"Liverpul" mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək

20:00 | 19.05.2022

"Liverpul" mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək

"Liverpul" İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.
 
 Bu barədə Kulubun rəsmi saytı  xəbər verir.
 
Tədbir mayın 29-na - İspaniya "Real Madrid"i ilə ÇL-in final oyunundan bir gün sonraya təyin olunub.
 
Mersisayd təmsilçisi sözügedən turnirlərdə qalib olmasa belə, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmasını qeyd edəcək. Paradda futbolçuların olduğu avtobus təqdim olunacaq.
 
"Liverpul" Premyer Liqada 37 turdan sonra 89 xalla 2-ci pilədə qərarlaşıb. Son tur öncəsi "qırmızılar"ı lider "Mançester Siti"dən cəmi 1 xal ayırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb