Çan Son Txekin ailəsinin bütün üzləri xəyanətdə ittiham edilərək, repressiyaya məruz qalıblar.
Şimali Koreya lideri Kim Çen Inın dayısı Çan Son Txekin bütün qohumları Kim Çenin əmriylə məhv edilib. Bu barədə "Renhap" xəbər agentliyi Şimali Koreyadakı bir çox mənbələrinə istinadən məlumat yayıb.
"KXDR-in bir nömrəli şəxsinin əmri ilə Çan Son Txekin bütün qohumları, həmçinn körpələr də ölümə məhkum ediliblər", - mənbə bildirib. ANN.Az-ın verdiyi xəbərə görə, Çan Son Txekin bacısı əri ilə birlikdə, Kubada KXDR-in səfiri işləyən Çon En Çjin, həmçinin Kim Çen Inın əmisi oğlu KXDR-in Malayziyadakı səfiri Çan En Çxol 20 yaşlı oğlanları Te Renon və Te Unom keçən ilin dekabrında Pxenyana çağrılıblar, sonra da edam edilblər.
Çan Son Txekin qardaşları xəstəliklərdən ölüblər, ancaq onun bacılarının uşaqları, hətta körpə nəvələri də repressiyadan qurtula bilməyiblər. Müqavimət göstərməyə çalışanlar isə evlərinin qabağında, qonşularının gözü qarşısında güllələniblər.
Faciədən yalnız Çan Son Txeklə qan qohumluğu olmayan qadınlar xilas ola biliblər. Çan En Çxolun həyat yoldaşı ərindən boşanmağa məcbur edilib, onu ailəsi ilə birlikdə xüsusi lagerə göndəriblər.
Ümumilikdə nə qədər insanın öldürülməsi barədə dəqiq məlumat yoxdur. Mənbələrin verdiyi məlumata görə, Son Txekin qohumlarının cəzalandırılması onun öldürülməsindən dərhal sonra baş tutub. Edamlara səbəb kimi Kim Çen Inın bütün izləri silmək istəməsi göstərilir. "Çan Son Txekin qohumlarının öldürülməsi geniş miqyasda həyata keçirilir. Ölkədə heç bir nüfuzu, xüsusi çəkisi olmayan insanlar belə edam edilib", - mənbələr bildirib.
Qeyd edək ki, dekabrın əvvəlində Çan Son Txek dövlətə xəyanətdə, dövlət çevrilişinə cəhddə, korrupsiyada, fahişələrlə əlaqədə, qumarbazlıqda ittiham edilib. Bir neçə gündən sonra o, "Rəzil və nifrətəlayiq" bir şəxs kimi pulemyotla güllələnib. Bir neçə gün əvvəl isə onun iki yaxın silahdaşı bu üsulla cəzalandırılmışdı.
Bu hadisədən sonra edam edilən Çan Son Txekin həyat yoldaşı, Kim Çen Inın doğma bibisi ictimaiyyət arasında görünməyib, onun öldüyü barədə də şayiələr dolaşır. Qərb KİV-lərinin yazdığına görə, Kim Çen In Kim Qen Xini əri Çan Son Txeklə birlikdə edam etdirmiş ola bilər və yaxid onu xüsusi lagerə göndərmiş ola bilər, KXDR-də cinayətkarların yaxınlarını xüsusi lagerlərə göndərmək ənənəsi var. Digər bir versiyaya görə isə, Kim Gen Xi özünə qəsd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !