Liviyada Hafter tərəfdarı hökumət istefa verdi

21:00 | 14.09.2020
Liviyada Hafter tərəfdarı hökumət istefa verdi

Liviyada Hafter tərəfdarı hökumət istefa verdi

Liviyada general Hafteri dəstəkləyən hökumət istefa verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, mərkəzi Liviyanın Tobruk bölgəsində yerləşən Təmsilçilər Məclisi istefa verib. Hafter tərəfdarı hökumətin istefa səbəbi bölgədə 3 gündür davam edən etiraz aksiyaları olub.

Verilən açıqlamada istefanın Məclisə təqdim ediləcəyi və məsələ ilə bağlı müzakirələrin aparılacağı bildirilib.

Qeyd edək ki, Hafterə bağlı polis dəstəsinin etiraz aksiyalarına müdaxiləsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM