Əfqanıstanda apreldə keçirilən seçkilərdən sonra başlayan qalmaqallar daha da böyüyüb. Dövlət Başçısı Əşrəf Qaninini Livan əsilli xristian həyat yoldaşı Runa Qaniyə görə tənqid atəşinə tutublar.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Qaninin seçki kompaniyasına əvvəlki əfqan liderlərindən fərqli olaraq xanımı ilə qatılması, xanımının Livan xristianlarından olması müsəlman ölkəsində müzakirələrə səbəb olub. Məsələn, əvvəlki lider Həmid Kərzainin dövründü heç kim birinci xanım olan Zenaatı görməmişdi. Qani vəzifəsinə başladığı gün etdiyi çıxışında sevgili həyat yoldaşına təşəkkür edib. Ölkədə qadın hüquqlarını müdafiə edənlər Qanini alqışlasa da, dini dairələr bu məsləyə heç də xoş münasibət bəsləməyib. İndi prezidenti xristianlığı təbliğ etməkdə günahlandırırlar.
ANN.Az