Ölkə daxilində baş verən problemləri gizlətmək olmaz- DEPUTAT/ VIDEO

13:48 | 06.06.2023
Ölkə daxilində baş verən problemləri gizlətmək olmaz- DEPUTAT/ VIDEO

Ölkə daxilində baş verən problemləri gizlətmək olmaz- DEPUTAT/ VIDEO

Ölkə daxilində baş verən problemləri gizlətmək olmaz. Bunu iyunun 6-da Milli Məclisin iclasında deputat Sabir Rüsrəmxanlı deyib.
 
 
"Qarabağın yenidən qurulması və müdafiə imkanlarının gücləndirilməsi son dərəcə vacibdir və heç kim buna etiraz edə bilməz. Müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil, müdafiənin iki başı var. Ölkənin içi güclənməldir. Ölkənin içində narazılıq olsa,  ordu ölkəni müdafiə edə bilməz. Əhaliyə elə bir şərait yaratmalıyıq ki, ordu ilə yanaşı hər bir vətəndaş öz dövlətinin əsgəri olmağa hazır olsun. Bu sahədə müəyyən problemlər var. Problemləri gizlətmək lazım deyil",- deputat vurğulayıb.
 
Deputat həmçinin ucqar kəndlərdə qaz problemini də vurğulayıb.

"Neçə ildir deyirik ki, dağ kəndlərində qaz olmadığı üçün meşələr kəsilir. Qaza görə camaat əziyyə çəkir.  İşsizlik, qazilərə münasibət və s. məsələlər müzakirə olunmalıdır. Bunlar bizim müdafiə sistemimizin içərisindədir. Məmurlar camaatı haqsız yerə işdən çıxarır. Hərə öz komandasını qurur. Ölkə əhalisi məmurun qapısında elə münasibət görür ki, əli ayağı quruyur", deputat bildirib.
 
 

 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb