Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkir - FOTO

17:53 | 13.12.2019
Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkir - FOTO

Lökbatan sakinləri yolsuzluqdan əziyyət çəkir - FOTO

Bakının daha bir qəsəbəsi yol problemi yaşayır.

Oxu.Az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, birinci küçənin sakinləri gündəlik gediş-gəliş yolundan istifadə edə bilmir.
Qəsəbə sakini Cəbiyev Toğrul bildirir ki, yağış yağanda yoldakı gölməçələr su ilə dolur.

"Sakinlərlə birlikdə dəfələrlə aidiyyəti qurumlara, eləcə də, Qaradağ rayon İcra başçısına müraciət etsək də, səsimizə səs verən olmayıb. Neçə dəfə öz hesabımıza yolu düzəltsək də, yenidən sıradan çıxıb”.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs iş günü olmasına baxmayaraq, İcra Hakimiyyətində aidiyyəti şəxslərin olmadığını bildirib.

"Mən heç nə deyə bilmərəm, qəbul günlərini öyrənin. Yaxınlaşıb qəbula düşün, sualınıza cavab alın”, - növbətçi şəxs qeyd edib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb