızı Minski xatırladırlar. Bu platformanı biz seçməmişik", - deyə Zelenski bildirib.
"Ukrayna ərazisi Belarusdan qanadlı raketlər, təyyarələr, vertolyotlar və başqa hərbi texnika ilə təcavüzə məruz qalıb. Onlar bizim evlərimizi, həyatımızı bombalayırdılar”, Ukrayna prezidenti deyib.
Zelenski izah edib ki, əgər Belarus ərazisindən "təcavüzkar hərəkətlər" olmasa isdi Kiyev Minskdə Moskva ilə danışmağa hazır olardı. "Siz bitərəf olanda biz Minskdə danışmışıq. Dəfələrlə görüşmüşük. İndi isə görüş yeri başqa şəhərlər ola bilər. Təbii ki, biz sülh istəyirik. Görüşmək istəyirik, müharibənin bitməsini istəyirik. Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı - kimi şəhərləri Rusiya tərəfinə təklif etmişik. İstənilən başqa şəhər, ərazisindən üstümüzə heç bir raket uçmayan ölkə bizə uyğundur. Yalnız bu yolla danışıqlar düzgün aparıla və müharibə bitə bilər”, - deyə Zelenski vurğulayıb .
Ukrayna prezidentinin müraciəti Belarus Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirildiyi günə təsadüf edib.

11.37
Xarkov uğrunda döyüşdə bir azərbaycanlı həlak olub
Ukraynanın Xarkov şəhərində küçə döyüşləri zamanı bir azərbaycanlı həlak olub, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli APA-ya bildirib.
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs tələbədir və küçədə atışma zamanı güllələnib.
Hazırda şəhərdə ağır döyüşlərin getdiyini deyən S.Adıgözəlli qeyd edib ki, ölən şəxs tələbədir və küçədə atışma zamanı güllələnib.
11.33
Zelenski Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun yaradıldığını elan edib
Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun yaradıldığını elan edib və digər dövlətlərin vətəndaşlarını Rusiyanın işğalını dəf etmək üçün onun sıralarına qoşulmağa çağırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
"Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs ukraynalılarla çiyin-çiyinə 21-ci əsein işğalçılarına qarşı döyüşə bilər. Bununla əlaqədar olaraq, bütün əcnəbiləri Ukrayna rəhbərliyi ölkəyə gəlməyi və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir. Əcnəbilərdən ibarət ayrıca birlik - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılır. Bu, ölkəmizə dəstəyinizin əsas sübutu olar", - fərmanda bildirilir.
Rusiya prezidenti Vladimir Putin qonşu ölkəyə qarşı xüsusi əməliyyat elan etdikdən sonra Rusiya Ukraynanı işğal etməyə başlayıb. Putin bunu Ukraynanın "demilitarizasiyası və denazifikasiyası” və Moskva tərəfindən tanınan özünü elan etmiş respublikaların əhalisinin müdafiəsi məqsədilə etdiyini bildirib.
Bir neçə aydır ki, Ukrayna Rusiya ilə Qərb arasında ən ciddi i siyasi qarşıdurmanın mərkəzinə çevrilib. Moskva NATO qapılarının Kiyevə bağlanmasını tələb edib və Ukrayna hakimiyyətini rusdillilərin "soyqırımı”nda ittiham edib.
Buna cavab olaraq Qərb Kremlin təzyiqləri qarşısında geri çəkilməyəcəyini , Kiyev isə qondarma respublikalarla qarşıdurmanı güc yolu ilə həll etməyi planlaşdırmadığını bildirib.

10.03
İlham Əliyev və Putin Ukraynadakı vəziyyəti müzakirə edib
Dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

10.01
Ruslar Xarkova daxil olub
Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov elan edib ki, "düşmənin yüngül texnikası şəhərə daxil ola bilib”.
Bir qədər əvvəl sosial şəbəkələrdə rus hərbçilərinin kiçik karvanının Xarkov ətrafında hərəkət etdiyi, hətta zirehli texnikanın deyil, avtomobillərin yürüdüyünün yer aldığı videolar yayılıb.
Sinegubov bu avtomobilin şəhərin mərkəzinə yan aldığını yazır və Xarkov sakinlərinini küçəyə çıxmamağa çağırır.
Xarkov Ukraynanın ikinci böyük şəhəridir və Rusiya ilə sərhəddə yerləşir. Müharibə başlayandan bəri bir neçə dəfə bu bölgədə və Xarkov kənarında döyüşlərin getdiyi barədə məlumatlar dərc edilib. Amma indiyə kiimi ruslar bu şəhərə daxil ola bilməmişdi.

Kiyevdə hazırda sakitlikdir
Kiyev merinin müavini Mykola Povoroznik bazar günü səhər bildirib ki, Kiyevdə vəziyyət sakitdir, şəhər Ukrayna ordusu və ərazi müdafiə qüvvələri tərəfindən idarə olunur.
Ukrayna mətbuatı Povoroznikə istinadla bildirir ki, gecə saatlarında şəhərdə Rusiyanın diversiya-kəşfiyyat qrupları ilə bir neçə dəfə qarşıdurma baş verib.
8.31
Bu gün BMT Baş Assambleyasında Rusiyanın məsələsinə baxılacaq
Fevralın 27-də BMT Təhlükəsizlik Şurası BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına səs verəcək. Həmin sessiyada Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamənin qəbulu gözlənilir. Təhlükəsizlik Şurasının iclası Ukraynanın tələbi və ABŞ ilə Albaniya tərəfindən çağırılıb.
Bir gün əvvəl Təhlükəsizlik Şurasında səsvermə zamanı Rusiya onun Ukraynaya təcavüzü ilə bağlı qəbul olunmalı qətnaməyə veto qoyub. Odur ki, indi qətnamə müəllifləri onu Baş Assambleyanın iclasına təqdim etmək istəyndədirlər.
Təhlükəsizlik Şurasında 15 ölkədən 11-i qətnamənin lehinə səs verib. Baş Assambleyanın sessiyasının çağırılması üçün isə doqquz səs kifayətdir.
"France Press” agentliyi adlarının anonim saxlanmasını istəyən diplomatlara istinadən bildirir ki, Ukrayna və onun müttəfiqləri dünyanın 193 ölkəsindən ən azı 100-dən çoxunun Baş Assambleyanın sessiyasında Rusiyanı pisləyəcək və onun BMT Nizamnaməsini pozması ilə bağlı sənədə səs verəcəklər.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin Baş Assambleyanın sessiyalarında veto qoymaq hüququ yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq Baş Assambleyanın qətnamələrinin mütləq yerinə yetirilməsi kimi öhdəlik yoxdur.

6.30
Kiyev yaxınlığında, ağır döyüşlərin aparıldığı ərazidə neft bazası yanır
Ukrayna ordusunun iki gündür Rusiya təcavüzünə qarış duruş gətirdiyi Kiyevin cənub-qərbindəki Vasilkov şəhərində neft bazası yanır. Bunu Ukrayna mediasına
Vasilkova meri Natalya Balyasinoviç təsdiqləyib.
Yanğınla bağlı sosial şəbəkələrdə də çoxlu sayda video materiallar qoyulub.
"Bu gün, gün ərzində bizim aerodromumuza güclü hücumlar, o cümlədən ballistik raketlərlərdən həmlələr atılıb, lakin biz müdafiə olunuruq, hazırda da atəş davam edir...” – Balyasinoviç əlavə edib.
Vasilkovada aviabaza yerləşir və Ukrayna tərəfinin məlumatına görə, rus qoşunları məhz aviabazanı məhv etməyə çalışır.
5.20
Rusiya bankları SWIFT-siz qaldı, Mərkəzi Bankın işi iflic edildi
Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.
"Birincisi, biz müəyyən Rusiya banklarının SWIFT bildiriş sistemindən kənarda qalmasını təmin etmək öhdəliyimizə sadiqik. Bu, həmin bankların beynəlxalq maliyyə sistemindən ayrılmasını təmin edəcək və onların qlobal bazarda fəaliyyətini durduracaq", - "Ağ Ev" bəyanatında bildirir.
Bəyanat müəllifləri hansı bankların bağlanacağını açıqlamır.
"İkincisi, Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarından bizim sanksiyaların effektivliyini pozmaq üçün istifadə etməsinə mane olacaq məhdudlaşdırıcı tədbirlər tətbiq edilib", - bəyanatda vurğulanır.
Bundan əlavə, bəyanatı imzalayan Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ liderləri sanksiyaların icrasına nəzarət edəcək işçi qrupu yaratmaq, həmçinin Putin rejimi ilə əlaqəli olan imkanlıı ruslara "qızıl vizaların” satışını dayandırmaq qərarına gəlib.
"Rusiya işğalına qarşı qəhrəmancasına müqavimət göstərən Ukrayna hökuməti və xalqının yanındayıq. Rusiyanın başlatdığı müharibə İkinci Dünya Müharibəsinin sonundan bəri qüvvədə olan və bizim sadiq olduğumuz fundamental beynəlxalq qaydalara və normalara hücumdur" Biz Rusiyanı buna görə cavab verməyə məcbur edəcəyik və birgə səylərimizlə bu müharibənin Putin üçün strateji uğursuzluqla bitməsinə çalışacağıq”, – deyə bəyanatın əvvəlində vurğulanır.
21.58
Azərbaycan və Türkiyə Ukraynaya Rusiya ilə danışıqları təşkil etməyi təklif edib
Azərbaycan və Türkiyə prezidentləri Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə danışıqları təşkil etməyi təklif edib, bunu Ukrayna prezidenti Vladimir Zelenski günün yekunları ilə bağlı növbəti müraciətində deyib.
O, həmçinin bildirdi ki, Rusiyanın SWIFT-dən mümkün kəsilməsi Ukraynanın qələbəsi, Rusiya üçün isə milyardlarla dollar itkidir.
"Ukrayna nə qədər lazımdırsa, o qədər mübarizə aparacaq. Əgər uşaqlarımız artıq topların altındakı sığınacaqlarda doğulursa, deməli, biz heç nədən qorxmuruq”, - Zelenski bildirib.

21.21
Zaporojye atom elektrik stansiyası yaxınlığında döyüşlər gedir
Zaporojye vilayətinin qərbində yerləşən Enerqodar şəhəri ətrafında döyüşlər gedir, bu barədə yerli sakinlər BBC-ə məlumat verib.
Bu şəhərin yaxınlığında Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası yerləşir. Sakinlər AES yaxınlığındakı yolda hərbi texnikanın kütləvi şəkildə yığışdığını müşahidə edir.
Yerli sakinlər həmçinin bildirir ki, Enerqodarın hər tərəfində döyüşlər gedir, həyəcan siqnalı səsi gəlir, şəhəri tərk etmək mümkün deyil.
20.58
Krıma gedən suyun qarşısını kəsən bənd partladılıb
Sosial şəbəkədə Rusiya hərbçiləri tərəfindən Dneprdən Krıma suyun verilməsinin qarşısını alan bəndin partladılması videosu yer alıb.
"Hərbçilərimiz Şimali Krım kanalını bağlayan bəndi məhv etdilər. Dnepr suyunun Krıma qaytarılması üzrə işlər davam edir", - bunu Krım lideri Sergey Aksyonov Telegram kanalında yazıb.
2014-cü ildə Ukrayna hakimiyyəti Krımın Ukraynadan ayrılmasından sonra Dneprdən Krıma gedən suyun qarşısını bəndlə kəsmişdi. İki gün əvvəl Ukrayna ərazisini zəbt edən Rusiya hərbçiləri Şimali Krım kanalının blokunu açıb, indi isə onun qarşısını kəsən bəndi uçurublar.
20.36
Ukrayna prezidenti Türkiyə prezidentinə təşəkkürünü bildirib, bu barədə o, Tvitter hesabında yazıb.
"Dostum prezident Ərdoğan və Türkiyə xalqına güclü dəstəyə görə təşəkkür edirəm. Rusiya döyüş gəmilərinin Qara dənizə keçidinin qadağan edilməsi və Ukrayna üçün əhəmiyyətli hərbi və humanitar dəstək bizim üçün bu gün son dərəcə vacibdir. Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!", Zelenski bildirdib.
20.28
Rusiya ordusu hücuma keçir - Rusiya Müdafiə Nazirliyi
Danışıqların nəticəsiz qalması ilə əlaqədar rus ordusuna bütün istiqamətlərdə hücum əmri verildi, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Qondarma LXR qoşunları 46 kilometr irəliləyərək Şçastiya və Muratovo yaşayış məntəqələrini ələ keçirib.
Qondarma DXR hərbçiləri daha 10 kilometr irəliləyərək Starognatovka, Oktyabrskaya və Pavlopol yaşayış məntəqələrini ələ keçirib.
Rusiya Ukrayna şəhərlərinin yaşayış məntəqələrinə heç bir zərbə endirmədiyini iddia edir.
Ukrayna müharibənin təcavüzkar Rusiya Silahlı Qüvvələri tərəfindən aparıldığını bildirib. Rusiya tərəfinin müəyyən yaşayış məntəqələrini tutması barədə məlumata Ukrayna tərəfi hələ şərh bildirməyib.
20.12
Ukrayna prezidenti Vladimir Zelenski öz tvitter səhifəsində Azərbaycana təşəkkür edib
"Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Prezident Əliyeva ilə söhbət etmişəm. Biz humanitar yardım və dərmanları göndərməyinizi yüksək qiymətləndiririk. Ukraynaya verdiyiniz dəstəyə görə təşəkkür edirik", - Zelenski yazıb.
20.05
Avropada Rusiyanı SWIFT-dən ayırmağa yaxındır
Böyük Britaniyanın baş naziri Boris Conson və Hollandiyanın baş naziri Mark Rutte telefon danışığında Rusiyanın SWIFT sistemindən ayırmaq məsələsini müzakirə ediblər.
Danışıqların təfərrüatları hələlik məlum deyil.
19.49
Polşa Ukraynanın Avropa Birliyinə qəbulunu sürətləndirməyə çağırıb
Polşa prezidenti Anjey Duda bildirib ki, Ukrayna ekspress rejimdə Avropa İttifaqına üzv qəbul edilməlidir.
"Ukraynaya dərhal namizəd statusu verilməli və bundan dərhal sonra bu ölkə ilə üzvlük barədə danışıqlara başlanılmalıdır", Duda bildirib.
19.08
Rusiya əhəmiyyətli itkilər verib - Britaniya Müdafiə Nazirliyi
Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı hərbi vəziyyətlə bağlı yeniliklərin xülasəsini açıqlayıb.
Nazirlik bildirir ki, rus qoşunları Kiyev istiqamətində hücuma davam etdirir və Ukrayna paytaxtının mərkəzindən 30 kilometr aralıda yerləşirlər. Nazirlik bildirir ki, eyni zamanda Rusiya hərbçiləri Ukrayna səması üzərində tam nəzarəti bərqərar edə bilməyib.
Bəyanatda həmçinin deyilir ki, Rusiya hərbçiləri arasında itkilər Kremldə gözləniləndən xeyli çoxdur.
Ukrayna ordusu bütün ölkə ərazisində müqavimət göstərməkdə davam edir.
17.51
Ölən ukraynalıların sayı açıqlandı
Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində azı 198 ukraynalı, o cümlədən üç uşaq ölüb. Bu barədə İnterfaks agentliyi Ukrayna səhiyyə nazirinə istinadla məlumat verib.
Nazir 33-ü uşaq olmaqla 1115 nəfərin xəsarət aldığını bildirib.
Onun yalnız mülki itkiləri nəzərdə tutub-tutmaması aydın deyil.
17.39
Türlkiyə və Ukrayna prezidentləri danışıb
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub, bu barədə "Anadolu” məlumat yayıb.
Türkiyənin dövlət başçısı V.Zelenski ilə telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiyini bildirib.
Türkiyənin dövlət başçısı V.Zelenski ilə telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiyini bildirib.
16.19
Rosaviasiya Bolqarıstan, Polşa və Çexiyadan olan aviaşirkətlərə Rusiya hava məkanını bağlayıb. ərazisi üzərində uçuşlara qadağa qoyub.
Departament bu addımını adı çəkilən ölkələrin hakimiyyətlərinin Rusiya aviaşirkətləri ilə bağlı qəbul etdiyi oxşar qərarlara cavab adlandırıb.
Polşa, Bolqarıstan, Çexiya, Latviya ,Estoniya və Böyük Britaniya Rusiya Ukraynaya tcavüz etdiyi üçün öz hava məkanını Rusiu aviaşirkətlərinin üstünə bağlayıb.

15.59
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Beynəlxalq Qızıl Xaç Komitəsindən Ukrayna ərazisində həlak olan rus əsgərlərinin cəsədlərini Rusiya Federasiyasına qaytarmağı xahiş edib.
"Biz Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə müraciət edirik. Beynəlxalq Qızıl Xaç Cəmiyyətindən rus əsgərlərinin cəsədlərinin Rusiya Federasiyasına aparılmasına köməklik göstərməsini istəyirikk. Onların sayı minlərlə ölçülür”, - deyə Vereşçuk bildirib.
Bundan əlavə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko axşam saatlarında rəsmi Kiyevin rus hərbçilərinin qohumları üçün qaynar xəttin açılacağını söyləyib .
Hərbi əməliyyatın üç günü ərzində Rusiya Müdafiə Nazirliyi bir dəfə də olsun hərbi kontingent arasında ölən və yaralananların sayını açıqlamayıb. Ukrayna tərəfi daha əvvəl iddia etmişdi ki, şənbə günü səhərə qədər Rusiya 3 minə yaxın insan itirib, lakin digər mənbələrdən bu məlumatın təsdiqi yoxdur.

15.41
Kiyev meri Vitali Kliçko şəhərdə komendant saatı elan edib.
Komendant saatı yerli vaxtla saat 17:00-da başlayacaq və səhər saat 8-ə qədər davam edəcək.
Kliçko qeyd edib ki, komendant saatı zamanı küçədə qalan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq.
Kliçko qeyd edib ki, komendant saatı zamanı küçədə qalan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq.
15.36
Latviya öz hava məkanını Rusiya avia şirkətləri üçün bağladı
Əvvəllər oxşar qərarı Polşa, Çexiya və Bolqarıstan da vermişdi. Böyük Britaniya da Rusiya aviaşirkətlərinə ölkəyə uçuşlarına qadağa qoyub.
Hazırda Ukrayna hərbi təcavüz etdiyi üçün Rusiya aviaşirkətlərinin üzünə bağlanan havaməkanları üzrə xəritə belədir:
14.30
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa yeni müraciət edib.
"Mən yaxşı xəbərlən başlayacam. Biz düşmən hücumlarına tab gətirdik və uğurla dəf etdik. Kiyev və paytaxtımızın ətrafındakı əsas şəhərlər dəqiqliklə ordumuz tərəfindən idarə olunur.
İşğalçılar dövlətimizin mərkəzini mühasirəyə alıb öz marionetlərini bura yerləşdirmək istəyirdilər, Donetskdə olduğu kimi, biz onların planını pozduq. Düşmən Kiyev uğrunda döyüşdə hər şeydən istifadə etdi. İşğalçılar yaşayış məntəqələri, enerhji obyektlərinə zərbə vurdular. Onların taktikası çox çirkin idi.
Artilleriya və raketlərlə dağıdılan evlər bizimlə birlikdə işğalı dayandırmaq üçün dünyanın son arqumenti idi.
Mən bunu indi mümkün qədər açıq deyirəm. Ukrayna xalqı Aİ-yə üzv olmağa layiqdir və hüququna malikdir. Bizə əsil dəstək bu ola bilər”, - deyə Zelenski bildirib.
O həmçinin etirzını bildirmiş Dmitri Parfyonov, Dmitri Muratov, Yuri Dudyu, Lea Axedjakova, Valeri Meladze və öz etirazını bildirmiş minlərlə Rusiya vətəndaşlarına təşəkkürünü bildirib.
"Sadəcə sizə, hər kəsə, bütün dünyaya yalan danışanları dayandırın”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın hər bir şəhərində rus qoşunları sərt cavab alır. O, hər kəsi ölkəyə qayıdaraq onu qorumağa kömək etməyə çağırıb.
Zelenski çıxışının bir hissəsini rus dilində söyləyib. "Minlərlə qurban, yüzlərlə əsir Ukraynaya niyə göndərildiklərini başa düşə bilmir. Onları Ukraynaya ölmək və başqalarını öldürmək üçün göndəriblər. Sİz hökumətinizə nə qədər tez müharibəni dayandır sözünü desəz xalqınız da bir o qədər də az itki vermiş olarsız. Biz görürük ki, sizin vətəndaşlarınız tərəfindən həqiqətən də müharibəyə etirazlar var və biz bilirik ki, Rusiyada indi çoxları hakimiyyətin alçaqlığından və qəddarlığından sadəcə şoka düşüb və bu, çox düzgün reaksiyadır.", - Ukrayna prezidenti deyib.
O həmçinin etirzını bildirmiş Dmitri Parfyonov, Dmitri Muratov, Yuri Dudyu, Lea Axedjakova, Valeri Meladze və öz etirazını bildirmiş minlərlə Rusiya vətəndaşlarına təşəkkürünü bildirib.
"Sadəcə sizə, hər kəsə, bütün dünyaya yalan danışanları dayandırın”, - deyə Ukrayna prezidenti vurğulayıb.
13.43
Kiyevdə keçiddə qalan Azərbaycanlı tələbələrin yeri dəyişdirildi
Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.
12.16
Ukrayna dünyanı Rusiyanı tam təcrid etməyə çağırıb
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanı tam təcrid etməyə, o cümlədən Rusiya xam neftinin alınmasına embarqo qoymağa çağırıb.
"Mən dünyadan tələb edirəm: Rusiyanı tamamilə təcrid edin, səfirləri qovsun, neft embarqosu tətbiq edin, iqtisadiyyatını məhv edin", - Kuleba Twitter-də yazıb.

11.49
Kiyevdə yaşayış binasına mərmi düşdü
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Lobanovski prospekti, 6 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına mərminin düşməsi ilə bağlı məlumatı təsdiqləyib. Bina Juliany hava limanı yaxınlığındakı Solomensky rayonunda yerləşir.
İlkin məlumata görə, ölən olmasa da, yaralılar var. Sakinlər təxliyə edilir.

Tokayev Rusiyaya kömək etməkdən imtina etdi
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Ukraynadakı vəziyyətdə Rusiyaya kömək etməkdən imtina edib, bu barədə NBC News məlumat yayıb.
Bundan başqa, Qazaxıstan hakimiyyəti Rusiyanın tanıdığı "LDNR”i tanımaqdan imtina edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir:
"Biz Qazaxıstanın LDNR-ni tanımaması ilə bağlı açıqlamasını alqışlayırıq. Biz Qazaxıstanın öz qüvvələrini Putinin Ukraynadakı müharibəsində iştirak etməkdən imtina etməsini də alqışlayırıq”.

11.04
Rusiya Melitopolu nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın Melitopol şəhəri üzərində nəzarəti bərqərar edib, bu barədə Rusiya KİV-i Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkova istinadən məlumat yayıb.
O, həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə edərək dəqiq idarə olunan silahlarla zərbə endirib.
Ukrayna prezidentinin müşaviri şənbə günü səhər saatlarında bildirib ki, döyüşlər Ukraynanın cənub şəhərləri regionunda - Mariupol, Xerson, Nikolayev və Odessada gedir.
"Mariupol yaxınlığında ağır döyüşlər gedir. Amma Mariupolun təslim olması və ya tutulması şansı yoxdur", - Mixail Podolyak brifinqdə bildirib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri həmçinin söyləyib ki, Rusiya ilə danışıqlarda hərbi əməliyyatların dayandırılması üçün şərtləri Kiyev diktə edəcək. "Bunlar Ukraynanın diktə edəcəyi şərtlər olacaq. Donetsk və Luqansk vilayətləri də daxil olmaqla, bundan sonra nələrin baş verəcəyini də Kiyev müəyyən edəcək”, o bildirib.

10.50
Ukrayna Rusiyanın itkilərini açıqladı
Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, Rusiya ordusu artıq 3000-ə yaxın insan, 102 tank, 536 digər zirehli texnika, 14 təyyarə və 8 helikopter itirib.
Rusiya bu məlumata şərh bildirməyib.
10.43
Ukrayna-Rusiya müharibəsinin ikinci gecəsi baş verənləri qısaca ümumiləşdirmək olar.
- Ukraynadan gələn məlumatlara görə, tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib, rus ordusu irəliləməyib, Kiyevə və digər böyük şəhərlərə hücum hələ qeydə alınmayıb.
- Kiyevdən cənub-qərbdə, aviabazanın yerləşdiyi Vasilkov şəhərində şiddətli döyüş baş verib.
- Kiyevin kənarında atışmalar qeydə alınıb.
- Ölkənin cənubunda - Yeni Kaxovkada, Xersonda və Odessa vilayətində döyüşlər və atışmalar olub.
- ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovun şəxsi aktivlərinə sanksiyalar qoyub.
- ABŞ prezidenti Ukraynaya təcili 600 milyon dollar yardım göstərilməsi haqqında sənəd imzalayıb, əlavə olaraq Bayden administrasiyası Konqresdən Ukraynaya 6,4 milyard dollarlıq humanitar və hərbi yardım paketini təsdiq etməyi xahiş edib.
- Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya hücumunu pisləyən qətnaməsinə veto qoyub.
10.20
Ukrayna silahı yerə qoymayacaq
Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü səhər öz Telegram kanalında prezident administrasiyasının qarşısında çəkilmiş qısa videosunu yayıb.
"İndi sosial şəbəkədə çoxlu saxta məlumatlar peyda olub. Guya mən ordumuzu silahı yerə qoymağa çağırıram, təxliyyə gedir. Mən burdayam, silahı da yerə qoymayacağıq. Biz ölkəmizi istənilən silahla müdafiə edəcəyik”, – prezident Zelenski deyib.

9.12
ABŞ Ukraynaya maliyyə ayırdı
Bayden Dövlət Departamentinə Ukraynaya 600 milyon dollar, o cümlədən müdafiə ehtiyacları üçün 350 milyon dollar yardım ayırmağı tapşırıb. Bu barədə RİA Novosti xəbər verir.
ABŞ prezidentinin imzaladığı memoranduma görə, dövlət katibi Entoni Blinkenə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyəti verilib. Ağ ev bu sənədi cümə günü dərc edib.
9.00
Facebook Rusiya dövlət mediasına qapıları bağladı
Facebook Rusiya dövlət mediasına öz platformasında reklam və pul qazanmağı qadağan etdiyini bildirib.
"Bu dəyişikliklər artıq qüvvəyə minməyə başlayıb və həftə sonu davam edəcək" , - deyə sosial şəbəkənin təhlükəsizlik siyasəti ofisinin rəhbəri Nathaniel Gleicher vurğulayıb.
O vurğulayıb ki, Facebook mütəxəssisləri Rusiya Federasiyasının dövlət mediasının nəşrləri üzərində monitorinqi davam edəcəklər.
8.45
Zelenski ABŞ-ın təxliyə olunmaq təklifini rədd edib - Washington Post
ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevdən daha təhlükəsiz yerə təxliyə olunmaq üçün kömək təklif edib, lakin o, bundan imtina edib. Bu barədə "Washington Post” qəzeti yazıb.
Zelenskinin administrasiyası deyir ki, o, paytaxtda qalır və onun müdafiəsinə şəxsən rəhbərlik edir.
Zelenskinin özü bir neçə saat əvvəl Kiyevdə olduğunu elan edib və administrasiyasının qarşısında silahdaşları ilə video və fotosunu yayıb.
8.25
Kiyevin mərkəzində nə baş verir?
Kiyevin mərkəzindən qərbdə, Beresteyskaya metro stansiyasının yaxınlığında gecə saatlarında baş verən partlayışlarla bağlı ziddiyyətli açıqlamalar var.
Kiyev administrasiyası rəhbərinin müavini Andrey Krişşenko jurnalistlərə bildirib ki, düşmən şəhərə girməyib, Beresteiska yaxınlığındakı hərbi hissədə baş verən partlayışların səbəbləri aydınlaşdırılır. Ehtimal edilir ki, raket hücumu olub.
Bu arada Ukraynanın Quru Qoşunları öz Facebook səhifəsində Beresteiska yaxınlığındakı Qələbə prospektində ruslardan ibarət karvanın məhv edildiyini bildirib.
Quru Qoşunlarının məlumatına görə, karvana yalnız bir tank, iki yük maşını və iki avtomobil daxil idi.
8.12
Avstriya Rusiyanı SWIFT-dən ayırmağın tərəfdarıdır
Avstriya Milli Təhlükəsizlik Şurası Avstriyanın Rusiyanı SWIFT-dən ayırmağa çalışacağına qərar verib, hökumət sözçüsü bildirib.
8.07
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidentinin atəşkəslə bağlı danışıqlar aparmaq təklifinə razılıqla cavab verib.
Reuters agentliyi xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov şənbə günü bildirib.
"Mən danışıqlardan imtina etdiyimiz barədə bəyanatları təkzib etməliyəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və indi də hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya Federasiyası prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər danışıqlar prosesinin yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparır", - o deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin Moskva ilə danışıqlardan imtina etdiyini bildirərək məsələnin şənbə gününə qədər təxirə salınmasını demişdi.
Kreml cümə günü bildirib ki, Zelenski ölkənin neytral statusu məsələsini müzakirə etməyə hazır olduğunu bəyan etdikdən sonra Moskva Kiyevlə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra Kiyevin əlaqəni kəsdiyini və fasilə verdiyini bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Kiyevə qarşı hərbi əməliyyata başlamaq əmri verir. Artıq iki gündür rus qoşunları döyüşləri davam etdiri
7.52
Kiyevdə döyüşlər gedir
Kiyev meriyası paytaxt sakinlərini döyüşlər getdiyi üçün küçəyə çıxmamağa çağırır.
"Hazırda şəhərimizin küçələrində döyüşlər gedir. Sizdən sakit və mümkün qədər diqqətli olmağı xahiş edirik! Sığınacaqdasınızsa, indi oranı tərk etməyin. Evdəsinizsə, pəncərələrəyaxınlaşmayın, eyvanlara çıxmayın”, - bu barədə İnterfaks-Ukrayna agentliyi administrasiyanın açıqlamasına istinadən xəbər verir.
7.41
ABŞ Putin və Lavrovun aktivlərini dondurdu
ABŞ da Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcək, bu barədə Ağ Ev cümə günü bildirib.
Putin və Lavrovun şəxsi aktivlərinə bir az əvvəl Böyük Britaniya və Aİ sanksiya tətbiq etmişdi. Sanksiyalar onların bu ölkələrdəki aktivlərinin dondurulmasını nəzərdə tutur.
7.30
Rusiyaya qarşı Meksikada da etiraz aksiyası keçirilib
7.29
Xarkovda hava həyəcanı siqnalı verilir
7.08
Kiyevin cənub-qərbindəki Vasilkov şəhərində döyüşlər gedir
Kiyevin cənub-qərbindəki Vasilkov şəhərinin mərkəzində, Dekabristlər küçəsində döyüşlər gedir. Bu barədə şəhərin meri Natalya Balasyanoviç bir neçə telekanala telefonla məlumat verib.
Şəhərin Dekabristlər küçəsində hərbi hissə, şəhərin yaxınlığında isə aviabaza yerləşir. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı da bir neçə saat əvvəl o ərazidə şiddətli döyüşlərin getməsi barədə məlumat verib.
Komandalığın məlumatına görə, Rusiya ordusu quruya enməyə çalışır.
6.31
Ukrayna quru qoşunları Kiyevdəki bölmələrinə hücum edildiyini bildirir
Rusiya hərbçiləri fevralın 26-da səhər tezdən Kiyevdəki hərbi hissələrdən birinə hücum edib, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Facebook səhifəsind məlumat verilir.
"Kiyevin mərkəzindən qərbdə, Qələbə prospektində baş verən partlayışlar düşmənin hərbi hissəyə hücumu olub. Hücum dəf edilib".
"İnterfaks-Ukrayna” agentliyi eyni vaxtda rus qoşunlarının Kiyevdəki istilik elektrik stansiyaını (TES-6, red) ələ keçirməyə çalışdığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Rusiyanın Kiyevə hücuma hazırlaşdığını bildirmişdi.
00.03
Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.
Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Səbinə və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.
22.02
NATO Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Ukraynanı hava hücumundan müdafiə sistemləri və əlavə silahlarla təmin edəcək.
21.20
Zelenski Kiyevdədir
21.12
Avropa İttifaqı Lavrov və Putinin şəxsi aktivlərini dondurdu
Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərini dondurmaq barədə razılığa gəlib. Bunu Latviya xarici işlər naziri Edqar Rinkeviç təsdiqləyib.
19.47
"Buta Airways”in Kiyevə uçuşu dayandırdı
Azərbaycanın "Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.
Mövcud vəziyyətlə əlaqədar ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
Mövcud vəziyyətlə əlaqədar ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
19.40
Roskomnadzor vətəndaşlarının Facebook-a girişini qismən məhdudlaşdıracaq.
Bu gün Rusiya Baş Prokurorluğu Facebook-un "əsas insan hüquq və azadlıqlarının, habelə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında" iştirak etdiyini tanıyıb.
Buna səbəb Facebook-un Rusiya KİV-lərinin - Zvezda telekanalının, RİA Novosti, Lenta.ru və Gazeta.ru-nun rəsmi səhifələrində paylaşımlara məhdudiyyət qoyması olub.
19.35
Rusiyanı Avroviziya mahnı müsabiqəsindən qovdular
Rusiya 2022-ci ildə Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək, bu barədə Avropa yayım şurası qərar qəbul edib.
Qərarda deyilir ki, təcavüzkar ölkənin müsabiqəyə buraxılması müsabiqənin reputasiyası üçün ləkədir. "Biz müsabiqənin dəyərlərini qorumağa üstünlük veririk. Bu mahnı müsabiqəsi Avropanı musiqi vasitəsilə birləşdirmək məqsədi daşıyır", deyə Avropa Yayım Şurası bildirir.
19.32
Peskov Ukraynanı təhlükəli oyunlarda qınayıb
Ukrayna hakimiyyəti ölkənin neytrallıq statusu ilə bağlı danışıqlara getməyi təklif etdikdən sonra Rusiya Ukraynaya Minskdə danışıqlar aparmaq təklifini edib. Amma Ukrayna məsələ ilə bağlı öz mövqeyini hələ də bildirməyib. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Ukrayna Varşavanı danışıqlar yeri kimi təklif edib, sonra isə "yoxa çıxıb”.
"Kiyev fasilə verib və eyni zamanda yaşayış məntəqələrində silah yerləşdirməyə davam edir, bu təhlükəli vəziyyətdir", - deyə Peskov vurğulayıb.
Ukrayna tərəfi hələlik bu bəyanata münasibət bildirməyib.
19.20
Avropa Şurası Rusiyanı sıralarından xaric etdi.
İtaliyanın xarici işlər naziri Luici Di Mayo Rusiyanın Avropa Şurasından kənarlaşdırılmasının Ukraynaya təcavüzü ilə əlaqıdar olduğunu bildirib.
Avropa Şurası İkinci Dünya Müharibəsindən sonra qitədə insan hüquqlarını və qanunun aliliyini qorumaq üçün yaradılıb və Avropa İttifaqından ayrı fəaliyyət göstərir.
"Avropa Şurasının İtaliyanın sədrlik etdiyi Nazirlər Komitəsi Rusiya Federasiyasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib”, - Di Maio açıqlamasında bildirib.
"İtaliya Rusiyanın Ukraynaya qarşı qəbuledilməz hərbi təcavüzü fonunda bunu zəruri tədbir hesab edir və bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”, o əlavə edib.
19.16
İrlandiya Rusiya ilə viza rejimini dayandırıb
İrlandiya Rusiya ilə viza rejimini dayandırıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
18.52
Putin Təhlükəsizlik Şurasının iclasında ukraynalılara müraciət edib
Benderanın və neonasistlərin uşaqlarınızı, arvadlarınızı və qocalarınızı canlı qalxan kimi istifadə etməsinə icazə verməyin. Hakimiyyəti öz əlinizə götürün, belə olan halda sizinlə razılığa gəlmək bizə asan olacaq, deyə Rusiya prezidenti bildirib.
18.33
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı hərbi təcavüzə etiraz olaraq istefa verib
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Aleksandr Şmatkov Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq istefa verib.
"Ən pisi Rusiya rejimi üçün işləməyə davam etməkdir. İşdən çıxarılma prosedurunun nə qədər davam edəcəyini bilmirəm, amma bu gün özümü diplomat, Rusiyanın nümayəndəsi hesab etmədiyimi bildirdim və fəaliyyətimi dayandırdım”.
Şmatkov həmçinin bildirib ki, Rusiyada onlarla diplomat onun mövqeyi ilə bölüşür. "Sizi aldadıblar. Siz Rusiyanın qonşuları ilə dostluq və əməkdaşlıq münasibətləri qurmağa, ölkəmizin inkişafına kömək etməyə çalışmalısız. Dəhşətli təcavüzdə iştirak etməyimi arzulamısız? Hər birimiz, o cümlədən sizlər buna qarışırsınız”, - deyə o vurğulayıb .
Bir gün əvvəl BBC müxbiri ilə söhbətində başqa bir rusiyalı diplomat da "öz-özümdən iyrənirəm. Mən utanıram, çünki bu işdə dolayısı ilə mənim də əlim
var” deyə reaksiya vermişdi.
18.24
Azərbaycan XİN: Ukraynadakı vəziyyət ciddi narahatlıq doğurur
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşa sədrliyi tərəfindən Daimi Şuranın xüsusi iclası keçirilib.
İclasda xarici işlər nazirinin müavini Araz Əzimov video formatda iştirak edib.
Xüsusi iclasda çıxış edən A.Əzimov Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Vəziyyətin gərginləşməsinin itkilərin olmasına səbəb olduğu qeyd edilərək, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı bildirilib.
Mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu vurğulanıb.
Mövcud durumda, vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib
18.17
Roma papası da işə qarışdı
NBS Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Roma Papası baş verən hadisələrlə bağlı narahatlığını bildirmək üçün şəxsən Rusiyanın Romadakı səfirliyinə gəlib. Bu, Papa tərəfindən görünməmiş bir jestdir.
18.14
"Tarixin qayıdışı. Putin Avropanın xəyallarını necə məhv etdi. "Time” jurnalının mart say bu başlıqla nəşr edilib.
17.57
Polşa Rusiya aviaşirkətləri üçün hava məkanını bağlamağa hazırlaşır
RBC yazır ki, bu barədə baş nazir Mateuş Moravetski bildirib.
Bu qərar qəbul olunarsa, Avropaya uçan bütün Rusiya aviaşirkətlərinin işi xeyli çətinləşdirəcək. Məsələn, hazırda Flightradar-24 xidmətinə əsasən, Moskvadan İstanbul, Venesiya, Budapeşt, Belqrada və əks istiqamətə uçuşlar Polşa üzərindən həyata keçirilir.
Son məlumata görə, Polşa hava məkanını Rusiya aviaşirkətləri üçün fevralın 26-da gecə yarısından bağlayacaq.
17.55
"Formula 1”in Rusiya Qran Prisi ləğv edildi
Rusiya Federasiyasının Ukraynaya hərbi müdaxiləsi səbəbindən Formula-1 builki Rusiya Qran Prisinin keçirilməyəcəyini açıqlayıb.
Rusiya Qran Prisi 2022-ci il sentyabrın 25-də Soçi Olimpiya Parkında keçirilməli idi. Lakin Formula 1-in təşkilatçıları "indiki şəraitdə” Qran Prinin keçirilməsinin qeyri-mümkün olduğunu bildirib.

17.34
Vladimir Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır.
Bunu Kreml mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml administrasiyasının nümayəndələri daxil olacaq.
"Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqlayıb. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi LXR və DXR-ə kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”, - deyə o, izah edib.

16.13
Ərdoğan NATO-nu qınadı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Rusiyanın Ukraynaya müdaxiləsinə NATO və Qərbin cavabının kifayət qədər güclü olmadığını bildirib və NATO-nun cümə günü keçiriləcək sammitində alyansın daha iradəli yanaşma sərgiləyəcəyinə ümid etdiyini söyləyib.
"Bu qərar adi qınaq dalğasına çevrilməməlidir. NATO daha qətiyyətli addım atmalı idi", - Ərdoğan bildirib.
15.58
Vladimir Putin və Çin Xalq Respublikasının rəhbəri Si Cinpin arasında telefon danışığı olub.
Çin lideri Putinə Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyəcəyini bildirib. Amma xəbərdə Putinin konkret kiminlə danışmağa hazır olduğu bildirilmir.
"Əgər bizə belə asta-asta kömək edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”, - deyə o, üzünü Avropa ölkə başçılrına tutub.
Zelenski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Avropa üçün təhlükə adlandırıb və buna görə də Avropanı proseslərə daha aktiv qoşulmağa çağırıb.
Bir qədər əvvəl , ikinci videomüraciətində Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Putini danışıqlar masasına oturmağa çağırıb.
"Bütün Ukrayna boyu müharibə gedir. Gəlin danışırlar masası arxasında oturaq. Adamların qırılmasının qarşısını alaq", - deyə Zelenski vurğulayıb.
O, həmçinin Avropanı Ukraynanı müdafiə etməyə çağırıb.
O, həmçinin Avropanı Ukraynanı müdafiə etməyə çağırıb.
"Əgər bizə belə asta-asta kömək edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”, - deyə o, üzünü Avropa ölkə başçılrına tutub.
Zelenski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Avropa üçün təhlükə adlandırıb və buna görə də Avropanı proseslərə daha aktiv qoşulmağa çağırıb.
15.40
Ukrayna prezidenti danışıqlar masasına keçməyi təklif edib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya danışıqlar masasına oturmağı təklif edib. O, bunu bir qədər əvvəl yayımlanan videomüraciətində deyib
"Bütün Ukrayna boyu müharibə gedir. Gəlin danışırlar masası arxasında oturaq. Adamların qırılmasının qarşısını alaq", - deyə Zelenski vurğulayıb.
O, həmçinin Avropanı Ukraynanı müdafiə etməyə çağırıb
"Əgər bizə belə asta-asta kömək edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”, - deyə o, üzünü Avropa ölkə başçılrına tutub.
Zelenski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Avropa üçün təhlükə adlandırıb və buna görə də Avropanı proseslərə daha aktiv qoşulmağa çağırıb. .
"Rusiyanın Ukraynaya təcavüzü sadəcə işğal deyil, bu, Avropaya qarşı müharibənin başlanğıcıdır. Avropanın birliyinə, Avropada adi insan haqlarına, qitədə bərabər yaşama qaydalarına, Avropa dövlətlərinin sərhədləri güc yolu ilə bölməkdən imtina prinsipinə qarşı təhlükədir”, - deyə Zelenski bildirib.
15.24
Kiyev metrosu fevralın 25-i günün birinci yarısında.
15.17
Apple Pay və Google Pay sanksiyaya məruz qalan Rusiya bankları işi dayandırıb
Sanksiya elan edən ölkələrdə də Rusiya banklarının qartları çalışmayacaq.
Bu barədə Rusiya Mərkəzi Bankı bu gün yaydığı press-relizdəbildirirb. Söhbət VTB qrupunun, Sovcombank, Novikombank, Promsvyazbank və Otkritie Bankınq kartlarından gedir.
Onlar artıq Apple Pay və Google Pay təmassız ödəniş sistemləri ilə işləyə bilməyəcəklər. Onlar banklara sanksiyalar elan etmiş ölkələrin ərazilərində də işləməyəcəklər. Onlardan sanksiyalar elan edilmiş ölkələrdə onlayn alış-veriş üçün istifadə edilə bilməyəcək.
Bu kartlar ancaq Rusiya daxilində çalışacaq.
14.49
Lavrov: Moskva Zelenskinin neytral statusu müzakirə etməyə hazır olduğuna inanmır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Rusiya tərəfindən tanınan qondarma LPR və DXR nümayəndələri ilə görüşdə deyib ki, Moskva Kiyevin neytral statusu müzakirə etmək istəyinə inanmır.
Bundan əvvəl Ukrayna prezidentinin dəftərxana rəsmisi bildirib ki, ölkə hakimiyyəti neytral statusu müzakirə etməkdən qorxmur, lakin əvvəlcə təhlükəsizlik üçün zəmanəti almaq istəyir.
Lavrovun sözlərinə görə, Zelenski neytrallıq statusunu müzakirə etməyə hazırıq deməklə "yalan danışır”. Eyni zamanda prezident aparatının bəyanatı ona deyil, aparat rəhbəri Mixail Podolyakın adından yayılıb. Zelenskinin öz dilindən çıxmayıb.
Rusiyalı nazir bildirib ki, Rusiyanın hərbi əməliyyatı başa çatdıqdan və Ukrayna silahlı qüvvələri silahı yerə qoyduqdan sonra Ukraynadakı vəziyyətlə bağlı danışıqlara başlanılacaq .
Demək olar ki, eyni vaxtda Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Zelenskinin neytral statusu müzakirə etməyə hazır olması ilə bağlı "yeni bəyanatına” "diqqəti edib”.
Lavrov həmçinin bildirib ki, "Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verib. Çünki ukraynalıları zülmkarlardan azad etmək lazımdır ki, öz gələcəklərini sərbəst müəyyən edə bilsinlər”.
14.20
Britaniya müdafiə naziri: Biz Rusiyanın SWIFT-dən ayırmaq istəyirik, lakin bəzi ölkələr buna qarşıdır
London Rusiyanı SWIFT beynəlxalq bank ödəniş sistemindən ayırmağın tərəfdarıdır, lakin bəzi ölkələr Ukraynaya qarşı hərbi kampaniyaya başladığı üçün bu cür sanksiyalara etiraz edirlər, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
"Biz daha da irəli getmək istərdik, Rusiya banklarına bütün dünya üzrə ödənişlər etməyə və qaz üçün pul almağa imkan verən SWIFT sistemindən ayırmaq niyyətimiz var. Ancaq bu kimi məsələlərin həlli beynəlxalq təşkilatlardan asılıdır. Bütün ölkələr onları SWIFT sistemindən çıxarmaq istəmirsə, bunu etmək çətindir”, - deyə nazir BBC televiziyasına müsahibəsində bildirib.
14.11
British Airways Moskvaya reysləri dayandırdı
British Airways-in sahibi olan IAG şirkəti hazırda Rusiya hava məkanında uçuşlardan imtina etdiyini və bu fevralın 25-dən etibarən London "Aeroflot"
təyyarələrinin Böyük Britaniya hava limanlarına enişini qadağan etməsi səbəbindən Moskvaya uçuşu ləğv etdiyini bildirib. Bunu Reuters agentliyinə IAG baş direktoru Luis Qalleqo bildirib.
"Böyük Britaniya hökumətinin "Aeroflot”un Böyük Britaniyaya enişini qadağan edən qərarından sonra biz Rusiya hava məkanından uçuşlar üçün istifadə etməmək qərarına gəldik. Hələllik Rusiya hava məkanından istifadə etmirik”, deyə Qalleqo qeyd edib.
Daha sonra Qalleqo bildirib ki, bunun şirkət üçün təsiri o qədər də böyük deyil, çünki hazırda şirkət Asiyada az sayda istiqamətlərə uçur və uçuş marşrutlarınl tənzimləyə bilər.
13.53
UEFA Çempionlar Liqasının mayın 28-də Sankt-Peterburqda keçiriləcək final oyununu ləğv edib.
Final Parisdəki Stade de Frans stadionuna keçiriləcək.
13.39
Ukrayna daxili işlər nazirinin müşaviri diversiya qrupunun tutulduğunu açıqlayıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Ukrayna hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin geyimində və ələ keçirilmiş Ukraynaya məxsus hərbi maşınlarda hərəkət edən Rusiya diversantlarını zərərsizləşdirib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus bir neçə avtomobilin ələ keçirildiyini bildirmişdi. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, diversantlar Kiyevə soxulmağa cəhd edib, lakin öldürülüblər.
Ukrayna mediası qruplaşmanın ələ keçirilməsini əks etdirən görüntüləri də nümayiş etdirib.
Rusiya Müdafiə Nazirliyi nə manevr, nə də rus diversantlarının ələ keçirilməsini faktını təsdiqləməyib.
13.30
İnterfaks: Donetsk artilleriyadan atəşə tutulub
Şahidlərin Rusiyanın İnterfaks xəbər agentliyinə verdiyi məlumata görə, Donetsk kütləvi artilleriya atəşinə tutulub.
Agentliyin məlumatına görə, Donetskin mərkəzində partlayış səsləri eşidilir, zərbələrin ətraf rayonlara qaubitsalardan endirilməsi ehtimal edilir.
"İnterfaks”da qurbanlar barədə məlumat yoxdur. Ukrayna tərəfi bu xəbərə şərh bildirməyib, məlumat başqa mənbələr tərəfindən tədiqlənməyib.
13.08
Rusiya Britaniya təyyarələri üçün səmadan istifadəni məhdudlaşdırıb.
Rusiya Britaniya təyyarələri üçün səmadan istifadəni məhdudlaşdırır,, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin bəyanat verib.
Bundan əvvəl Böyük Britaniya "Aeroflot”a qarşı sanksiyalar tətbiq etmişdi . Şirkətə krallığın ərazisinə uçuşlar qadağan edilib.
13.02
Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq
Gürcüstan Qərbin Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarına qoşulmayacaq, bunu ölkənin baş naziri Qaribaşvili bildirib.
Gürcüstan Qərbin Rusiyaya qarşı maliyyə və iqtisadi sanksiyalarına qoşulmayacaq, bunu ölkənin baş naziri Qaribaşvili bildirib.
12.42
Ukraynada baş verənlərə rəsmi Bakının reaksiyası
Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirik, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir.Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”,deyə prezidentin köməkçisi bildirib.

12.30
Ukrayna Prezidentinin Ofisi: Təhlükəsizliyə zəmanət verilərsə Kiyev neytral statusu müzakirə etməyə hazırdır
Ukrayna Rusiya ilə neytral statusa dair danışıqlara hazırdır. Lakin bunun üçün Kiyev Moskvadan təhlükəsizlik zəmanəti almaq istəyir, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Ukrayna həmişə danışıqlar üçün açıqdır. O cümlədən indi. Yəni Rusiya tammiqyaslı işğala başlayanda. Bu müharibə dayandırılmalıdır. Bu hərbi əməliyyatlar dayandırılmalıdır", - Podolyak deyib.
Rəsminin sözlərinə görə, Kiyevdə rəsmi Moskvanın "danışmaq istəyində" olması barədə məlumat var. "Onlar neytral statusdan danışmaq istəyirlərsə, biz belə müzakirədən qorxmuruq. Yeganə sual budur ki, təhlükəsizliyi kim və necə təmin edə bilər".
Podolyak həmçinin Zelenski dediyi kimi Avropanı Ukrayna tərəfdə döyüşməyə və onu NATO-a götürməyə hazır olmadığını da vurğulayıb. Bu o deməkdir ki, "onlar qorxurlar” deyə Ukrayna rəsmisi vurğulayıb.
12.25
Rusiya Ukrayna ordusunun texniki itkiləri haqqında məlumat yayıb
Cümə günü səhər Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun texniki itkiləri barədə məlumat yayıb. Dağılmış infrastrukturların siyahısı təqdim olunub:
11 hərbi aerodrom
Ukrayna Silahlı Qüvvələrinin 13 idarəetmə məntəqəsi və rabitə mərkəzi
14 S-300 və Osa zenit-raket kompleksləri
36 radar stansiyası.
5 döyüş təyyarəsi,
1 helikopter,
5 dron
18 tank və digər zirehli döyüş maşınları
7 çoxlu raket sistemi
41 ədəd xüsusi təyinatlı hərbi maşın
5 döyüş gəmisi.
Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı hələlik bu məlumatı şərh etməyib.
12.13
Rusiya Müdafiə Nazirliyi İlan adasında 82 ukraynalı əsgərin təslim olduğunu iddia edir
Rusiya Müdafiə Nazirliyi bildirir ki, lan adası (ada Odessa vilayətində yerləşir) ərazisində 82 Ukrayna əsgərinin silahlarını yerə qoyaraq təslim olduğunu bildirib.
Rusiya hərbçilərdən bundan sonra i döyüşlərdə iştirak etməyəcəkləri barədə yazılı iltizam alındığını və yaxın vaxtlarda onların ailələrinə qaytarılacağını iddia edir.
Bundan əvvəl Ukrayna hakimiyyət orqanları Rusiyanın hərbi gəmisinin raket hücumundan sonra İlan adasında 13 ukraynalı sərhədçinin həlak olduğunu bildirmişdi.
"İlan adasında döyüşən sərhədçilər sona qədər silahı yerə qoymadan qəhrəmancasına həlak oldular. Lakin onlar təslim olmadılar. Onların hamısına ölümündən sonra Ukrayna Qəhrəmanı adı veriləcək. Ukrayna uğrunda canlarından keçənlərin xatirəsi əbədidir ," deyə Ukrayna Prezidenti Vladimir Zelenski bu gün səhər bildirib.
12.05
Sosial şəbəkə istifadəçiləri Kiyevdə atışma olduğunu bildirirlər
Sosial şəbəkələrdə yazılana görə, Kiyev metrosunun Obolon stansiyası yaxınlığında atışma səsi gəlir.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook sosial şəbəkəsində bildirib ki, Rusiya kəşfiyyat-diversiya qrupu Ukrayna hərbçiləri adı altında şəhərin mərkəzinə soxulmağa cəhd edib, lakin onlar bunun qarşısını ala biliblər və bu qruplaşmanın üzvləri məhv edilib.
11.14
Ukrayna Silahlı Qüvvələri qondarma DXR ərazisində olan 93 transformator yarımstansiyasını və 9 qazanxananı atəşə tutub. Nəticədə 5822 abonent işıqsız qalıb. Bu barədə qazeta.ru qəbər verir.
Energetiklər elektrik enerjisini bərpa etməyə çalışır, lakin davam edən döyüşlər səbəbindən obyektə girmək mümkün deyil.
11.10
Ukrayna Müdafiə Nazirliyi: Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus maşınları ələ keçirib
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin iki maşınını ələ keçirə bilib.
"Hərbçilər Ukrayna hərbçilərinin formasını geyinərək həmin avtomobillərdə Obolon tərəfdən sürətlə Kiyevin mərkəzinə doğru irəliləyirlər. Onların ardınca Rusiya hərbi yük maşınlarının karvanı gəlir. Onlar mütləq zərərsizləşdiriləcək", - deyə Malyar vurğulayıb.
10.53
Ukrayna hərbçiləri Rostov vilayətindəki Millerovo hərbi aerodromunu vurub
Rostov yaxınlığındakı Millerovo hərbi aerodromunda partlayış səsləri eşidilir və tüstü sütunları görünür. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya Aerokosmik Qüvvələrinin hərbi bazasına hücum edib. Zərbəni Ukrayna Silahlı Qüvvələri "Toçka-U” operativ-taktiki raketi ilə endirib.
10.18
Ukrayna Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib
"Ukrayna bizə rəsmi müraciət edib. Ukrayna Montrö boğazlar konvensiyasının 19-cu maddəsinə əsaslanaraq Türkiyədən İstanbul boğazlarının Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib. Montrö müqaviləsinin müddəaları çox aydın və dəqiqdir. Türkiyə hərbi gəmilərin boğazlardan keçidini dayandıra bilər. Müharibə vəziyyətini qanuni olaraq qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə imzalanarkən Rusiyanın öz bəndi var idi. 19, 20 və 21-ci maddələr onları tənzimləyir. Sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq xahişi ilə keçmək istəyirsə, buna icazə verilir”, - deyə Türkiyə xarici işlər naziri Çavuşoğlu vurğulayıb.
10.16
Ukrayna qondarma respublikanı atəşə tutur - RİA
Ukrayna qoşunları səhər saatlarında qondarma DXR-in Qorlovka kəndini atəşə tutmağa başlayıb, hazırda Zaitsevo və Qaqarin adına şaxtaçı kəndləri atəşə tutulub - RİA Novosti
9.49
Rus tankları Kiyevə doğru irəliləyir
Cümə günü səhər Ukrayna Ordusunun Baş Qərargahının "Ukrayinska Pravda” nəşri mənbələrinə istinadən yazır ki, rus tankları Çernobılın qoruq zonasından Kiyevə doğru hərəkət etməyə başlayıb. Daha sonra Baş Qərargah bu məlumatları rəsmən təsdiqləyib.
Hələlik tank karvan Ukrayna hərbçiləri Teterev çayı üzərindən körpünü partlatdığı üçün şəhər tipli İvankov qəsəbəsi yaxınlığında dayandırılıb.
"İvankov sərhəddən Kiyevə olan yolun üstündədir. Ondan sonra karvan Vışqorodu keçərək Kiyevə hücum etmək imkanı əldə edəcək, - deyə "Ukrayinska Pravda" qeyd edir.
CNN və NBC News-un məlumatına görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley də ABŞ konqresmenlərinin iştirak etdiyi iclasda Rusiya ordusunun Kiyevdən 20 mil (təxminən 32 kilometr) aralıda olduğunu bildirib.
9.39
Bu gecə Ukrayna ilə bağlı baş verənlər
- Prezident Vladimir Zelenski yeni müraciətində Kiyevdə ailəsi ilə birlikdə qaldığını bildirib. O, müharibənin ilk günündə Ukrayna tərəfinin itkilərindən də danışıb. Onun sözlərinə görə, 137 Ukrayna əsgəri həlak olub.
- Kiyevin bəzi ərazilərində partlayış səsləri eşidilib, raket atəşi nəticəsində yaşayış binası yanıb. Paytaxt meri Vitali Kliçko üç yaralının olduğunu bildirib.
- Fransa prezidenti Emmanuel Makron Aİ liderlərinin sammitində Rusiya prezidenti Vladimir Putinlə söhbətin "səmimi, birbaşa və sürətli” olduğunu bildirib.
- Britaniya "Aeroflot"un uçuşlarına qadağa qoyduqdan sonra "Rosaviasia" qisas alacağı ilə hədələyib.
- Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Onların arasında Rusiya bankları və dövlət şirkətləri üçün yeni məhdudiyyətlər var.
- Rusiya tərəfi gecə saatlarında Ukraynada hərbi əməliyyatın gedişi ilə bağlı hesabat dərc etməyib.
9.21
Kiyev və Lvovda hava hücumu hava hücumu ilə bağlı həyəcan siqnalı səslənir
Ukrayna şəhərlərində yenidən hava hücumu ilə bağlı həyəcan siqnalları səslənib.
9.16
Kiyevdə hərbi təyyarə qəzaya uğrayıb. Kimin olduğu bilinmir
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib ki, Kiyev vilayətinin Osokorki rayonunda, Sadovaya küçəsi boyunca yerləşən fərdi yaşayış evinin yaxınlığında hərbi təyyarənin parçaları dağılıb. Qəza yeri paytaxtın mərkəzindən təxminən 15 km aralıdadır. Fövqəladə Hallar Dövlət Xidməti ölən və yaralananlarla bağlı məlumatı dəqiqləşdirir. Təyyarənin kimliyi barədə məlumat yoxdur.
CNN jurnalisti Metyu Şans öz mənbələrinə istinadən Rusiya hərbçiləri tərəfindən vurulan Ukraynaya məxsus Su-27-nin düşdüyünü iddia edir.
9.07
Ukraynanın qərbində yerləşən Rovno şəhərində partlayış baş verib
Ukraynanın "Seqodnya” nəşri ölkənin şimal-qərbində yerləşən Rovnoda iki partlayış səsinin eşidildiyini yazıb.
"Onlar təxminən saat 6:05-də (Moskva vaxtı ilə 7:05 - BBC) eşidilib. Polis deyir ki, onlar hava limanının uçuş-enmə zolağına düşüblər", - deyə nəşr yazır.
"Rovna hava limanının ərazisi indicə raket zərbəsinə məruz qalıb! Amma onların dediyi kimi, zərbələr bir neçə deyil. Ciddi ziyan dəyməyib", - Rovno meri UNİAN Aleksandr Tretyaka istinadən bildirir.
8.53
Ukrayna prezidentinin yeni bəyanatından əsas məqamlar
- Genişmiqyaslı müharibənin ikinci səhəri. Saat dörddə Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməyə davam edib.
- Mülki obyektləri hədəfə almadıqlarını deyirlər. Amma bu yalandır. Əslində hansı sahələrdə fəaliyyət göstərəcəklərini anlamırlar.
- Dünən olduğu kimi, hərbçilər və mülki şəxslər hələ də Rusiyanın hücumu altındadır. Bu hücumun məqsədi cəmiyyətə təzyiq etməkdir. Qeyd edirəm təzyiq təkcə hakimiyyətə deyil, bütün ukraynalılaradır və bu gün təzyiq hətta dünəndən də çoxdur.
- Bizim uşaqlar, Ukraynanın bütün müdafiəçiləri ilk gün düşmənə işğalçıya əməliyyat planını həyata keçirməyə imkan vermədilər. Ukraynalılar əsl qəhrəmanlıq nümayiş etdirirlər. Əksər istiqamətlərdə düşmənin qarşısı alınıb.
- Buna görə də Rusiya qüvvələrimizin yorulacağı ehtimalı ilə hücumu davam edir. Amma heç kim yorulmur.
- Ukraynanın hava hücumundan müdafiə qüvvələri səmamızı qoruyur. Düşmən təyyarələri paytaxt da daxil olmaqla yaşayış məntəqələri üzərində kobud şəkildə hərəkət edir.
- Kiyev üzərində səhər səmasında dəhşətli partlayışlar, bombardmanlar, yaşayış binasına zərbələr, yanğın - bütün bunlar paytaxtımıza 1941-ci ildə baş vermiş ilk belə hücumu xatırladır.

8.36
Rusiya hərbi texnikası Sumı şəhərindən Kiyevə doğru irəliləyib
UNİAN Sumı şəhər administrasiyasının rəhbəri Dmitri Jivitskiyə istinadən xəbər verir ki, rus qoşunları Sumı vilayətində Konotop və Axtırkanı mühasirəyə alıb və Kiyevə doğru irəliləyir.
Onun sözlərinə görə, hələlik Sumı vilayətindən Kiyevə getmək mümkündür, lakin yollarda Rusiya ordusunun nəzarət-buraxılış məntəqələri peyda olub.
Eyni zamanda, Ukrayna quru qoşunlarının qərargahı Sumıdə döyüşlərin getməsi barədə məlumat verir.
8.16
Rosaviasiya Londonu cavab addımları ilə hədələyir
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi Britaniyanın aviasiya orqanlarına ölkənin hava nəqliyyatı ilə bağlı müqavilələrin müddəalarına əməl etməyə borclu olduğu barədə bildiriş göndərib. Bundan əlavə, Britaniyanın "Aeroflot" uçuşlarına qadağa qoymasından sonra agentlik rəsmiləri cavab tədbirləri görəcəklərini bildiriblər.
"Rusiya tərəfi paritet prinsipinə riayət etmək və təyin edilmiş aviaşirkətlər üçün bərabər hüquqlar təmin etmək üçün hökumətlərarası sazişin müddəalarına uyğun olaraq cavab tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır", - deyə qurum bildirib.
Böyük Britaniyada "Aeroflot"un fəaliyyətinə qadağa qoyulması barədə qırarı baş nazir Boris Conson bəyan edib.
7.55
NATO fövqəladə toplantı keçirəcək
İnterfaks agentliyi xəbər verir ki, NATO cümə günü Kiyev vaxtı ilə saat 16:00-da Ukraynadakı vəziyyətlə bağlı fövqəladə sammit çağırır.
7.38
Zaporojyeyə hücum eidlib
Ukrayna Dövlət Sərhəd Xidməti "Primorski Posad" sərhəd bölməsinə raket hücumu edildiyini açıqlayıb. Bu ölmə Zaporojye vilayətinin Melitopol rayonunda, Azov dənizinin sahilində yerləşir.
İdarədən verilən məlumata görə, sərhədçilər arasında yaralılar və ölənlər var.
7.35
Kiyev meri deyir ki, 3 yaralı var
Ukraynanın paytaxtında yaşayış binasına raket həmləsi zamanı baş verən dağıntı və yanğın nəticəsində üç nəfər yaralanıb. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.
"Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Bütün təcili yardım xidmətləri yerində işləyir. Ev yanır, onun uçmaq təhlükəsi var", - deyə Kliçko bildirib
7.32
Kiyevdə bina yanır
Rusiya Slahlı Qüvvələri Ukrayna paytaxtını qanadlı və ballistik raketlərlə atəşə tutur. Səhər saatlarında bir neçə saniyəlik fasilə ilə iki partlayış səsi eşidilib. Bina xəsarət alıb, yanğın baş verib. Bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Teleqram kanalında məlumat verib.
O, həmçinin kanalında Kiyevdəki partlayış yerindən fotoları dərc edib. Bu fotolarda yaşayış binasında yanğını görmək olur.
Başqa bir şəkildə, Geraşenkonun sözlərinə görə, xilasedicinin əlində "düşmən təyyarəsinin bəzi detalları"nı görmək olur.

5.30
Makron Putinlə danışıb
Fransa prezidenti Makron bildirib ki, Putinlə telefon danışığı Zelenskinin istəyi ilə baş tutub. O, bu barədə Aİ-nin Ukrayna üzrə fövqəladə sammitindən sonra deyib.
Fransa prezidentinin sözlərinə görə, rusiyalı həmkarı ilə dialoqun məqsədi "hərbi əməliyyatların tezliklə dayandırılmasını” ondan xahiş etmək olub.
5.15
Fransa Ukrayna üçün bunları edəcək - Emmanuel Makron (TASS siyahısı):
- Ukraynaya 300 milyon avro yardım, eləcə də hərbi texnika təklif edəcək;
- ukraynalı qaçqınlara yardım göstərəcək;
- Fransa Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək;
- Fransa ordusunun Rumıniyada yerləşdirilməsini sürətləndirəcək
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !