2024-cü ilin altı ayında ölkədə 1101,0 min nəfər pensiyaçı kimi qeydiyyata düşüb ki, bu da ölkə əhalinin 10,8%-ni əhatə edir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Onların da 64,4%-i yaşa, 23,3%-i əlilliyə, 12,3%-i isə ailə başçısını itirməyə görə
pensiya alır.
Azərbaycanda pensiyaların orta aylıq məbləği 491, 3 manat təşkil edir.
Həmçinin altı ayda yaşa görə aylıq müavinət alanların sayı 152,1 min nəfər, əlilliyə görə - 219,2 min nəfər (onlardan 44,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 54,5 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,6 min nəfər olub.
Hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64 hesablanır.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !