Venesuela gözəli ölkədə tələbələrin hökumətə qarşı təşkil etdiyi nümayişdə ölüb.“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il "Turizm gözəli" seçilən 22 yaşlı Genesis Carmona başından vurularaq həyatını itirib. Venesuelada həftə sonundan bu yana dövlət başçısı Nicolas Maduro əleyhinə nümayişlər davam edir. Tələbələrin təşkil etdiyi nümayişin hökumətə qarşı bir zərbə olaraq qiymətləndirən Maduro müxalifət lideri Leopoldo Lopezi həbs etdirib. Venesuelada 2013-cü ildə “Turizm gözəli” seçilən Genesis Carmona da Lopezin sərbəst buraxılması üçün təşkil edilən aksiyaya qatıldı. Etiraz əsnasında başından vurulan Carmona yoldaşları tərəfindən xəstəxanaya aparılıb. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan Carmona dünyasını dəyişib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !